24
25
«Cənub türkcəsinin səciyyəsinə dair Azərbaycan etüdləri» adlı
iki məqaləsində Təbriz, Urmiya, qismən də Ərzurum şivələrinin
xüsusiyyətlərini araşdırılmışdır.
Azərbaycan dili şivələrinin sistemli şəkildə öyrənilməsinə
XX əsrin əvvəllərindən başlanmışdır. Bu dövrdə N.İ.Aşmarinin
fəaliyyəti xüsusi qeyd olunmalıdır. Onun rəhbərliyi ilə 1930-31-
ci illərdə «Azərbaycan-türk xalq şivələri lüğəti»nin I cildinin bi-
rinci (A hərfi) və ikinci buraxılışı (B hərfi) çap olunmuşdur. 1926-
cı ildə N.Aşmarinin «Nuxa şəhəri türk xalq şivələrinin ümumi
xülasəsi» əsəri çap olunur ki, bu, Azərbaycan dili şivələrinə dair
ilk monoqrafik tədqiqatdır. N.Aşmarin 1924- cü ilin yayında və
1925- ci ilin payızında Nuxa (indiki Şəki) şəhərinin mərkəzindən
(Arxüstü, Ağvannar məhəlləsi, Bazar, Çökək məhəllə, Çayqırağı,
Dodı, Davaxana, Gəncəli məhəlləsi, Giləhli məhəlləsi, Savınçı,
Qullar məhəlləsi, Qışlaq, Yuxarıbaş) topladığı material əsasında
bu şivənin fonetik xüsusiyyətlərini tədqiq etmişdir. Kitab Ön söz
əvəzi, Nuxa haqqında qısa məlumat, Nuxa şivəsinin səsləri, Səs-
lərin başqa şəkildə işlənməsi, Türk sözlərinin quruluşu bölmələ-
rindən və ixtisarların siyahısından ibarətdir. “Ön söz əvəzi”ndə
Şəki şivəsinin səciyyəvi cəhətləri və beş məhəllənin (Qışlaq,
Gəncəli, Yuxarıbaş və Savınçı, Dodı, Güləhli) dialekt fərqləri
qeyd olunmuşdur. “Səslərin başqa şəkildə işlənməsi” bölməsin-
də saitlərin burun, qısa variantları, samitlərin variantları, “Türk
sözlərinin quruluşu” bölməsində ahəng qanunu, damaq və dodaq
ahəngi, saitlərin söz köklərində dəyişməsi, saitlərin düşümü, söz
əvvəlinə sait artımı, uzun saitlər, diftonqlar, söz ortasında qoşa sa-
itlər ( diftonqlardan fərqli olaraq, ayrı- ayrı hecalarda tələffüz olu-
nur), samitlərlə saitlərin ardıcıllığı, assimilyasiya, söz ortasında
samitlərin qoşalaşması, samitlərin yerdəyişməsi (torpax, tərpən,
körpi, yarpax, dorğa, örqən, irəli, əsqix`), sözlərin qovuşması
(sacayax/ sacax, a:qədə, ə:də, harə: < hara qədə, nayniyim, bur-
suyun, i:sreyin, nağaraceyıx), vurğu və s. məsələlərdən bəhs olu-
nur. Şəki şivəsinin xüsusiyyətləri, yeri gəldikcə, qədim yazılı abi-
dələr, müasir türtk dilləri ( osmanlı, Kazan- tatar, yakut, çuvaş) və
tədqiqat obyektinə daxildir. Türk dillərinin dialektləri müxtəlif
inkişaf yolu keçmişdir. Azərbaycan dilinin dialektləri qumuq,
qaraçay- balkar, karaim, tatar, türk, çuvaş, yakut, yeni uyğur
dillərində olduğu kimi, qəbilə- tayfa bölünməsinin izlərini tama-
milə itirmiş və məhəlli əlamətlər əsasında əmələ gəlmişdir. Tarixi
dialektoloji araşdırmalara görə, Azərbaycan dilinin dialektləri iki
inkişaf mərhələsi keçmişdir: 1. Xalqın təşəkkülündə iştirak etmiş
tayfaların dil xüsusiyyətlərinin saxlanması dövrü (XII əsrədək);
2. Tayfa dili xüsusiyyətlərini itirməklə şivələrin məhəlli müəy-
yənləşməsi dövrü (XII- XVIII əsrlər). E.Əzizovun fikrincə, Azər-
baycan dili şivələrinin izoqlos təşkil edən xüsusiyyətləri artıq orta
əsrlərdə formalaşmışdı və şübhə yoxdur ki, bu proses XII əsrdən
əvvəl başlanmışdı. Aydın olur ki, dialektlər uzun tarixi inkişaf
yolu keçmiş, tədricən qəbilə- tayfa dili xüsusiyyətlərini itirmiş,
bir- birinə qarışmış və məhəllə mənsubiyyəti qazanmışdır, yəni
Azərbaycan dili dialektləri tayfa dili xüsusiyyətlərinin müəyyən
ərazidə saxlanması yolu ilə yaranmışdır.
Tarixi dialektologiya nisbətən az tədqiq olunsa da, onun köklə-
ri dilçilikdə çoxdan mövcud olmuşdur. Azərbaycan dilinin tarixi-
nin və dialektlərin öyrənilməsində tarixi dialektologiya məsələlə-
rinə də yer verilmişdir. M.Şirəliyev, M.Cahangirov, M.Rəhimov,
T.Hacıyev, M.İslamov və b. alimlər tədqiqatlarında bu sahənin
problemləri ilə bağlı fikir və mülahizələr irəli sürmüşlər.
Dostları ilə paylaş: