84
BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ
№1 Təbiət elmləri seriyası 2011
UOT 663.1
MUĞAN DÜZÜNÜN PAXLALI BİTKİLƏRİNİN MİKOBİOTASI
A.Ş.İBRAHİMOV, Z.A.ABDULOVA, L.N.MEHDİYEVA
Bakı Dövlət Universiteti
ibrahimov @ yahoo.com
Məqalədə Muğan düzündə yayılmış bir sıra paxlalı bitkilərin mikobiotası tədqiq edil-
mişdir. Bu məqalədə biz bu bitkilər üzərində ən geniş yayılan Sclerotinia, Puscinia, Uromyces,
Fusarium, Alternaria və Chaetomium olduğunu aşkar etdik. Müəyyən etdik ki, bu göbələklər
bitkilərə ən çox ziyan vuranlardandır. Qeyd ediyimiz kimi bu bitkilər bir çox xəstəliklərə məruz
qalır, lakin göbələklərdən ən çox ziyan vuranı Fusarium olduğunu müəyyən etdik.
Açar sözlər: mikobiota, biotrof, saprotrof, xlamido-spor, piknidi.
İşin material və metodikası
Qarşıya qoyulan məqsədə çatmaq üçün aşağıdakı vəzifələr yerinə yeti-
rilmişdir: (Tədqiqatlar Kür – Araz ovalığının Muğan düzündə aparılıb).
Paxlakimilər fəsiləsinə aid olan bitkilər üzərində müşahidə edilən göbə-
ləklərin növ tərkibinin müəyyənləşdirilməsi. Bu məqsədlə xəstə bitkilər top-
lanılıb Botanika kafedrasına gətirilmişdir [1].
Muğan düzündə paxlalı bitkilər üzərində yayılmış göbələklərin tak-
sonomik-coğrafi analizinin aparılması.
Xəstəlik törədən göbələk növlərinin bioloji və morfoloji xüsusiyyətləri-
nin öyrənilməsi üçün Çapek qidalı mühitindən, Eşbi qidalı mühitindən düyülü
aqar qidalı mühitindən və Çapek – Doks qidalı mühitlərdən istifadə edilmişdir.
Paxlalılar fəsiləsinə aid materiallar 2009 – 2010-cu illərdə toplanılmışdır.
Nəticələr və onların müzakirəsi
Apardığımız tədqiqatlar zamanı müəyyən etdik ki, paxlalı bitkilər fəsilə-
sinə aid olan, bitkilər də ən geniş yayılan Ascomycota şöbəsinin Sclerotnia-
ceae fəsiləsinə aid olan Sclerotinia cinsinin Sclerotinia Sclerotiorum (htb) de
Bari) növüdür [2].
Çox maraqlıdır ki, bu göbələk növü lobya, noxud, mərci, soya, çöl yon-
cası üzərində geniş yayılmışdır.
Göbələk təsirindən bu bitkilərin yarpaqları ağ rəngli sıx hava mitseli ilə
85
örtülür. Bir müddət keçdikdən sonra mitseli daha da sıxlaşır 3-5mm ən dia-
metrli Sclerotsi-lər əmələ gətirirlər. Hətta bu Sclerotsi -lər adi gözlə görünürlər
[3-4].
Basidiomycota şöbəsinin noxud və lobya bitkiləri üzərində yaşayan Ure-
dinales sırasının Pucciniaceae fəsiləsinin 4 cinsinin (Gymnosporangium D.C.,
Puccinia Pers Transchelia Died və Uromyces L.K.) olduğunu müəyyən etdik [5].
Qeyd etməliyik ki, Basidiomycota şöbəsinə aid olan bu göbələklər gös-
tərilən bitkilər üzərində Azərbaycanda ilk dəfədir ki, tərəfimizdən aşkar edilir
və bu Azərbaycan mikologiyası üçün yenilikdir.
Çox maraqlıdır ki, bu göbələklərə yarpaqlar tökülənə kimi bitki üzərində
yaşadığını müşahidə etdik. Noxud və lobya bitkilərinin vegetativ orqanları
üzərində Deuteromycota şöbəsinin Fusarium, Alternaria, Chaetomium və
Aspergillus göbələklərini aşkar etdik.
Fusarium nivale Ces növü əsasən saprotrof həyat tərzi keçirir. Lakin
biotrof nümayəndələri də vardır. Hətta bəzi nümayəndələri torpaqda və bitki
qalıqları üzərində müşahidə edilir. Bitki köklərində yayılanlar isə bitkilərin
məhv olmasına səbəb olurlar.
Cədvəl 1
Göbələk şöbələrində müşahidə olunan cins və növlər
Ascomycota Basidiomycota
Deuteromycota
1. Sclerotinia sclerotiorum (htb)
D Bari
1.Gymnosporangium D.C.
2. Puccinia Pers
3. Transchelia Died
4. Uromyces M.K.
1. Fusarium
2. Alternaria
3. Chaetomium
4. Aspergillus
5. Kabatiella
6. Septoria
Fusarium – cinsi makro və mikro konidi əmələ gətirmək qabiliyyətinə
malikdir.
Makrokonidi – aypara oraq (oraq) formalı olub 4-6, arakəsməlidir.
Əsasən rəngsiz olurlar. Konididaşıyanlar nadir hallarda mitseli üzərində də
əmələ gələ bilir. Harada əmələ gəlməsindən asılı olmayaraq selikli olurlar.
Mikro konidi 2-3 hüceyrəli olub yumurta formalıdır. Əsasən mitseli üzə-
rində əmələ gəlirlər, lakin konidi – daşıyan üzərində əmələ gələnlərdə olur.
Fusarium göbələyinin bu növü xlamidospor əmələ gətirmək qabiliyyəti
də vardır. Ölçüləri 12-14 mkm olur. Bitki yarpaqları üzərində xlamidospor-lar
konididə əmələ gətirə bilir [8].
Fusarium lini Boll –Bu növ paxlalı bitkinin bütün fazalarında və bütün
orqanlarında müşahidə olunur. Fikrimizcə Fusarium-un bitkinin bütün or-
qanlarında olması yalnız bitki kökündə olması ilə bağlıdır.
Əgər xəstəlik bitkiyə cavan vaxtda yoluxmuşsa, o zaman bitki məhv
olur. Bitkinin vegetativ orqanlarında bu göbələk bitki tamam yetişdikdən sonra
müşahidə edilir. İyun ayının sonunda göbələk bitkisinin bütün vegetativ orqan-
86
larını yoluxdura bilir.
Göbələk təsirindən belə bitkilər aşır. Əgər onun kökünə adi gözlə diqqət
etsək, kökün tünd narıncı rəngdə olduğunu görərik.
Fusarium bu növündə makrokonididə 4 – 5 arakəsmə vardır. Ölçüləri isə
30 – 42 ×2,5-3 mkm-dir [9-11].
Çox maraqlıdır ki, bu xəstəlik iyul ayının sonunda müşahidə edilirsə
bitkini məhv edə bilmir, yalnız zəiflədə bilir. Maraqlıdır ki, göbələk bitkinin
çiçəyinə, hətta toxumuna da keçə bilir. Fikrimizcə Fusarium-un bu növü
torpaqda qışlayır.
Fusarium oxysporum Sch l.-Bu növ Fusarium cinsinin ən təhlükəli nö-
vüdür. Bu növ bitkiləri istənilən fazasında xəstələndirə bilir. Xəstəliyə ilk
əvvəl yaşlı yarpaqlar tutulur sonra cavan yarpaqlara sirayətlənir, sonra cavan
budaqlar və gövdə getdikcə qaralmağa başlayır [9].
Konidilər üzüyü xatırladır və 5-ə kimi arakəsməsi olur. Gövdə üzərində
həmişə rütubətli mühit yaranır. Göbələk bitkiyə elə sirayətlənir ki, hətta
toxumaya da keçə bilir. Bu xəstəliyin ən böyük nişanələrindən biri də bitkiyə
istənilən fəsildə keçə bilməsidir. Əgər hava rütubətli keçərsə bitki bütövlükdə
narıncı rəng alır. Göbələk payızın sonunda xlamidospor əmələ gətirə bilir.
Müşahidələr zamanı müəyyən etdik ki, Fusarium-un bu növü torpaqda 6
il yaşaya bilir. Demək, göbələk bu xəstəliyi bitkiyə yalnız torpaq vasitəsilə si-
rayətləndirə bilir. Biz habelə müşahidə etdik ki, torpaqda hərarət 26 – 28
olduqda göbələk daha da gur inkişaf edə bilir [10].
Fikrimizcə, Fusarium-un bu növünə torpaq Fusarium-u adını vermək
olar. Ona görə ki, o, yeganə göbələk növüdür ki, torpaqda bu qədər yaşayıb və
xəstəliyi yaya bilir.
Kabatiella caulivora (Kirchn) Karak – göbələk bu bitkilərin bütün yer-
üstü orqanlarını xəstələndirir. Deyərdik ki, bu bitkinin ən geniş yayılmış və ən
çox ziyanvuran xəstəliklərindəndir. Bitki qara rəng alıb yanır. Əsas əlamət-
lərdən biri də odur ki, xəstəlik bitkini bütün fəsillərdə xəstələndirə bilir. Xəs-
təliyin bütün orqanlara yayılması sporlarla gedir. İstər yarpaqda, istər gövdədə
və digər orqanlarda olsun sporun ölçüləri 20 – 28,5 ×4,5-6,5 mkm-olur.
Biz müəyyənləşdirdik ki, göbələk toxumda qışlayır (Spor halında) və ilk
yazda bitki inkişafa başlayan kimi xəstəlik sporlarla yayılmağa başlayır [11].
Xəstəliyn növbəti mərhələsi yarpaqda başlayır. Xəstəliyin nişanəsi
yarpaq üzərində qonur rəngli ləkələrin əmələ gəlməsidir. Bu zaman yarpaq
saplağı sancaq formasını alır, bu da xəstəliyin digər göstəricisidir.
Maraqlıdır ki, göbələk gövdədə xırda dəliklər əmələ gətirir, ölçüləri 0,5-
2,5sm olur. Bu vəziyyətdə olan bitkilərin gövdələri külək olan kimi və yaxud
bərk yağışda sınırlar.
Vegetasiyanın sonunda xəstə orqanlar üzərində piknidilər əmələ gəl-
məyə başlayır. Çox maraqlıdır ki, piknidilər aprel ayının sonunda əmələ gəl-
məyə başlayır. Aprel ayının sonunda piknidilər açılır və sporlar yayılmağa
başlayır.
87
Yuxarıda dediyimiz kimi Antroknoz, ümumiyyətlə, ən təhlükəli göbələk
xəstəliyi hesab edilir. Bu xəstəliyə yoluxmuş bitkidən məhsul almaq mümkün
deyildir. Bu bitkilərin ən geniş yayılmış xəstəliklərindən biri də Septoria
Fries-dir. Bu cinsin növləri təbiətdə çox geniş yayılmışlar. Elə bir ekoloji
şərait ola bilməz ki, Septoria orada olmasın.
Dünya mikoloqları müəyyən etmişlər ki, bu cinsin hazırda 2000 yaxşı
növü vardır [12]..
Bir maraqlı tərəfi də odur ki, fəsillərdən asılı olmayaraq bütün mədəni və
yabanı bitkilərdə bu göbələyin növlərinə rast gəlinir.
Bütün bitkilərdə ilk növbədə yarpaqlarda yaşayırlar. Yarpaq üzərində
açıq rəngli kürəvi ləkələr əmələ gətirirlər. Yarpaq üzərində piknidilərin öl-
çüləri 50 – 250 mkm-olur. Piknididəki sporlar əsasən tək hüceyrələrdirlər.
Lakin bunların 2, 3, 4 və 5 arakəsməlisi olanlara da rast gəldik. Sporlar silin-
dirik, nadir hallarda isə hər iki tərəfdən əyilmiş olur. Ölçüləri də çox müxtəlif
olur. Belə ki, 10 – 100 mkm arasında dəyişir. Sporlar əsasən yarpaqlarda qışla-
yırlar. İlk yazda 12 – 15 gün ərzində onlar bitkini bu xəstəliklə yoluxdururlar.
Yarpaq mərkəzində xəstəliyin rəngi açıq olur, lakin yarpağın kənarları isə
nisbətən tünd rəngdə olur. Bir maraqlı məsələni də müşahidə etdik ki, yarpağın
mərkəzindəki piknidilər xırda, yarpağın kənarında olan piknidilər isə böyük
ölçülü olurlar. Mərkəzdə olan piknidilərin ölçüsü 50-65 × 2-3 mkm, yarpağın
kənarlarında olanların ölçüləri isə 125-130 mkm olur. Çox maraqlıdır ki, hava
rütubətli keçərsə xəstəlik geniş yayılır. Biz müəyyən etdik ki, xəstəlik gövdədə
geniş yayılmışdır.
Beləliklə, Azərbaycanın bu ərazisində aparılan mikoloji tədqiqatlar za-
man müəyyən etdik ki, paxlalı bitkilərə ən çox ziyan vuran Sertoria, Kaba-
tiella və Fusarium cinslərinin növləridir.
ƏDƏBİYYAT
1.
Ахундов Т.М. Микрофлора Нахичеванской АССР. Баку: Элм, 1979, 166 с.
2.
Budaqov B.Ə. Azərbaycan Respublikasının konstruktiv coğrafiyası. Bakı: Elm, 1999, 241 s.
3.
Билай В.И. Физарии. Киев: Наукова думка, 1977, 443 с.
4.
Васильевский Н.Н., Каракулин Б.И. Паразитные несовершенные грибы. М.-Л.,
1937, т.1.
5.
Горленко М.В. О некоторых направлениях эволюции фитопотогенных грибов //
«Микология ифитопотоларус», 1995, №29, с. 87-94.
6.
Джабраилзаде С.М., Ибрагимов А.Ш. Микобиота некоторых плодовых растений
зап. части «Большого Кавказа» научные труды МГУ серия естественных наук. М.:
2004, с. 346 – 352.
7.
Eyyubov B.B. Tərəvəz və bostan bitkilərində rast gəlinən xəstəliklərin növ tərkibi və
yayılması // Azərbaycan Aqrar elmi jurnalı. Bakı, 2003, №3-4, s. 28.
8.
İbrahimov A.Ş. Abşeron yarımadasında zeytun bitkisinin bəzi ziyanverici göbələk xəs-
təlikləri // Bakı Universitetinin Xəbərləri, Təbiət elmləri seriyası, 1993, №3-4, s. 45-47.
9.
Müseyibov M.A. Azərbaycanın fiziki coğrafiyası. Bakı: Maarif, 1998, s. 396.
10.
Salmanov E.H. Azərbaycanın rayonlarında tərəvəz bitkilərini yoluxduran göbələklərin növ
tərkibi. Azərbaycan florası. Bitkiliyin istifadəsi və qorunması. Bakı: Elm, 1999, s. 41-42.
11.
Сатто И.Д., Фоторгил А., Риналди М. Определитель патогенных и условно по-
88
тогенных грибов. М.: Мир, 2001 486 с.
12.
Хохряков М.К., Доброзракова Т.Л., Стеранов К.М., Летова М.Ф. Определитель бо-
лезной растений СПб: Лань. 2003, 592 с.
МИКОБИОТА РАСТЕНИЙ МУГАНСКОЙ РАВНИНЫ
А.Ш.ИБРАГИМОВ, З.А.АБДУЛОВА, Л.Н.МЕХТИЕВА
РЕЗЮМЕ
Были исследованы микобиоты некоторых бобовых растений, распространенных в
Муганской равнине. Было обнаружено, что Selerotinia, Puschinia, Uromyces, Fuzarium,
Alternaria и Chaetomium были широко распространены на этих растениях. Эти растения
подвергаются действию многих болезней, но было выяснено, что Fuzarium наносит
наибольший вред.
Ключевые слова: микобиота, биотрофы, сапротрофы, хламидоспоры, пикниды.
MICOBIOTA PLANTS OF MUGHAN PLAIN
A.Sh.IBRAHIMOV, Z.A.ABDULOVA, L.N.MEHDIYEVA
SUMMARY
The paper investigates the micobiota of some podded plants widespread in Mughan
plain. It is established that the fungi Selerotinia, Puschinia, Uromyces, Fuzarium, Alternaria
and Chaetomium are widely distributed in these plants. These plants subject to many deseases,
but it is noted that Fuzarium causes the largest harm.
Key words: micobiota, biotroph, saprotroph, chlamydospore, picnidium.
Redaksiyaya daxil olub: 10.03.2011-ci il.
Çapa imzalanıb: 27.05.2011-ci il.
Dostları ilə paylaş: |