Azerbacan dialektologiyasi-2019. indd


Azərbaycan dili dialektlərinin tədqiq tarixi



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə14/202
tarix27.06.2023
ölçüsü1,67 Mb.
#135403
1   ...   10   11   12   13   14   15   16   17   ...   202
Azerbacan DIALEKTOLOGIYASI-2019-352-07.02.2019

Azərbaycan dili dialektlərinin tədqiq tarixi
Azərbaycan dili şivələri haqqında ilk məlumata M.Kazımbə-
yin «Türk-tatar dilinin qrammatikası» kitabında təsadüf edilir. 
M.Kazımbəy Azərbaycan dili feillərindən danışarkən Dərbənd 
şivəsində işlənən indiki zaman formasına aid nümunə vermişdir 
(sevedem, sevesen, sevedi, sevedik, sevesiz, sevedilər). Bundan 
sonra K.Foyun 1903 və 1904-cü illərdə Berlində çap olunmuş 


26
27
şivələrin materiallarından istifadə edilmişdir. ”Azərbaycan dia-
lektologiyasının əsasları”(2008) kitabında öncə birinci və ikin-
ci nəşrlər barədə məlumat verilir. İkinci nəşr birinciyə nisbətən 
mükəmməldir. “... ikinci nəşr birinci nəşrə daxil olmayan bir sıra 
yeni dialektoloji materiallarla zənginləşdirilmiş, bu nəşrdə bir sıra 
məsələlər ətrafında dəqiqləşmələr aparılmışdır”(89, s.7). Bundan 
başqa, keçən müddət ərzində tədqiq olunan Cəbrayıl, Gədəbəy, 
Qax, Bərdə, Yevlax, Ağcabədi və Tərtər şivələrinin materialla-
rından da istifadə olunmuşdur. Burada dialektologiyanın nəzəri 
məsələlərinə də toxunulur. Azərbaycan dili dialektlərinin tədqiqi 
nəzərdən keçirilir, fərdi və kollektiv yolla öyrənilən şivələr barə-
də geniş məlumat verilir. Həmçinin dialektoloji tədqiqatların iki 
istiqaməti müəyyənləşdirilir: 1) Azərbaycan dili şivələrinin mo-
noqrafik tədqiqi; 2) Azərbaycan dili dialekt və şivələrinin dilçilik 
coğrafiyası əsasında öyrənilməsi (89,s.18). Əslində həmin dövr-
də dialektoloji lüğətin tərtibi də davam etdirilirdi. 1964- cü ildə 
“Azərbaycan dilinin dialektoloji lüğəti” də çap olunur. Kitabın 
rus dilindəki variantında tədqiqatların üçüncü istiqaməti kimi di-
alektoloji lüğətlərin tərtibi göstərilir (194,s.13). Kitabda ilk dəfə 
şivələrin tarixi- coğrafi prinsip əsasında təsnifatı verilir. Müəllif 
şivələri dörd qrupa bölür və hər qrupun səciyyəvi xüsusiyyətlərini 
qeyd edir. Sonrakı dövrlərdə aparılan dialektoloji tədqiqatlardan 
aydın olur ki, M.Şirəliyevin şimal qrupuna aid etdiyi səciyyəvi 
xüsusiyyətlərin bir qismi şərq, qərb və cənub ( ə~e, burun saitləri, 
-ıf nəqli keçmiş zaman şəkilçisi) qrupları üçün xarakterikdir.
XX yüzilliyin 40-cı illərindən Azərbaycan dili şivələri kol-
lektiv və fərdi yolla öyrənilməyə başlayır. AMEA-nın dialekto-
loqları 1946-49-cu illərdə Muğan qrupu şivələrini, 1950-55-ci 
illərdə Naxçıvan şivələrini, 1956-58-ci illərdə qərb ləhcəsini (Qa-
zax, Ağstafa, Tovuz, Borçalı) ekspedisiya yolu ilə öyrənmişlər. 
Monoqrafiik tədqiqatda fərdi yoldan da geniş istifadə olunmuş-
dur. Bakı (M.Şirəliyev), Quba (R.Rüstəmov), Şəki (M.İslamov), 
Tovuz (H.Cəfərov), Ağdam (P.Ağayev), Füzuli (İ.Məmmədov), 
Cəbrayıl (T.Hacıyev), Zəngilan (S.Behbudov), Ordubad (T.Həm-
dilimizin digər şivələri (Şuşa, Gəncə, Bakı, Ağdam, Qəbələ (Bum 
və Vəndam kənd şivələri), Təbriz) ilə müqayisə olunur. Kitabın 
ikinci cildində dördüncü bölmənin (Nitq hissələri) və “Qeydlər” 
in olması nəzərdə tutulmuşdur.
1926-cı ildə İ.Həsənovun «Gəncə şivəsində mənsubiyyət şə-
kilçisiz isimlərin hallanması» adlı kitabı da nəşr olunur. İ.Həsənov 
1928-ci ildə Qazax şivəsinə dair material toplamış, həmin şivənin 
fonetik xüsusiyyətlərini araşdırmışdır.1933-cü ildə Parisdə C.Ha-
cıbəylinin «Qarabağ dialekti və fokloru» kitabı çap olunur. Hə-
min illərdə S.Talıbxanbəylinin, «Azərbaycan yurd bilgisi» məc-
muəsində (sayı: 13, 14, 17, 19-20) «Qarabağ-İstanbul şivələrinin 
sövtiyyat cəhətdən müqayisəsi» məqaləsi nəşr edilir. SSRİ Elmlər 
Akademiyasının Azərbaycan filialının ekspedisiyası 1933-cü ildə 
Şamaxı, 1934-cü ildə Quba, 1935-ci ildə Zaqatala-Qax şivələrini 
tədqiq edir. Ə.Babazadə üçcildlik «Ayrım dialekti monoqrafiya-
sını yazır» (1941). 
Azərbaycan dialektologiyasının inkişafının bütöv bir mər-
hələsi M.Şirəliyevin adı ilə bağlıdır. O, 1938-40-cı illərdə «Bakı 
dialekti» adlı əsərini yazır. Görkəmli dialektoloqun Azərbaycan 
xalq şivələrini öyrənmək sahəsindəki fəaliyyəti onun «Azərbay-
can dialektologiyası» adlı dərs vəsaitində ümumiləşdirilmişdir. 
Kitab indiyə kimi Azərbaycan dilində dörd dəfə (1942, 1962, 
1967, 2008),1983- cü ildə isə rus dilində nəşr olunmuşdur. İlk 
nəşrlər “Azərbaycan dialektologiyası, I hissə (1942), “Azərbay-
can dialektologiyası, II hissə, Qazax dialekti haqqında ümumi 
obzor” (1943), sonrakı nəşrlər “Azərbaycan dialektologiyası-
nın əsasları” (1962, 2008), Rus dilindəki nəşr isə “Диалекты и 
говоры азербайджанского языка” adlanır. Bu nüsxə əvvəlkilər-
dən fərqli olaraq, təkmilləşdirilmiş, girişdə Azərbaycan dilinin 
tarixi, əhatə dairəsi, dialektlərin xaricdə tədqiqi barədə məlumat 
verilmişdir. Dialektlərin bölgüsünə Göyçay, Ağdaş və Cəbrayıl 
keçid şivələri daxil edilir.Sonda verilmiş dialektoloji xəritələr dia-
lektlərin mənşəyinə, fonetik, morfoloji və leksik xüsusiyyətlərinə 
aiddir. Keçən yüzilliyin 80-ci illərinə qədər yeni tədqiq olunmuş 


28
29
dilçilik sahəsi kimi təşəkkül tapmışdır. 1999-2016- cı illərdə onun 
“Azərbaycan dilinin tarixi dialektologiyası” adlı dərs vəsaiti nəşr 
olunmuşdur. Dialektlərin tarixi inkişafı Ə.Tanrıverdi (“Kitabi-Də-
də Qorqud və qərb ləhcəsi”), Ə.Ş.Tahirzadə (“Azərbaycan dialekt 
və şivələrinin qədim türk leksik- qrammatik elementləri (Şəki ra-
yonunun materialları əsasında”), K.F. Quliyeva (“Quba və Dər-
bənd dialektlərində qədim türk leksik təbəqəsi”), Q.G.Məmmədo-
va (“Nəsiminin dili və Azərbaycan dili şivələri”), İ.M.Qurbanova 
(“ Azərbaycan dili dialekt və şivə leksikasının etnilinqvistik təh-
lili”), dialektlərlə ədəbi dilin əlaqəsi N.Qazıyeva (“Azərbaycan 
ədəbi dili normalarının formalaşmasında dialektlərin rolu”) və 
b. tədqiqatlarında öz əksini tapmışdır. Qarabağ dialekti həmişə 
alimlərin diqqət mərkəzində olmuşdur. Həmin ərazidə yerləşən 
şivələr fərdi və monoqrafik yolla öyrənilmişdir. C.Hacıbəylinin 
”Qarabağ dialekti və folkloru (Qafqaz Azərbaycanı) əsəri 1933-
cü ildə Fransada çap olunmuşdur. S.Talıbxanbəylinin Türkiyədə 
”Azərbaycan yurd bilgisi” məcmuəsində 1933-cü ildə nəşr olun-
muş silsilə məqalələrində Qarabağ və İstanbul şivələri qarşılaşdı-
rılmışdır. 2005- ci ildə türk alimi Erdal Karaman “Qarabağ ağızla-
rı” mövzusunda dissertasiya yazmış, onun tədqiqatı monoqrafiya 
şəklində çap olunmuşdur. Qarabağ bölgəsinə daxil olan Füzuli 
(İ.Məmmədov), Ağcabədi (İ.Quliyev), Ağdam (P.Ağayev), Cəb-
rayıl (T.Hacıyev), Zəngilan (S.Behbudov), Qubadlı (R.Abbaso-
va) şivələri filologiya üzrə fəlsəfə doktoru dissertasiyası səviy-
yəsində araşdırılmışdır. Dialektlərin lüğət tərkibinin öyrənilməsi 
sahəsində də mühüm nailiyyətlər əldə olunmuşdur. Dialekt lek-
sikası ilə bağlı B.Əhmədov, M.Çobanov, Z.Xasiyev, İ.Həsənov, 
Ə.Hüseynov, G.Vəliyeva, K.Quliyeva, T.Qarayev, M.Zeynalov, 
Ə.Quliyev, İ.Tahirov, İ.Bayramov, E.Mirzəyev, N.Həsənova və 
b.tədqiqatları vardır.
XXI yüzillikdə dialektlərin leksikasının digər türk dillləri ilə 
müqayisəli şəkildə öyrənilməsinə zərurət yaranmışdır. Bu baxım-
dan Zabitə Teymurlunun “Azərbaycan dili dialektlərində və türk 
ədəbi dillində işlənən ortaq sözlər (2013), Sevinc Qəmbərovanın 
zəyev), Cəlilabad (Ə.Ağayev), Qax (S.Mollazadə), Oğuz (A.Hü-
seynov), Gədəbəy (B.Sadıqov), Lənkəran (Ə.Məcidova), Qazax 
(Ə.Cəfərli), İmişli (M.Cəfərzadə), Mingəçevirətrafı (B.Əhmə-
dov), Şərur (K.İmamquliyeva) və s. şivələr fərdi yolla tədqiq 
olunmuşdur. 
Azərbaycan dialektologiyasında problemlər üzrə ümumiləşdi-
rici araşdırmalar da aparılmışdır. Bu cəhətdən R.Rüstəmovun fe-
ilə, A.Vəliyevin keçid şivələrə, M.İslamovun əvəzliyə, M.Cəfər-
zadənin dialekt sintaksisinə, E.Əzizovun ahəng qanunu və tarixi 
dialektologiyaya, B.Əhmədovun söz yaradıcılığına, M.Məmməd-
linin ismin qrammatik kateqoriyalarına, N.Manafovun köməkçi 
nitq hissələrinə həsr olunmuş tədqiqatları Azərbaycan dilçiliyini 
daha da zənginləşdirmişdir.
1957-ci ildən başlayaraq dialektoloji tədqiqatlar 3 istiqamətdə 
aparılır: 1) Şivələrin monoqrafik öyrənilməsi; 2) Dialektoloji at-
las üzərində iş; 3) Dialektoloji lüğətin tərtibi.
Şivələrin monoqrafik tədqiqi uğurla davam etdirilir. Son döv-
rlərdə Lerik (G.Binnətova), Yardımlı (Ş.Məmmədov), Qubadlı 
(R.Abbasova), Şahbuz (N.Əliyeva), Ağbaba (A.Bayramova) şi-
vələri bu metodla araşdırılmışdır.
Azərbaycan dilinin respublikamızdan xaricdə olan şivələ-
ri də zaman-zaman tədqiqat obyekti olmuşdur. Dilimizin Kər-
kük (Q.Paşayev), Çənbərək və Karvansaray (Ş.Kərimov), Təbriz 
(M.Məmmədli), Böyük Qarakilsə (Q.Bağırov), Meğri (Ə.Əliyev), 
Zəngibasar (F.Babayev), Basarkeçər (Z.Vəliyev) şivələri tədqiq 
edilmişdir. Dərbənd dialekti və İraq türkman ləhcəsi AMEA-
nın Dilçilik İnstitutunun dialektoloqları tərəfindən geniş şəkildə 
araşdırılmşdır. Dərbənd dialektinin tədqiqinə Rusiyada da xüsu-
si önəm verilir. Son dövrlərdə Dağıstan Muxtar Respublikasında
bu dialektlə bağlı 10-dan artıq dissertasiya yazılmışdır (N.Q. Ha-
cıyeva, E.B.Təhməzova, R.S.Qədirov, A.Ş.Səlimoviç və b.).
XX yüzilliyin sonlarından başlayaraq dialektlərin tarixi is-
tiqamətdə tədqiqi genişlənir. Türkologiyada ilk dəfə E.Əzizovun 
tədqiqatları ilə Azərbaycan dilinin tarixi dialektologiyası müstəqil 


30
31
təsnif olunmasıdır. Alimin qənaətinə görə, Azərbaycanın hər iki 
bölgəsində on dialekt qrupu mövcuddur. M. Əmirpur monoqra-
fiyada Şapur dialektinin daxil olduğu

Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   202




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin