12
13
işlədilən dialektizmlər funksiyasına və xarakterinə görə bir- bi-
rindən fərqlənir. Müəllif nitqində
daha çox leksik və semantik
dialektizmlər, prsonajların nitqində isə onlardan başqa fonetik və
morfoloji dialektizmlər işlənir.
Müəllifin təhkiyəsində işlənən dialektizmlər:- İtlər sahiblərini
tanıyıb atın ətra- fında atılıb- düşdülər, sonra da Allahyara şırvan-
dılar (yaltaqlandılar) (İ.Şıxlı);-Güllüqızı güllü-çiçəkli bir
yastan-
da (dağda yastı təpə)dəfn elədik (Ə.Vəliyev);- Yüzbaşıdan qalma
göy mahud çuxasını geydi,
daqqa (papaq) divan papağını başına
qoydu (S.Rəhimov) və s.
Bədii əsərlərdə surətlərin dilində işlənən dialektizmlər: - Bil-
mirəm bizdə də heç bir şirə (bal) varmı? - deyə Ocaqqulu arvadı-
nın üzünə baxdı (S.Rəhimov); -“ Ay başı batmışlar,
gap (söhbət)
vaxtıdımı indi” ; - “
Hancarı neylədim?”; - A Zülfüqar kişi, mən
ölüm bu
faqqıllığından havaxt əl çəkəcəksən? (Y.Səmədoğlu) və s.
Dialektologiya
etnik tarixin öyrənilməsində canlı arxiv rolu
oynayır.
Tarixi mənbələrdən əlavə, dialekt faktları da qədimdə
Azərbaycan ərazisində türk tayfalarının məskunlaşmasını təs-
diqləyən əsas mənbələrdən sayılır. Ən qədim dövrlərdən Azərbay-
can ərazisində müxtəlif tayfalar məskunlaşmış, tarixin müxtəlif
dövrlərində regionda siyasi mövqelər dəyişsə də, yerli türk etnos-
larının nüfuzu zəifləməmişdir. Tatixi mənbələrdə indiki Azərbay-
can ərazisində qədim və orta yüzilliklərdə iki böyük etnik axının
baş verməsi göstərilir. Birinci axın kimmer, skit, sak tayfalarının,
ikinci axın isə hunların Azərbaycanda məskunlaşmasına şərait
yaratdı. Türk tayfalarının Azərbaycan, eləcə də bütün Ön Qafqa-
za və Ön Asiyaya üçüncü axını orta yüzilliklərin başlanğıcında
(XI- XII) gəlmiş səlcuq oğuzlarının adı ilə bağlıdır. Yerdəyişmə
nəticəsində Azərbaycana gələn etnoslar yerli türk (azərbaycanlı
və alban) əhalisi ilə dil, din və müəyyən dərəcədə etnik cəhətdən
qohum idilər. Azərbaycana gələn hunların tərkibində kəngər, pe-
çeneq, bulqar, qıpçaq, sabir, utiqur, onoqur, xəzər, türk, uz, heptal,
barsil tayfaları daxil idi (18,s. 211-213).
etdirməkdir. Bölgələrdə şagirdlər yazılı
və şifahi nitqlərində
bəzən dialekt sözlərindən istifadə edirlər. Buna görə də Azərbay-
can dili və ədəbiyyatı müəllimləri dialektologiyanı dərindən mə-
nimsəməli, şagirdlərin yaradıcı yazılarında və nitqindəki dialekt
xüsusiyyətlərini müəyyən edib, onlara izah etməlidirlər. Şağirdlər
bilməlidir ki, onların işlətdikləri dialekt sözləri və xüsusiyyətləri
məhdud ərazidə bir və ya bir neçə yaşayış məntəqəsində anlaşılır.
Hər kəs öz şivəsində danışsa və ya danışdığı kimi yazsa, anlaşıl-
mazlıq yaranar, insanlar bir- birini başa düşməkdə çətinlik çəkər-
lər. Buna görə də hamı ictimai yerlərdə ədəbi dildə danışmalı və
yazmalıdır.
Dostları ilə paylaş: