Azerbacan dialektologiyasi-2019. indd


a səsinə (qayış, qayçı),  Naxçıvan qrupu şivələrində ə səsi ( qəyiş, qəyçi), Bakı şivəsində  e



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə12/202
tarix27.06.2023
ölçüsü1,67 Mb.
#135403
1   ...   8   9   10   11   12   13   14   15   ...   202
Azerbacan DIALEKTOLOGIYASI-2019-352-07.02.2019

a səsinə (qayış, qayçı), 
Naxçıvan qrupu şivələrində ə səsi ( qəyiş, qəyçi), Bakı şivəsində 
e səsi (qeyiş, qeyçi) uyğun gəlir. Feilin şərt şəklinin II şəxs cəmi 
şimal- şərq ləhcəsində- so:z,- sö:z, qərb ləhcəsində -saŋız,- səŋiz, 
cənub ləhcəsində isə sa:z, sə:z şəkillərində işlənməkdədir. Dia-
lektlər arasında leksik fərqlər çoxluq təşkil edir. Ədəbi dildə ol-
duğu kimi qərb ləhcəsində işlənən qarğıdalı sözü ilə şimal- şərq 
ləhcəsində peyğəmbəri və ya peyğəmbəribuğda, cənub ləhcəsin-
də isə məkə və ya məkəbuğda sözləri qarşılaşaraq dialekt fərqi 


18
19
Azərbaycan dilinin dialektoloji atlasları
Azərbaycan dialektologiyasının ən mühüm naliyyətlərin-
dən biri dialektoloji atlasın tərtibidir. Atlas üzərində iş 1958-ci 
ildə başlanmış, 1975-cı ildə başa çatmışdır.128 xəritədən ibarət 
“Azərbaycan dilinin dialektoloji atlası” 1990-ci ildə nəşr olun-
muşdur. Atlasın tərtibi üçün 1958-ci ildə “Azərbaycan dilinin di-
alektoloji atlasının tərtibi üçün toplanan materialların proqramı” 
(tərtibçilər M.Şirəliyev və R.Rüstəmov) hazırlandı və çap edildi. 
Proqramda dilçiliyin fonetika, qrammatika və leksika bölmələ-
rinə aid 197 izoqloss müəyyən olundu. Həmin proqramda əsasən 
izoqloss verən və dilimizin tarixi üçün əhəmiyyətıi olan məsələlər 
əks etdirilmişdir. Proqra- mın fonetika bölməsində daha çox səs-
lərin əvəzlənməsinə, morfologiya hissəsində isimlərdə hal və 
mənsubiyyət kateqoriyalarına, feillərdə zaman və şəkil kateqori-
yalarına, feili bağlamalara, sifətin dərəcələrinə, əvəzliklərə və s. 
yer verilmişdir. Dilçiliyin bu sahəsi ilə bağlı türkologiyada təcrü-
bə olmadığından dialektoloqlar ən çox tədqiq edilən şimal-şərq 
ləhcəsinin atlasını hazırladılar. Bunun üçün respublikamızın şərq 
rayonlarının 235 yaşayış məntəqəsindən dialektoloji material top-
landı. 1965-ci ildə tamamlanmış bu atlas 50 xəritədən ibarətdir 
(tərtibçilər M.İslamov, T.Həmzəyev, R.Kərimov). Ümumi atlasın 
hazırlanması üçün Azərbaycan Respublikasının 500-dən artıq 
yaşayış məntəqəsindən material toplanmışdır. Hər rayonun dörd 
coğrafi cəhəti (şimal, cənub, şərq, qərb ) nəzərə alınmaqla 7-12 
kəndi material üçün obyekt seçilmişdir. Lakin texniki səbəblərə 
görə, atlasda 409 yaşayış məntəqəsinin materialından istifadə 
olunmuşdur. Dil faktları xəritələrə müəyyən qanunauyğunluq 
əsasında köçürülmüş, bütün xərıtələrdə ədəbi dil norması qara 
rəngli dairəciklə, dialekt fərqləri qırmızı, göy, yaşıl, sarı dairə 
və üçbucaqla işarələnmişdir. Atlasın bəzi xəritələrində izoqlos-
sun mövcud olmadığı məntəqələrin yeri boş buraxılmışdır. Di-
gər dillərin atlaslarından fərqli olaraq, bu atlasda bir- iki yaşayış 
məntəqəsində qeydə alınan bəzi xüsusiyyətlər üçün ayrıca işarə 
zırlanması prinsipi, materialın sistemli təsviri, materialın pasport-
laşdırılması, atlasın üzvlənməsi və s. daxil edilir. Bəzi alimlər 
linqvistik əsaslara dialektlərin ümumi strukturu barədə təsəvvürü, 
dilin qollarının və yaruslarının inkişaf prosesini, səs, forma və 
sözlərin yayılma sərhədlərinin mədəni- tarixi səbəblərini, şivələ-
rin fərqləndirilməsi prosesini, dilçilik atlaslarının konkret dialekt 
faktlarını öyrənməsini və təd- qiq etməsini də aid edirlər.
Dialektlərin dilçilik coğrafiyası metodu ilə öyrənilməsinə 
XIX yüzilliyin ortalarında Almaniyada başlanmışdır. 1876- cı 
ildə alman müəllimi Georq Venker dialektoloji atlası tərtib etmək 
üçün xüsusi anketlər hazırlayıb ayrı- ayrı bölgələrə göndərmiş 
və 1886- cı ildə 40 min anketə cavab almışdır. Həmin il “Alman 
atlası” Elmlər Akademiyasının rəhbərliyi ilə elmi instituta çev-
rilir. Atlas 1926- 1932- ci illərdə 6 cilddə, 1908- 1942- ci illər-
də 42 cilddə nəşr olunmuşdur. G.Venkerdən sonra fransız alimi 
J.Jilyeron ( 1854- 1926) E.Edmonla birlikdə 12 cilddən ibarət 
“Fransanın linqvistik atlası”nı hazırlayır. Bu atlas əsasən leksik 
xüsusiyyətlərə həsr olunmuşdur. Digər atlaslardan fərqi materi-
alların anket vasitəsilə deyil, birbaşa yığılmasındadır. Bu, leksik 
atlas olsa da materiallarda fonetik, morfoloji və sintaktik cəhətlər 
də əhatə olunmuşdur. Rusiyada dilçilik coğrafiyası ideyası XIX 
yüzillikdə meydana çıxmışdır. Hazırda Rusiya, Ukrayna, Beloru-
siya və Moldaviyada dialektoloji atlaslar hazırlanıb çap edilmiş-
dir. Dialektoloji atlaslar müxtəlif olur. Atlas təkcə leksikaya və ya 
fonetikaya, morfologiyaya, yaxud leksikaya aid ola bilər. Ərazi 
cəhətdən dilin bütün şivələrini və ya bir bölgəsini əhatə edə bilər. 
Lakin müasir dövrdə atlaslar dili və dialektləri öyrənməyə yönəl-
diyindən fonetik, leksik və qrammatik xüsusiyyətləri əks etdirir.
Türk dillərinin dilçilik coğrafiyası metodu ilə öyrənilməsinə 
keçən yüzilliyin ortalarından başlanılmışdır. Türk xalqları arasın-
da ilk dəfə dialektoloji atlası akademik M.Şirəliyevin təşəbbüsü 
və rəhbərliyi ilə Azərbaycan MEA- nın Nəsimi adına Dilçilik İns-
titutunun dialektoloqları hazırlamışlar.


20
21
çirək. Dialektoloji ədəbiyyatda Naxçıvan şivələri ahəng qanunu 
bəzi hallarda pozulan dialektlər qrupuna daxil edilir. Atlasın mü-
vafik xəritəsindən aydın olur ki, Naxçıvan bölgəsində Şərur, Kən-
gərli rayon və Naxçıvan şəhər şivələrində ahəng qanununa ciddi 
riayət edilir, Ordubad, Culfa və Babək rayon şivələrində qismən, 
Şahbuz rayon şivələrində isə daha çox pozulur. Ümumi atlasdan 
fərqli olaraq, Naxçıvan dialektoloji atlasında sintakrik izoqlos-
lara geniş yer ayrılmış, söz birləşmələri, sintaktik əlaqələr, söz 
sırası, sual cümlələri, vasitəli və vasitəsiz nitq, ara sözlər, tabeli 
və tabesiz mürəkkəb cümlələr əhatə olunmuşdur. Sual cümləsinə 
aid izoqlossun yayıldığı arealı nəzərdən keçirək. Xəritədən aydın 
olur ki, Naxçıvan şivələrində sual cümlələri intonasiya vasitəsilə 
düzəlir. Lakin ayrı- ayrı şivələrində niyə/nəyə/ nə:, nədən ötrü, nə 
üçün sual əvəzlikləri və məhlim”məgər”/ bəyəm/ bəyə/ (əksər şi-
vələrdə)/ bi:om (Ordubadın Vələver şivəsi), mı ( Şərurun Daşarx 
və Babəkin Çeşməbasar şivələri) ədatları da zəif izoqloss əmələ 
gətirir.
Azərbaycan dilinin dialektoloji atlaslarının tərtibinin xalqı-
mızın və dilimizin tarixinin öyrənilməsində mühüm əhəmiyyəti 
vardır. Azərbaycan dilinin fonetik sistemi, qrammatik quruluşu 
və lüğət tərkibinin inkişafının bir sıra məsələlərinin aydınlaşdı-
rılmasında, ümumxalq Azərbaycan dilinin təşəkkülü və formalaş-
ması prosesində iştirak edən tayfa dilləri xüsusiyyətlərinin yayıl-
ma ərazisini və sərhədlərini müəyyənləşdirməyə, digər tərəfdən 
isə Azərbaycan dili dialekt və şivələrinin qohum dillər arasında 
mövqeyini və bunların ədəbi dilə münasibətini meydana çıxar-
mağa imkan verir. Atlas mövcud ərazidə vaxtilə məskən salmış 
tayfaların sərhədini, müasir dialekt və şivələrin qədim tayfa dia-
lektləri ilə əlaqəsini, həmçinin dialekt sərhədlərinin dəyişməsini 
və s. müəyyənləşdirməyə imkan verir ( 11,s.3).
verilmişdir. Məsələn, oğuz qrupu türk dillərinin qədim yazılı 
abidələrində də özünü göstərən dördvariantlı- ı indiki zaman şə-
kilçisi bir- iki kənddə qeydə alınsa da dilimizin tarixi üçün əhə-
miyyəti nəzərə alınıb atlasın müvafiq xəritəsində əks etdirilmişdir 
(11,s.5). Dialekt faktlarının aydın və dəqiq olmasını göstərmək 
üçün atlasa material toplanmış rayon, kənd və qəsəbələrin adları, 
illəri, informator və materialı toplayan alimlərin siyahısı, yaşayış 
məntəqələrinin xəritələrdəki nömrələri, proqram, siyasi-inzibati 
və fiziki xəritə, açar- xəritə əlavə olunmuşdur. Atlasın xəritələ-
rindən aydın olur ki, dialektlərdə izoqloslar müxtəlif şəkildə ya-
yılmışdır. İzoqloslar arelına və kəmiyyərinə görə bir- birindən 
fərqlənir. Dil faktlarının geniş və məddud arealda, güclü və zəif 
şəkildə mövcud olması xalqımızın tarixində baş vermiş siyasi- 
ictimai hadisələrlə, əhalinin miqrasiyası ilə bağlıdır. Atlasda xə-
ritələrdən 43-ü fonetikaya, 31-i morfologiyaya, 4-ü sintaksisə, 
50-si leksikaya həsr edilmişdir. 
Uzun fasilədən sonra Dilçilik İnstitutunun dialektoloqları 
( Z.Xasiyev, K.Quliyeva, K.İmamquliyeva, Q.Qəmbərova) və 
Ə.Quliyev, M.Məmmədli tərəfindən hazırlanmış “Azərbaycan di-
linin Naxçıvan dialektoloji atlası” 2015- ci ildə dörd dildə (Azər-
baycan, türk, rus, ingilis) çap olunmuşdur. Atlas 250 xəritədən 
ibarətdir ki, bunlardan 64-ü fonetikaya, 111-i morfologiyaya, 19-u 
sintaksisə, 55-i leksikaya aiddir. Kitaba Naxçıvam MR- in ümum-
coğrafi xəritəsi, atlasın tərtibi üçün proqram, material toplanmış 
yaşayış məntəqələrin, xəritələrin, proqramda və xəritələrdə isti- 
fadə olunmuş şərti işarələrin və yaşayış məntəqələri üzrə informa-
torların siyahıları, dialektoloqlarla informatorların şəkilləri, eləcə 
də informatorların səs yazısından ibarət disk əlavə edilmişdir. Di-
alektoloqlar ənənəyə uyğun olaraq, atlasda ədəbi dillə eyniyyət 
təşkil edən xüsusiyyətləri qara dairələrlə, fərqliləri isə qırmızı, 
göy, yaşıl, sarı, narıncı və s. rəngli dairələrlə işarələmişlər. Atlas-
da Naxçıvan şivələrinin fonetik, leksik və qrammatik izoqlosları-
nın yayılma arealı və işlənmə səviyyəsi müvafik dairələrlə aydın 
göstərilmişdir. Nümunə üçün səciyyəvi izoqlosları nəzərdən ke-


22
23
dildə işlənməməli, şivələrdə işləkliliyini itirməməlidir; məs.: 
Ağılın qapısını bərkitdi;- Dəli Qacarı yalıncıq eylədi, 

Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   202




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin