АМЕА-nın Xəbərləri (biologiya və tibb elmləri), cild 70, №2, səh. 68-74 (2015)
68
Ağstafa Rayonu Ərazisində Hörümçəklərinin (Arachnida, Araneae)
Öyrənilməsinə Dair
Ş.İ. Xasayeva*, E.F. Hüseynov
AMEA Zoologiya İnstitutu, A.Abasov küç., 1128 döngə, 504 məhəllə, Bakı AZ1073, Azərbaycan;
*E-mail: Shafa_Xasayeva@mail.ru, Apsheron@list.ru
Məqalədə 2012-2014-cü illərdə Ağstafa rayonu ərazisində aparılmış tədqiqatların nəticələri veril-
mişdir. Toplanılmış araxnoloji nümunələrin tədqiqi zamanı 11 fəsiləyə aid 24 növ hörümçək aşkar
edilmişdir. Bunlardan iki növ (Clubiona frutetorum, L.Koch, 1867; Monaeses israeliensis Levy, 1973)
Qafqaz faunası üçün, 8 cins (Arctosa C.L. Koch, 1847; Parasteatoda Archer, 1946; Pachygnatha
Sundevall, 1823; Enoplognatha Pavesi, 1880; Crustulina Menge, 1868; Asagena Sundevall, 1833;
Heriaeus Simon, 1875; Tmarus Simon, 1875) və 13 növ [Neriene clathrata (Sundevall, 1830);
Philodromus dispar (Walckenaer, 1826); Thanatus imbecillus L. Koch, 1878; Pholcus phalangioides
(Fuesslin, 1775; Arctosa tbilisiensis Mcheidze, 1946; Pardosa agrestis (Westring, 1861); Crustulina sticta
(O. P.-Cambridge, 1861); Pachygnatha degeeri Sundevall, 1830; Parasteatoda lunata (Clerck, 1757);
Enoplognatha quadripunctata (Simon, 1884 ); Asagena phalerata (Panzer, 1801); Heriaeus sp.; Tmarus
horvathi Kulczynski, 1895] isə Gəncə-Qazax bölgəsi üçün ilk dəfə qeyd olunur.
Açar sözlər: Hörümçək, Gəncə-Qazax bölgəsi, fauna, yeni növlər
GİRİŞ
Gəncə-Qazax bölgəsinə daxil olan Ağstafa ra-
yonu Respublikanın şimal-qərb hissəsində, Böyük
Qafqazın ətəkləri, Kiçik Qafqazla Qabırrı yaylası
arasında, Gəncə-Qazax maili düzənliyində və Cey-
rançöl öndağlığında yerləşir. Səthi əsasən düzən-
likdir (Gəncə, Qazax və Qarayazı düzləri). Cənub-
qərb, şimal və şimal-şərq hissələri (Yaylacıq sils-
iləsi, Çobandağ silsiləsi) alçaq dağlıqdır. Şərq his-
səsi Ceyrançöl düzüdür. Ən yüksək zirvəsi 1038 m
olub rayonun cənub hissəsindədir. Öz başlan-
ğıclarını Kiçik Qafqaz dağlarından götürən Ağstafa
və Həsənsu çaylarının aşağı axınları və həmçinin
Kür çayı rayonun ərazisindən keçir. İqlimi mülayim
isti, quru subtropikdir. Qışı quraq keçir. Əsasən dağ
şabalıdı, dağ boz-qəhvəyi, şabalıdı, açıq şabalıdı
dağ-meşə torpaqları yayılmışdır. Yovşanlı-şoran-
otlu yarımsəhra və çöl bitkiləri, Kür çayı sahilində
Tuqay meşələri vardır (Məmmədov, 2007) .
Gəncə-Qazax bölgəsinin hörümçəklərinin öy-
rənilmə tarixinə nəzər saldıqda aydın oldu ki, in-
diyə qədər bölgədə müntəzəm olaraq geniş elmi
tədqiqat işi aparılmamışdır və müxtəlif müəlliflər
tərəfindən 21 fəsiləyə aid 85 hörümçək növü qeyd
edilmişdir (Schmidt, 1895; Харитонов, 1936).
Bunlardan 4 fəsiləyə (Theridiidae, Zodariidae, Tho-
misidae, Oxyopidae) aid 5 növ ( Theridion impres-
sum, Oxyopes heterophtalmus, Oxyopes lineatus,
Zodarion thoni, Thomisus albus, Thomisus onustus)
Kulczysky tərəfindən Ağstafada qeyd olunub
(Kulczynsky, 1895).
MATERİAL VƏ METODLAR
Material 2012-2014-cü illərdə Ağstafa rayonu-
nun ətraf kənd və qəsəbələrinin ərazisindən toplan-
mışdır. 100-ə yaxın araxnoloji nümunə götürül-
müşdür. Tədqiqat zamanı materialın yığılması ümu-
mi qəbul olunmuş metodika ilə - vizual axtarma və
əl (manual) ilə toplama yolu ilə aparılmışdır. Hö-
rümçəklər yaşaya bilən bütün yerlər diqqətlə nəzər-
dən keçirilmişdir. Bundan başqa nümunələrin top-
lanmasında çətir, entomoloji tor, eksqauster, tələlər-
dən, botrobiont hörümçəklərin yuvalardan çıxarıl-
ması və s. üsullardan istifadə olunmuşdur. Bütün
tapılan materiallar 75%-li etil spirtində fiksasiya
edilib, etiketlənmişdir. Materialın təyin edilməsi
NİKON SMZ 1270 mikroskopu vasitəsilə yetkin
fərdlər üzrə aparılmışdır. Növlərin təyin olunması
sistematikası əsasən Avropanın hörümçəklər faunası
vasitəsilə, dünyada yayılması isə Platnikin dünyanın
hörümçəkləri kataloquna əsaslanaraq verilmişdir
(http://www.araneae.unibe.ch; http://research.amnh.
org/iz/spiders/catalog_15.0/index.html).
NƏTİCƏLƏR VƏ ONLARIN MÜZAKİRƏSİ
2012-ci ildən başlayaraq Ağstafa rayonu ərazi-
sində tədqiqat işləri aparırıq. Rayonun ətraf kənd və
qəsəbələrinin ərazisindən topladığımız araxnoloji
materialların tədqiqi zamanı 11 fəsiləyə aid 24 növ
hörümçək aşkar edilmişdir. Bunlardan iki növ (Clu-
biona frutetorum, L.Koch, 1867; Monaeses isra-
eliensis Levy, 1973) isə Qafqaz faunası üçün, 8 cins
(Arctosa C.L.Koch, 1847; Parasteatoda Archer,
Ağstafa Rayonunun Hörümçəklərinin
69
1946; Pachygnatha Sundevall, 1823; Enoplognatha
Pavesi, 1880; Crustulina Menge, 1868; Asage-
na Sundevall, 1833; Heriaeus Simon, 1875; Tmarus
Simon, 1875) və 13 növ [Neriene clathrata (Sunde-
vall, 1830); Philodromus dispar (Walckenaer, 1826);
Thanatus imbecillus L. Koch, 1878; Pholcus phalan-
gioides (Fuesslin, 1775; Arctosa tbilisiensis Mcheid-
ze, 1946; Pardosa agrestis (Westring, 1861); Crus-
tulina sticta (O. P.-Cambridge, 1861); Pachygnatha
degeeri Sundevall, 1830; Parasteatoda luna-
ta (Clerck, 1757); Enoplognatha quadripunctata (Si-
mon, 1884); Asagena phalerata (Panzer, 1801);
Heriaeus sp.; Tmarus horvathi Kulczynski, 1895 ] isə
Gəncə-Qazax bölgəsi üçün ilk dəfə qeyd olunur.
Həmin növlər aşağıdakılardır:
Fəsilə: Araneidae Simon, 1895
Cins: Mangora O. P.-Cambridge, 1889
Növ: Mangora acalypha (Walckenaer, 1802)
Material: 2♀♀,1 juv., Ağstafa, Poylu kəndi,
20.05.2012, N.Sneqovaya; 1♂, Ağstafa, S.Vurğun
qəsəbəsi, 09.05.2013, Ş.Xasayeva.
Azərbaycanda yayılması: Qusar, Gəncə, Abşeron
yarımadasında, Böyük Qafqazın cənub hissəsində,
Muğan düzündə, Lənkəran təbii vilayətində, İsma-
yıllıda və Şərurda qeyd olunub. (Вержбицкий,
1902; Xаритонов, 1936; Дунин, 1984; Дунин,
1989; Мамедов, 1992; Guseinov, 1999; Hüseynov
və b., 2003; Marusik et al., 2004).
Dünyada yayılması: Palearktik növdür.
Qeyd: Dişilər 3.5-4 mm, erkəklər 2.5-3 mm uzun-
luğunda olurlar. İsti ərazilərdə qısa bitkilərin, otla-
rın üzərində tapılır. Hər iki cinsin yetkin fərdlərinə
may-iyun aylarında rast gəlinir.
Fəsilə: Clubionidae Wagner, 1887
Cins: Clubiona Latreille, 1804
Növ: Clubiona frutetorum, L.Koch, 1867
Material: 1♂, Poylu kəndi, 20.05.2012,
N.Sneqovaya.
Azərbaycanda yayılması: Qafqaz faunası üçün
yeni növdür.
Dünyada yayılması: Avropadan Mərkəzi Asiyaya
qədər yayılıb.
Qeyd: Bu növə çəmənliklərdə, kolluqlarda, şitillə-
rin və qısa boylu bitkilərin arasında rast gəlinir.
Erkək fərdin bədəni 4-7 mm uzunluğunda olur.
Fəsilə: Linyphiidae Blackwall, 1859
Cins: Neriene Blackwall, 1833
Növ: Neriene clathrata (Sundevall, 1830)
Material: 2♂♂, Ağstafa, 28.04.2014, Ş.Xasayeva.
Azərbaycanda yayılması: Xaçmaz, Şamaxı, Lən-
kəran və Muğan düzündə qeyd olunub (Tanase-
vitch, 1987; Дунин, Мамедов, 1992). Gəncə-Qa-
zax bölgəsi üçün yeni növdür.
Dünyada yayılması: Bu növ açıq, geniş ərazilərdə,
otların, kolların arasında, bataqlıqlarda, meşədə,
bağlarda alçaq boylu bitkilərin üzərində yaşayır.
Hər iki cinsin yetkin fərdlərinə il boyu hər yerdə
rast gəlmək olur. Lakin, yaz, yay və payızda daha
çox tapılır. Dişilərin bədəni 3,0-5,5 mm, erkəklə-
rinki isə 3,6-4,8 mm uzunluqda olur.
Qeyd: Holarktik növdür.
Fəsilə: Philodromidae Thorell, 1870
Cins: Philodromus Walckenaer, 1826
Növ: Philodromus dispar (Walckenaer, 1826)
Material: 1♀, Ağstafa, 19.05.2012, N.Sneqovaya.
Azərbaycanda yayılması: Böyük Qafqazın cənub
hissəsində, Lənkəran təbii vilayətində və Şahbuzda
qeyd olunub (Дунин,1989; Guseinov, 1999; Maru-
sik et al., 2004). Gəncə-Qazax bölgəsi üçün yeni
növdür.
Dünyada yayılması: Avropadan Mərkəzi Asiyaya
qədər yayılıb.
Qeyd: Dişilərin bədəni 4-5 mm uzunluğunda, tünd
qəhvəyi və ya qara rənglidir. Erkəklərinki isə parıl-
tılıdır, ölçüsü 7-8 mm-dir. Əsasən ağac və kolların
üzərində rast gəlinən bu növ tor toxumur, qidasını
aktiv şəkildə ovlayır.
Cins: Thanatus C. L. Koch, 1837
Növ: Thanatus imbecillus L. Koch, 1878
Material: 1♀, Ağstafa, Poylu kəndi, 20.05.2012,
N.Sneqovaya.
Azərbaycanda yayılması: Abşeron yarımadasında,
Muğan düzündə, Lənkəran təbii vilayətində, Şərur
və Şahbuzda qeyd olunub (Дунин, 1984; Дунин,
Мамедов, 1992; Guseinov, 1999; Hüseynov və b.,
2003; Marusik et al., 2004). Gəncə-Qazax bölgəsi
üçün yeni növdür.
Dünyada yayılması: Bolqariyadan Mərkəzi
Asiyaya qədər yayılıb.
Qeyd: Bu növ quru və qumlu ərazilərdə,daşların al-
tında, torpağın səthində, sıx və ya seyrək bitkilərin
arasında tapılır. Bədəni boz rənglidir və 7 mm
uzunluğundadır. Yetkin fərd erkən yazdan aprelin
axırınadək rast gəlmək olur. Bu növ tor qurmur. Öz
qidasını pusquda duraraq aktiv şəkildə ovlayır. Əsa-
sən arılarla, kəpənəklərlə, ağcaqanad, böcək və di-
gər buğumayaqlılarla qidalanır.
Cins: Tibellus Simon, 1875
Növ: Tibellus oblongus (Walckenaer, 1802)
Material: 2♂♂, 1♀, Ağstafa, Poylu kəndi,
20.05.2012, N.Sneqovaya;
Azərbaycanda yayılması: Gəncədə, Şəki-Zaqatala
bölgəsində, Abşeron yarımadasında, Böyük Qafqa-
zın cənub hissəsində, Muğan düzündə və Lənkəran
təbii vilayətində qeyd olunub (Xаритонов, 1936;
Атакишиев, 1969; Дунин, 1984; Дунин, 1989;
Дунин, Мамедов, 1992; Guseinov, 1999).
Dünyada yayılması: Holarktik növdür.
Xasayeva və Hüseynov
70
Qeyd: Bu növə müxtəlif ərazilərdə rast gəlinir:
quru və ya nəmli otların arasında, günəşli yerlərdə,
qumların arasında, bitkilərin üzərində və s. Bədəni
açıq və ya tünd sarı rəngdə olur. Erkəklər 5-7.5
mm, dişilər 6.5-11.5 mm uzunluqda olur.
Fəsilə: Pholcidae C. L. Koch, 1851
Cins: Pholcus Walckenaer, 1805
Növ: Pholcus phalangioides (Fuesslin, 1775)
Material: 1♂, 1♀, Ağstafa, 12.12.2013, Ş.Xasaye-
va.
Azərbaycanda yayılması: Şəki-Zaqatala bölgəsin-
də, Abşeron yarımadasında, Böyük Qafqazın cənub
hissəsində və Lənkəran təbii vilayətində qeyd
olunub.Gəncə-Qazax bölgəsi üçün yeni növdür.
(Атакишиев, 1969; Дунин, 1984; Дунин, 1989;
Guseinov, 1999).
Dünyada yayılması: Kosmopolit növdür.
Qeyd: Nazik və uzun ayaqları ilə diqqəti cəlb edən
bu növ isti və rütubətli binalarda, anbarlarda, divar-
ların küncündə dağınıq şəkildə tor qurur və öz
torunda tərs şəkildə oturaraq ovunu gözləyir. O toru
vasitəsilə öz ölçüsündən böyük böcək və digər
onurğasızları ovlayır. Tora toxunduqda hörümçək
və tor şiddətli titrəyir. Erkəklər 7-10 mm, dişilər 7-
8 mm uzunluqda olur.
Fəsilə: Oxyopidae Thorell, 1870
Cins: Oxyopes Latreille, 1804
Növ: Oxyopes heterophtalmus (Latreille, 1804)
Material: 10♂♂, 12♀♀, Ağstafa, Poylu kəndi,
19.05.2012, N.Sneqovaya.
Azərbaycanda yayılması: Ağstafa, Qusar, Gəncə,
Abşeron yarımadası, Lənkəran təbii vilayəti və
İsmayıllıda qeyd olunub (Kulczynsky, 1895; Верж-
бицкий, 1902; Xаритонов, 1936, Дунин, 1984;
Guseinov, 1999; Hüseynov və b., 2003)..
Dünyada yayılması: Paleraktik növdür.
Qeyd: Bu növə quru otların və bitkilərin arasında
rast gəlinir. Bitkilərin arasında gəzərək öz qidasını
ovlayır. Bədəni tünd qəhvəyi rəngdədir. Ayaqları
qaradır, üzərində açıq rəngli tüklər və tikancıklar
var. Uzunluğu 5-7 mm olur.
Növ: Oxyopes lineatus (Latreille, 1806)
Material: 1 juv., Ağstafa, Poylu kəndi, 19.05.2012,
N.Sneqovaya.
Azərbaycanda yayılması: Ağstafa, Naxçıvan, Qu-
sar, Abşeron yarımadası, Böyük Qafqazın cənub
hissəsi, Muğan düzü, Lənkəran təbii vilayəti və
İsmayıllıda qeyd olunub (Kulczynsky, 1895;
Schmidt, 1895 Вержбицкий, 1902; Дунин, 1984;
Дунин,1989; Дунин, Мамедов, 1992; Guseinov,
1999; Hüseynov və b., 2003).
Dünyada yayılması: Palearktik növdür.
Qeyd: Meşələrdə, otlaqlarda, düzlərdə alçaq bit-
kilərin üzərində rast gəlinir. Gün ərzində aktiv olur,
xüsusilə də günəşli günlərdə yarpaq və otların
arasında fəal hərəkət edir. Bu öv öz qidasını toru ilə
ovlamır. O pusquda duraraq həşərat və digər kiçik
onurğasız heyvanları gözləyir. Onun görmə qabiliy-
yəti çox yaxşı olmasa da öz qidasını 10 sm məsafə-
dən aşkar edir. Ovunu tapan kimi uzun ayaqları ilə
sürətlə qaçaraq onun üzərinə tullanır və zəhərli
dişləri (xeliser) ilə onu sancıb iflic edərək öldürür.
Onun zəhəri iri heyvanlar və insan üçün təhlükəli
deyil. Dişilər 6-6.5 mm, erkəklər 4-5 mm uzunlu-
ğunda olur.
Fəsilə: Lycosidae Sundevall, 1833
Cins: Arctosa C. L. Koch, 1847
Növ: Arctosa tbilisiensis Mcheidze, 1946
Material: 2♀♀, Ağstafa, Tatlı kəndi, 29.04.2014,
Ş.Xasayeva; 2♀♀, Ağstafa, 09.05.2014, Ş.Xasa-
yeva.
Azərbaycanda yayılması: Abşeron yarımadasında,
Böyük Qafqazın cənub hissəsində, Muğan düzündə,
Lənkəran təbii vilayətində, İsmayıllıda və Şərurda
qeyd olunub (Дунин, 1984; Дунин, 1989; Дунин,
Мамедов, 1992; Guseinov, 1999; Hüseynov və b.,
2003; Marusik et al., 2004). Gəncə-Qazax bölgəsi
üçün yeni cinsdir.
Dünyada yayılması: Bolqarıstan, Yunanıstan və
Gürcüstanda yayılıb.
Qeyd: Erkəklərin bədəni 3.92-4.34 mm, dişilərinki
isə 6.35-6.68 mm uzunluğunda olur. İlin bütün
fəsillərində rast gəlinir.
Cins: Pardosa C.L.Koch, 1847
Növ: Pardosa agrestis (Westring, 1861)
Material: 1♂, Ağstafa, Aşağı Kəsəmən kəndi.
09.05.2014, Ş.Xasayeva.
Azərbaycanda yayılması: Abşeron yarımadasında,
Böyük Qafqazın cənub hissəsində, Muğan düzündə
və Lənkəran təbii vilayətində qeyd olunub (Дунин,
1984; Дунин, 1989; Дунин, Мамедов, 1992;
Guseinov, 1999). Gəncə-Qazax bölgəsi üçün yeni
növdür.
Dünyada yayılması: Palearktik novdür.
Qeyd: Bu növə müxtəlif ərazilərdə, açıq, quru
sahələrdə, qayalıqlarda, meşələrdə, dağlarda,seyrək
bitkilərin arasında, gilli torpaqlarda, sahilə yaxın
ərazilərdə, bəzən rütubətli və ya bataqlıq ərazilərdə
rast gəlinir. Dişilər 6-9 mm, erkəklər 4.5-7 mm
uzunluğunda olur.
Cins: Trochosa C. L. Koch, 1847
Növ: Trochosa ruricola (De Geer, 1778)
Material: 1 ♂, Ağstafa, Köçəsgər kəndi,
04.05.2014, Ş.Xasayeva.
Azərbaycanda yayılması: Gəncədə, Böyük Qafqa-
zın cənub hissəsində və Lənkəran təbii vilayətində
qeyd olunub (Xаритонов, 1936; Дунин, 1989;
Guseinov, 1999).
Ağstafa Rayonunun Hörümçəklərinin
71
Dünyada yayılması: Holarktik növdür.
Qeyd: Növə daşların, qayaların və sıx bitkilərin
altında rast gəlinir. Hər iki cinsin yetkin fərdlərini
mart ayından dekabra qədər tapmaq olur. Erkək-
lərin bədəni 7-9.5 mm, dişilərinki isə 8-14 mm
uzunluğunda olur.
Fəsilə: Tetragnathidae Menge, 1866
Cins: Pachygnatha Sundevall, 1823
Növ: Pachygnatha degeeri Sundevall, 1830
Material: 1 ♂, Ağstafa, S.Vurğun qəsəbəsi,
05.05.2014, Ş.Xasayeva.
Azərbaycanda yayılması: Abşeron yarımadasında,
Böyük Qafqazın cənub hissəsində, Muğan düzündə,
Lənkəran təbii vilayətində və Şahbuzda qeyd olu-
nub (Дунин, 1984; Дунин, 1989; Дунин, Маме-
дов, 1992; Guseinov, 1999; Marusik et al., 2004).
Gəncə-Qazax bölgəsi üçün yeni cinsdir.
Dünyada yayılması: Palearktik növdür.
Qeyd: Bu növ meşələrdə, otların və digər bitkilərin
arasında yaşayır.Yetkin fərdlərə yayın ortasından
qışın birinci yarısına qədər rast gəlinir. Erkəklər 2-4
mm, dişilər 2-4.5 mm uzunluqda olur.
Fəsilə: Theridiidae Sundevall, 1833
Cins: Enoplognatha Pavesi, 1880
Növ: Enoplognatha quadripunctata (Simon, 1884)
Material: 1♀, Ağstafa, Poylu kəndi, 20.05.2012,
N.Sneqovaya.
Azərbaycanda yayılması: Şərur, Abşeron, Xızı,
Qobustan, Qusar, Lerik, Lənkəran və Siyəzəndə
qeyd olunub (Huseynov, Marusik, 2008; Hüseynov
və b., 2003). Gəncə-Qazax bölgəsi üçün yeni cinsdir.
Dünyada yayılması: Aralıq dənizindən Azərbay-
cana qədər yayılıb.
Qeyd: Adətən quru ərazilərdə yaşayır. Daşların
altında, meşələrdə, quru kolların arasında, daşlı dağ
yamaclarında, qumların arasında rast gəlinir. Dişi-
lərin bədəni 2.2-4.1 mm, erkəklərinki isə 1.8-3.8
mm uzunluğunda olur.
Cins: Crustulina Menge, 1868
Növ: Crustulina sticta (O. P.-Cambridge, 1861)
Material: 2♀♀, Ağstafa, 30.04.2014, Ş.Xasayeva
Azərbaycanda yayılması: Muğan düzündə qeyd
olunub (Дунин, Мамедов, 1992).Gəncə-Qazax
bölgəsi üçün yeni cinsdir.
Dünyada yayılması: Holarktik növdür.
Qeyd: Bu növ rütubətli, isti çöllərdə, daşların ara-
sında, rütubətli qumluqlarda, bataqlıqlarda yayılıb.
Hər iki cinsin yetkin fərdlərinə may-iyun aylarında
rast gəlinir. Dişilərə hətta oktaybra qədər rast gəl-
mək olar. Dişilərin bədəni 2.8-3.5 mm, erkəklərinki
isə 2.5 mm uzunluğunda olur.
Cins: Parasteatoda Archer, 1946
Növ: Parasteatoda lunata (Clerck, 1757)
Material: 1♀, Ağstafa, Poylu kəndi, 20.05.2012,
N.Sneqovaya.
Azərbaycanda yayılması: Qusar, Şəki-Zaqatala
bölgəsi, Böyük Qafqazın cənub hissəsi və Lənkəran
təbii vilayətində qeyd olunub (Вержбицкий, 1902;
Атакишиев, 1969; Дунин, 1989; Guseinov, 1999).
Gəncə-Qazax bölgəsi üçün yeni cinsdir.
Dünyada yayılması: Palearktik növdür.
Qeyd: Əsasən kölgəli və gizli yerlərdə, ağac və
kolların budaqları arasında rast gəlinir. Dişilərin
bədəni 2.7-5.6 mm, erkəklərinki isə 2.7-5 mm
uzunluğunda olur.
Cins: Asagena Sundevall, 1833
Növ: Asagena phalerata (Panzer, 1801)
Material: 4♂♂, Ağstafa, Dağ Kəsəmən kəndi,
09.05.2014, Ş.Xasayeva.
Azərbaycanda yayılması: Abşeron yarımadasında,
Böyük Qafqazın cənub hissəsində, Lənkəran təbii
vilayətində və İsmayıllıda qeyd olunub (Дунин,
1984; Дунин, 1989; Guseinov, 1999; Hüseynov və
b., 2003). Gəncə-Qazax bölgəsi üçün yeni cinsdir.
Dünyada yayılması: Palearktik növdür.
Qeyd: Bu növ isti və quru ərazilərdə torpağın üzə-
rində və ya alçaq boylu bitkilərin üzərində, qumla-
rın arasında tapılır. Yetkin erkəklərə may-sentyabr
aylarında, dişilərə isə hətta oktyabr ayında rast
gəlinir. Xarici görünüşünə görə qarışqaya oxşayır
və adətən qarışqalarla birgə, bəzən isə qarışqa
yuvalarında rast gəlinir. Tor qurmur. Lakin, qarış-
qaları fəal şəkildə ovlayır. Dişilərin bədəni 4.5-5.7
mm, erkəklərinki isə 4.5-5 mm uzunluğunda olur.
Fəsilə: Thomisidae Sundevall, 1833
Cins: Heriaeus Simon, 1875
Növ: Heriaeus sp.
Material: 1sub ♂, Ağstafa, Poylu kəndi,
20.05.2012, N.Sneqovaya.
Azərbaycanda yayılması: Cinsin 3 növü Abşeron
yarımadasında, Böyük Qafqazın cənub hissəsində,
Muğan düzündə və Lənkəran təbii vilayətində qeyd
olunub (Дунин, 1984; Дунин, 1989; Дунин, Ма-
медов, 1992; Guseinov, 1999). Gəncə-Qazax böl-
gəsi üçün yeni cinsdir.
Dünyada yayılması: Cinsə daxil olan 25 növ
Afrika, Avropa və Asiyada yayılmışdır.
Qeyd: Xarici görünüşləri xərçəngi xatirlatdığına
görə bu cinsin nümayəndələrinə xərçəng hörüm-
çəklər də deyirlər. Bu hörümçəklərdə I-II yerimə
ayaqları əvvəlcə yana, sonra isə önə doğru uzan-
mışdır və III-IV cüt yerimə ayaqlarından daha
uzundurlar. Pusquda duraraq öz qidalarını ovla-
yırlar. Yaşadıqları yerin rənginə uyğunlaşdıqları
üçün növlər müxtəlif rəngdədirlər. Növlərin əksə-
riyyəti çiçəkli bitkilərin üzərində yaşayır.
Xasayeva və Hüseynov
72
Cins: Monaeses Thorell, 1869
Növ: Monaeses israeliensis Levy, 1973
Material: 1♂, 1♀, Ağstafa, 05.05.2014, Ş.Xasa-
yeva.
Azərbaycanda yayılması: Qafqaz faunası üçün
yeni növdür.
Dünyada yayılması: Yunanıstan, Türkiyə, İzrail,
Mərkəzi Asiya.
Qeyd: Sıx otların, alçaq boylu kənd təsərrüfatı
bitkilərinin arasında rast gəlinir. Bu növ tor qurmur.
Qidasını bitkilərin budaqları arasında pusquda
durmaqla tutur. Erkəklər 6-7 mm, dişilər 8-9 mm
uzunluqda olur.
Cins: Synema Simon, 1864
Növ: Synema globosum (Fabricius, 1775)
Material: 2♂♂, Ağstafa, 20.05.2012, N.Sneqo-
vaya.
Azərbaycanda yayılması: Qusar, Gəncə, Böyük
Qafqazın cənub hissəsi, Lənkəran təbii vilayəti və
İsmayıllıda qeyd olunub (Вержбицкий, 1902; Xа-
ритонов, 1936; Дунин, 1989; Guseinov, 1999;
Hüseynov və b., 2003).
Dünyada yayılması: Palearktik növdür.
Qeyd: Bu növə alçaq boylu bitkilərin, kolların
budaqları üzərində, otların arasında rast gəlinir. Tor
qurmur, öz qidasını pusquda duraraq ovlayır. Dişi
6-8 mm, erkək 3-4 mm uzunluğunda olur.
Cins: Thomisus Walckenaer, 1805
Növ: Thomisus onustus Walckenaer, 1805
Material: 2♂♂, 3♀♀, Ağstafa, Poylu kəndi,
19.05.2012, N.Sneqovaya.
Azərbaycanda yayılması: Lənkəran təbii vila-
yətində, Ağstafada, Qusarda, Gəncədə, Abşeron
yarımadasında, Böyük Qafqazın cənub hissəsində,
Muğan düzündə, İsmayıllıda və Şərurda qeyd
olunub (Koch, 1878; Kulczynsky, 1895; Верж-
бицкий, 1902; Xаритонов, 1936; Дунин, 1984;
Дунин, 1989; Дунин, Мамедов, 1992; Hüseynov
və b., 2003; Marusik et al., 2004).
Dünyada yayılması: Palearktik növdür
Qeyd: Növə günəş radiasiyası çox olan isti və quru
ərazilərdə, meşələrdə, yamaclarda, quru otların
arasında rast gəlinir. Hər iki cinsin yetkin fərdlərinə
may-iyun aylarında rast gəlinir. Dişilər iyun ayında
yumurta kisələrini çiçəklərin üzərinə qoyurlar. Tor
qurmur. Öz qidasını çiçəklərin üzərində pusquda
duraraq ovlayır. O, ovunu güclü və uzun ön ayaq-
ları ilə tutur. Qidasını əsasən milçəklər, böcəklər,
kəpənəklər, arılar təşkil edir. Bu növün rəngi çox
dəyişkəndir. Bir neçə gün ərzində aktiv rəng
dəyişdirmə xüsusiyyətinə malikdir. Dişi 7-9,8 mm,
erkək 2-3,6 mm uzunluğunda olur.
Cins: Tmarus Simon, 1875
Növ: Tmarus horvathi Kulczynski, 1895
Material: Material: 1♂, Ağstafa, Poylu kəndi,
20.05.2012, N.Sneqovaya.
Azərbaycanda yayılması: Şamaxıda qeyd olunub
(Logunov, 1992). Gəncə-Qazax bölgəsi üçün yeni
cinsdir.
Dünyada yayılması: Palearktik növdür.
Qeyd: Növə alçaq boylu ağacların budaqlarında,
kolların yarpaq və budaqları arasında, otların üzə-
rində rast gəlinir. Bu növ tor qurmur, qidasını ovla-
yır. Mühitə uyğun rəngdəyişmə qabiliyyətinə ma-
likdir. Xarici görünüşü xərçəngi xatırladır. I-II ye-
rimə ayaqları III-IV yerimə ayaqlarından uzundur.
Cins: Xysticus C. L. Koch, 1835
Növ: Xysticus kochi Thorell, 1872
Material: 4♂♂, 11♀♀, Ağstafa, Poylu kəndi,
20.05.2012, N.Sneqovaya; 2♂♂, 6♀♀, Ağstafa,
19.05.2013, Ş.Xasayeva.
Azərbaycanda yayılması: Gəncədə, Şəki-Zaqatala
bölgəsində, Böyük Qafqazın cənub hissəsində, Mu-
ğan düzündə, Lənkəran təbii vilayətində, İsmayıl-
lıda və Şahbuzda qeyd olunub (Xaritonov, 1936;
Атакишиев, 1969; Дунин, 1989; Дунин, Маме-
дов, 1992; Guseinov, 1999; Hüseynov və b., 2003;
Marusik et al., 2004).
Dünyada yayılması: Aralıq dənizindən Mərkəzi
Asiyaya qədər və avropada yayılıb.
Qeyd: Müxtəlif ərazilərdə - daşların altında, torpaq
üzərində, qısa boylu bitkilərin üzərində, otların
arasında, bəzən açıq ərazilərdə rast gəlinir. Hər iki
cinsin yetkin fərdlərinə may-iyun aylarında, dişilərə
hətta payızda da rast gəlinir.Dişilərin bədəni 6-8
mm, erkəklərinki isə 4-5 mm uzunluğunda olur. Bu
növ tor toxumur. Öz qidasını ağac və çiçəklərin
üzərində pusquda durmaqla tutur.
Fəsilə: Uloboridae Thorell, 1869
Cins: Uloborus Latreille, 1806
Növ: Uloborus walckenaerius (Latreille, 1806)
Material: Material: 1♀, Ağstafa, Poylu kəndi,
20.05.2012, N.Sneqovaya.
Azərbaycanda yayılması: Gəncə, Xaçmaz, Saatlı,
Lənkəran, Böyük Qafqazın cənub hissəsi, Muğan
düzü, İsmayıllı və Şərurda qeyd olunub (Xарито-
нов, 1936; Дунин, 1988; Дунин,1989; Дунин, Ма-
медов, 1992; Hüseynov və b., 2003; Marusik et
al., 2004).
Dünyada yayılması: Palearktik növdür.
Qeyd: Bu növ isti və açıq ərazilərdə, bitkilərin
arasında diametri 13-18 sm olan üfüqi tor qurur. O
yumurtalarla (70-100 ədəd) dolu olan baramasını
torun kənarına bərkidir. Hər iki cinsin yetkin
fərdlərinə yayın sonlarında rast gəlinir.Dişilərin bə-
dəni 6-8 mm, erkəklərinki isə 4-5 mm uzunluqda
olur. Bu fəsiləyə daxil olan növlərdə zəhər vəziləri
olmur.Ona görə bu növ öz ovunu parçalayarq qida-
lanır.
Ağstafa Rayonunun Hörümçəklərinin
73
NƏTİCƏLƏR
1) Araxnoloji nümunələrin tədqiqi zamanı 11 fəsi-
ləyə aid 24 növ hörümçək aşkar edilmişdir.
2) 8 cins (Arctosa C.L.Koch, 1847; Parasteato-
da Archer, 1946; Pachygnatha Sundevall, 1823;
Enoplognatha Pavesi, 1880; Crustulina Menge,
1868; Asagena Sundevall, 1833; Heriaeus Simon,
1875; Tmarus Simon, 1875) və 13 növ [Neriene
clathrata (Sundevall, 1830); Philodromus dispar
(Walckenaer, 1826); Thanatus imbecillus L. Koch,
1878; Pholcus phalangioides (Fuesslin, 1775; Arc-
tosa tbilisiensis Mcheidze, 1946; Pardosa agrestis
(Westring, 1861); Crustulina sticta (O. P.-Cam-
bridge, 1861); Pachygnatha degeeri Sundevall,
1830; Parasteatoda lunata (Clerck, 1757); Enop-
lognatha quadripunctata (Simon, 1884 ); Asagena
phalerata (Panzer, 1801); Heriaeus sp.; Tmarus
horvathi Kulczynski, 1895] Gəncə-Qazax bölgəsi
üçün ilk dəfə qeyd olunub.
3) 2 (Clubiona frutetorum, L.Koch, 1867; Mona-
eses israeliensis Levy, 1973) növ Qafqaz faunası
üçün ilk dəfə qeyd olunub.
ƏDƏBİYYAT
Hüseynov E.F., Əliyev X.Ə., Sneqovaya N.Y.
(2003) İsmayıllı qoruğunun hörümçəklər faunası-
nın öyrənilməsinə dair. Azərbaycan Zooloqlar cə-
miyyəti, I Qurultayın materialları, Bakı: s.191-
195.
Məmmədov Q. (2007) Azərbaycanın torpaq ehti-
yatlarından səmərəli istifadənin sosial-iqtisadi və
ekoloji əsaslar. Bakı: Elm, s. 222-293.
Атакишиев Т.А. (1969) Пауки – симбионты
медоносной пчелы. Уч. зап. Казанск. вет. ин-
та., 105: 317-323.
Вержбицкий Э. (1902) О пауках Кавказского
края. Зап. Киевск. общ. естествоисп., 17 (вып.
2): с. 461-504.
Дунин П.М. (1984) Фауна и экология пауков
(Aranei) Апшеронского полуострова (Азербай-
джанская ССР). Фауна и экол. паукообразных,
Пермь: Пермск. ун-т., с. 45-60.
Дунин П.М. (1988) Пауки ( Aranei) ) юго-вос-
точной части Большого Кавказа (в пределах
Азербайджанской ССР). Автореф. дис…. канд.
биол. н. Л.:ЛГУ, 16 с.
Дунин П.М. (1989). Фаунa и высотное распре-
деление пауков (Arachnida, Aranei) Азербай-
джанской части южного макросклона Боль-
шого Кавказа. Фауна и экол. пауков и скорпио-
нов: Арахнол. сб. М.: Наука., с. 31-39.
Дунин П.М., Мамедов А.А. (1992) Пауки хлоп-
ковых полей юго-восточной части Азербай-
джана. Бюл. Моск. общ-ва испыт. природы,
отд. биол., 97 (вып. 6): 53-61
Харитонов Д.Е. (1936) Дополнение к каталогу
русских пауков. Уч. зап. Пермск. ун-та, 2
(вып. 1): 167-225.
Guseinov E.F. (1999) Spiders of Lenkoran natural
region and Apsheron peninsula in Azerbaijan.
Autoref. of the PhD thesis, Baku, 29 p.
Huseynov E.F., Marusik Y.M. (2008) Spiders
(Arachnida, Aranei) of Azerbaijan 3. Survey of
the genus Enoplognatha Pavesi, 1880 (Theridi-
idae). Arthropoda Selecta, 16: 153-167.
Logunov D.V. (1992) A review of the spider ge-
nus Tmarus Simon, 1875 (Araneae, Thomisidae)
in the USSR fauna, with a description of new
species. Siberian biol. J., (1): 61-73.
Marusik Y.M., Guseinov E.F., Aliev H.A. (2004)
Spiders (Arachnida : Aranei) of Azerbaijan. 4.
Fauna of Naxcivan. Arthropoda Selecta, 13: 135-
149.
Tanasevitch A.V. (1987) The linyphiid spiders of
the Caucasus, USSR. Senckenberg. biol., Bd. 67
(H. 4-6): 197-383.
Kulczynsky A.L. (1895) Attidae Musei Zoologici
Varsoviensis in Siberia Orientali Collecti. Dissert.
Akad. Cracoviensis, 32: 44-98, tab. II.
Koch L. (1878) Kaukasische Arachnoiden.
O.Schneider (ed.): Naturwissenschaftliche Beitra-
ge zur Kenntniss der Kaukasuslander. Dresden, 3:
36-71.
Schmidt P. (1895) Beitrag zur Kenntnis der Lauf-
spinnen (Araneae, Citigradae Thor.) Russlands.
Zool. Jb., Abt. syst. Bol., 8 (Nr. 4): 439-484.
http://www.araneae.unibe.ch ( Araneae spiders of
Europe).
http://research.amnh.org/iz/spiders/catalog_15.0
/index.html (The World Spider Catalog, Version
15 by Norman I. Platnick).
Xasayeva və Hüseynov
74
Изучениe Пауков (Arachnida, Araneae) Агстафинского Района
Ш.И. Хасаева, Э. Ф. Гусейнов
Институт зоологии НАНА
В статье приводятся результаты исследования фауны пауков Агстафинского района, проведенных в
2012-2014 гг. В результате исследований было выявлено 24 вида пауков из 11 семейств. Из них 8
родов (Arctosa C.L.Koch, 1847; Parasteatoda Archer, 1946; Pachygnatha Sundevall, 1823; Enoplognatha
Pavesi, 1880; Crustulina Menge, 1868; Asagena Sundevall, 1833; Heriaeus Simon, 1875; Tmarus Simon,
1875) и 13 видов [Neriene clathrata (Sundevall, 1830); Philodromus dispar (Walckenaer, 1826); Thanatus
imbecillus L. Koch, 1878; Pholcus phalangioides (Fuesslin, 1775; Arctosa tbilisiensis Mcheidze, 1946;
Pardosa agrestis (Westring, 1861); Crustulina sticta (O.P.-Cambridge, 1861); Pachygnatha degeeri
Sundevall, 1830; Parasteatoda lunata (Clerck, 1757); Enoplognatha quadripunctata (Simon, 1884);
Asagena phalerata (Panzer, 1801); Heriaeus sp.; Tmarus horvathi Kulczynski, 1895] впервые указываются
для фауны Гянджа-Газахской зоны. Два вида (Clubiona frutetorum, L.Koch, 1867; Monaeses
israeliensis Levy, 1973) оказались новыми для фауны всего Кавказа в целом.
Ключевые слова: Пауки, Гянджа-Газахская зона, фауна, новые виды
Study of Spiders (Arachnida, Araneae) in Agstafa Region
Sh. I. Khasayeva, E.F. Huseynov
Institute of Zoology, ANAS
In the paper results of the investigation of the spider fauna in Agstafa district conducted in 2012 -2014 years
are provided. During the period of the investigation 24 species of spiders belonging to 11 families were
found. Eight genera (Arctosa C.L.Koch, 1847; Parasteatoda Archer, 1946; Pachygnatha Sundevall, 1823;
Enoplognatha Pavesi, 1880; Crustulina Menge, 1868; Asagena Sundevall, 1833; Heriaeus Simon, 1875;
Tmarus Simon, 1875 ) and 13 species [ Neriene clathrata (Sundevall, 1830); Philodromus dispar
(Walckenaer, 1826); Thanatus imbecillus L. Koch, 1878; Pholcus phalangioides (Fuesslin, 1775; Arctosa
tbilisiensis Mcheidze, 1946; Pardosa agrestis (Westring, 1861); Crustulina sticta (O. P.-Cambridge, 1861);
Pachygnatha degeeri Sundevall, 1830; Parasteatoda lunata (Clerck, 1757); Enoplognatha quadripunctata
(Simon, 1884 ); Asagena phalerata (Panzer, 1801); Heriaeus sp.; Tmarus horvathi Kulczynski, 1895] are
new records for the fauna of the Ganja-Gazakh zone and two species (Clubiona frutetorum, L.Koch, 1867;
Monaeses israeliensis Levy, 1973) for the whole Caucasus.
Key words: Spider, Ganja-Gazakh zone, fauna, new species
Dostları ilə paylaş: |