Azerbacan dialektologiyasi-2019. indd



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə6/202
tarix27.06.2023
ölçüsü1,67 Mb.
#135403
1   2   3   4   5   6   7   8   9   ...   202
Azerbacan DIALEKTOLOGIYASI-2019-352-07.02.2019

aralıq şi-
vələr termini də işlədilir. Respublikamızın Ağdaş, Göyçay, Ucar, 
Zərdab, Cəlilabad, Cəbrayıl və Qubadlı rayonlarının ərazisində 
keçid (aralıq) xarakterli şivələr yerləşir. 
Keçid şivələr yalnız bir dilin sərhədləri olan dialektləri arasın-
da deyil, qohum dillərin sərhədində də mövcud olur. Azərbaycan 


8
9
Məhəlli və sosial dialektlər
Dialektin məhəlli və sosial olmaqla iki növü vardırÜnsiy-
yətin hər iki forması arasında oxşar cəhətlər olsa da onlar bir- 
birindən fərqlənir.  Məhəlli dialekt dil mövcudluğunun ərazicə 
məhdud formasıdır. Məhəlli dialektin spesifik fonetik, qrammatik 
və leksik xüsusiyyətləri olur. Bunlar ümumxalq dilinin qramma-
tik quruluşuna və əsas lüğət fonduna uyğun olur, bəzən də ondan 
fərqlənir. Məhəlli dialekt fərqlərinin əmələ gəlməsi müəyyən sə-
bəblərlə bağlı olur. Ünsiyyətdə müəyyən hədlərin olması (fizi-
ki-coğrafi amil, inzibati bölgü, ətraf ərazini birləşdirən mərkəz-
lər), özgə dil mühiti, substrat təsir və s. dialekt fərqlərinin əmələ 
gəlməsinə şərait yaradır. Dialekt fərqlərinin yaranmasında ərazi 
amili aparıcı olur(15, s.7). 
Məhəlli dialekt ədəbi dillə yanaşı məhdud ərazidə fəaliyyət 
göstərən ünsiyyət vasitəsidir. Hər iki ünsiyyət vasitəsi qarşılıqlı 
şəkildə inkişaf etsə də, bir- birindən mahiyyətinə, vəzifəsinə və 
inkişaf tempinə görə fərqlənir: 
Mahiyyətcə: a) ədəbi dil düzəlt-
mə, məhəlli dialekt təbii; b) ədəbi dil normalaşdırılmış, məhəl-
li dialekt normalaşdırılmamış; c) ədəbi dil qanuniləşdirilmiş
məhəlli dialekt qanuniləşdirilməmiş; ç) ədəbi dil daha çox su-
byektiv, məhəlli dialekt isə daha çox obyektiv ünsiyyət forma-
sıdır, dil mövcudluğudur; 
Vəzifəcə: a) ədəbi dil geniş, məhəlli 
dialekt məhdud; b) ədəbi dil ümumi, məhəlli dialekt xüsusi; c) 
ədəbi dil çoxşahəli, məhəlli dialekt təkşaxəli ünsiyyət forması-
dır; İnkişaf tempinə görə: a) ədəbi dil nisbətən dəyişkən, məhəlli 
dialekt sabit; b) ədəbi dil fəal, məhəlli dialekt neytral; c) ədəbi 
dil asılı, məhəlli dialekt, nisbətən müstəqil ünsiyyət formasıdır 
(5,s.101-102).

Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   202




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin