-çı leksik şəkilçisinə, -rax,- rəx dərəcə şəkilçisinə, odaha, budaha, nəmənə əvəzliklərinə,
şühudi, indiki, qeyri- qəti gələcək zamanların və əmr şəklinin təs-
rifinə aid nümunələr vardır. Həmin əsərdə Təbriz dialektinə aid
edilən incə saitlərdən sonra
k səsinin işlənməsinə ( sümük, çəkdi,
kəklik) və cəpə~cəbhə, əziz ~aşpaz, kalça~xalça, amrut, Arax~A-
raz, böyüy ata~baba, galazadə~xala oğlu, təhləkəli~təhlükəli, öy-
rən, sev, yaxşı sözlərinə təbrizlilərin danışıq dilinda sümüx`, çəx`-
di, kəhlix`,cibhə, aşpaz, xəlçə, əmrut, Araz // Ərəs, böyüy baba,
xaloğlu, təhlükəli, ögrən, söv, yaxçı şəklində təsadüf edilir. H.Sə-
liminin “ A genrative phonology of Azerbaijani” adlı dissertasi-
yası da Azərbaycan dilinin fonetik quruluşuna həsr olunmuşdur.
Tədqiqat Amerikanın Florida Universitetində yerinə yetirilmişdir.
Əsərin giriş hissəsində Azərbaycan dilinin tarixi, türk dilləri ara-
xüsusiyyətlərinin yerini müəyyənləşdirmişdir. Tədqiqatdan aydın
olur ki, şairin dilində Təbriz dialektinə xas xüsusiyyətlər üstünlük
təşkil edir. Alim, yeri gəldikcə, həmin fonetik və morfoloji xüsu-
siyyətləri müsir türk və Azərbaycan dilləri ilə müqayisə edir, on-
ların mənşəyi barədə maraqlı fikirlər irəli sürür. Mahmud Sarıqa-
yanın tədqiqatı “Güney Azərbaycan türkcəsinin qrameri” adlanır.
Əsərdə Azərbaycan yazılı ədəbi dilinin güney qolu araşdırılır. Bu
bölgədə ədəbi dil tam formalaşmadığından Təbriz koyne dialekt
kimi ədəbi dil funrsiyasını yerinə yetirir. M.Sarıqaya qrammatik
xüsusiyyətləri müəyyənləşdirərkən yazılı əsərlərin dilinə əsaslan-
mışdır. Güney şivələrinə aid mükəmməl tədqiqatlardan biri Bilge-
han Atsız Gökdağa məxsusdur (208). Onun tədqiqatı cənub- qərbi
Azərbaycanda yerləşən Salmas şivəsinə aid olsa da monoqrafiya-
da İran türklərinin mənşəyi, orada Azərbaycan dilində nəşr olunan
qəzet və jurnallar, xüsusisilə “Varlıq” məcmuəsinin türklüyün təb-
liğində rolu şərh olunmuş, türkçülüklə bağlı çap edilən kitabların
biblioqrafiyası verilmişdir. Müəllif oğuzların etnocoğrafiyasında
ünsiyyət vasitəsi olan dilləri və dialektlərin G.Dörfer, A.Jorma,
A.B. Ərcilasun, G.S.Alışık, M.Şirəliyev və E.Əzizov tərəfindən
aparılan bölgülərini nəzərdən keçirir, görkəmli türkoloq G.Dör-
ferin mövqeyində dayanaraq, xalacı müstəqil türk dili kimi səciy-
yələndirir və bölgüyə salınmasını məqbul hesab etmir. Marqalıdır
ki, monoqrafiyada İrandakı Azərbaycan dili şivələrinin, qaşqay,
sunqur, Xorasan və xalac dillərinin arealı müəyyənləşdirilir, tədqiq
tarixi araşdırılır. Monoqrafiyada Salmas bölgəsinin tarixi, cöğrafi-
yası, islamdan öncə və sonrakı dövrün müqayisəsi, fonetik qurulu-
şun özünəməxsusluqları, yəni sait və samitlər, onların variantları,
ahəng qanunu, səs dəyişmələri, assimilyasiya, samitlərin qoşalaş-
ması, səs düşümü və artımı, yerdəyişmə, heca düşümü hadisələ-
ri özünə geniş yer almışdır. B.A.Gökdağ və T.Doğanın “İranda
türklər və türkçə” (209) kitabında da Güney şivələri barədə geniş
məlumat verilir. Kitabda İranda yaşayan türklər barədə qısa mə-
lumat verilir, onların dillərinin səciyyəvi xüsusiyyətləri müqayisə
olunur. Azərbaycanlılar, qaşqaylar, sunqurlar, xorasanlılar, xalac-
34
35
H.Zərinəzadə, M.İslamov, T.Hacıyev, Q. Paşayev və E.Əzizovun
tədqiqatlarında Güney şivələrinə aid qeydlərə rast gəlinir. XX
yüzilliyin 80-90-cı illərindən bu istiqamətdə tədqiqatlara başla-
nılmış,M.Məmmədov Təbriz dialektinin fonetik, morfoloji xü-
susiyyətlərindən və lüğət tərkibindən bəhs edən filologiya üzrə
fəlsəfə doktoru dissertasiyası yazmışdır (71). N.Cəfərov yazı-
lı nümunələr əsasında Azərbaycan ədəbi dilinin güney qolunun
durumunu araşdırmışdır (28). Əslən güneydən olan tədqiqatçılar
-Siyamək Hüseynəlizadə əfşar şivəsinin leksikasını (53), Əmir
Xəlilzadə Güney şivələrində ahəng qanununu (58), Hüseyn Xoş-
batini isə Güneydə yaşayan azərbaycanlıların dilində işlənən
arqoları (59) filologiya üzrə fəlsəfə doktoru dissertasiyası səviy-
yəsində tədqiq etmişlər.