koyne dialektə (dialektfövqü də deyilir) çevrilir. Zaman keçdikcə, digər
dialektlərin faktları da ədəbi dildə normalaşa bilir. Koyne dialek-
tin xüsusiyyəti ilə paralel işlənir, sonra ədəbi dildə işləklik hüququ
qazanır. Bununla da ədəbi dilin normaları bir dialektin deyil, bir
neçə dialektin xüsusiyyətləri əsasında formalaşır. Dilimizin inki-
şaf mərhələlərində koyne dialektin üstünlüyü mühafizə olunur.
Azərbaycan ədəbi dilinin inkişafı göstərir ki, siyasi- iqtisadi və
mədəni mərkəzlərin dəyişməsi ilə koyne dialektlərin mövqeyi də
dəyişir. Azərbaycan ədəbi dili XIII-XIV əsrlərdə Şirvan dialek-
tinə, XV-XVII əsrlərdə Təbriz dialektinə, XVIII əsrdə Qarabağ
dialektinə, XIX-XX əsrlərdə isə bütün dil nümayəndələrinin daxil
olduğu Bakı şəhəri əhalisinin danışığına istinad edilmişdir (68,s.
252). Müasir ədəbi dilimizin koynesi barədə müxtəlif fikirlər olsa
da, M.Şirəliyevə görə, Bakı və Şamaxı dialektləridir (193,s. 83).
T.Hacıyev koyne dialektdən ədəbi dilə keçidi belə əsaslandırır:
“Koyne hüququnda ölkənin iqtisadi- siyasi, elmi-mədəni mərkə-
zi sayılan şəhərin, əyalətin dili-dialekti çıxış edir. ...koyne başqa
”Şivə öz xüsusiyyətləri ilə daxil olduğu dialektdən kəskin ayrıl-
mır; ümumilik fərqdən üstün olur, zira fərq o qədər cüzidir ki, onu
dialekt hesab etmək üçün əsas vermir. Bununla birlikdə fərq o qə-
dər mühümdür ki, onu şivə kimi ayırmağa haqq verir” (191,s.98).
Alimin meyarına əsa- sən ədəbi dildən daha çox fərqlənən məhəl-
li ünsiyyət forması dialekt, az seçilən isə şivə statusuna malikdir.
Burada ziddiyyət yaranır; ədəbi dillə uyğunluq təşkil edən Bakı
və Şamaxı dialekt, nisbətən çox səciyyəvi əlamətləri ilə fərqlənən
Qax, Zaqatala, ayrım isə şivə hesab olunur. Bu cür yanaşma dia-
lekt və şivə terminlərinin mahiyyətinin düzgün anlaşılmasını çə-
tinləşdirir. Əslində dialekt termini də yunan sözü olub “ danışıq,
şivə” mənası daşıyır. Dilçilikdə də həmin anlam bir terminlə ifadə
olunur; türk dilçiliyində ağız, rus dilçiliyində qovor, fars dilçili-
yində isə ləhcə terminləri işlədilir. E.Əzizə görə isə dialekt termi-
ni ünsiyyət vasitəsinin adı, şivə, şivələr qrupu, ləhcə isə dialekt
bölünməsinin vahidləri kimi işlənməlidir. Bu termindən (dialekt
termini nəzərdə tutulur- M.M.) həm ayrıca şivəni, həm şivələr
qrupunu, həm də ləhcəni ifadə etmək üçün istifadə etmək olar
(15,s.3).
Şivə dilin dialekt bölünməsinin ən kiçik vahididir. O, bir və ya
bir neçə yaşayış məntəqəsi sakinlərinin nitqində meydana çıxır.
Əsas dil xüsusiyyətləri yaxın və ümumi olan bir neçə şivə şivələr
qrupunu əmələ gətirir. Ləhcə dilin dialekt bölünməsinin ən bö-
yük vahididir. Dilin tərkib hissəsi kimi çıxış edən ləhcə bir neçə
şivələr qrupunun məcmusudur. Dialekt termini məhdud ərazidə
işlədilən ünsiyyət formasının adıdır. Keçid şivə termini isə dilin
ərazi cəhətdən əlaqədə olan iki müxtəlif dialektin sərhəd zona-
sında yerləşən və həmin dialektlərin xüsusiyyətlərini özündə əks
etdirən şivələrə aid edilir. Belə şivələrlə əlaqədar bəzən