Dialektologiyanın əsas terminləri Dialekt dilin məhdud ərazidə işlədilən növüdür. Dialekt bü-
tün dilə xas olan əlamətlərlə yanaşı, eyni zamanda özünəməxsus
xüsusiyyətləri ilə səciyyələnir. Dialektologiyanın əsas terminləri
bunlardır: şivə, şivələr qrupu, ləhcə, dialekt, köhnə dialekt, qarı-
şıq şivə, keçid şivə və izoqloss.
Dialektologiyanın əsas terminlərinin mahiyyəti, işlənmə
məqamları dilçilikdə mübahisəlidir. Müasir dialektoloji ədəbiy-
yatda dialekt və şivə terminləri dilin dialekt bölünməsinin vahidi
hesab olunur; Bakı, Şamaxı, Şəki, Quba, Ordubad və s. dialekt,
Salyan, Qax, Zaqatala, Cəbrayıl və s. şivə adlandırılır. M.Şirə-
liyev dialekt və şivə terminlərinin fərqini belə müəyyənləşdirir:
yanın nəzəri məsələləri ilə tanış etmək, müasir şivələrin fonetik,
leksik və qrammatik quruluşu barədə məlumat verməkdir. Tədris
prosesində bir sıra
vəzifələr yerinə yetirilir:
- dialektologiyanın əsas anlayış və terminlərinin mahiyyəti izah
olunur və onlarla bağlı mövcud mübahisələrə aydınlıq gətirilir.
- dialektologiyanın öyrədilməsinin əhəmiyyəti, başqa elmlərlə,
xüsusilə dil tarixi, ədəbi dil, etnik tarix, folklor, etnoqrafiya və
s. elmlərlə əlaqəsi müəyyənləşdirilir.
- dialektlərin tarixi inkişaf yoluna nəzər salınır, dialektlərin
yaranma səbəbləri, ədəbi dillə dialektlərin bir- birinə qarşılıqlı
təsiri, şivələrin müasir səviyyəsi diqqətə çatdırılır.
- Azərbaycan dili şivələrinin tədqiq tarixi geniş şəkildə
işıqlandırılır; həm respublikamızda, həm də xaricdə tədqiqi
barədə məlumat verilir.
- Şivələrin bölgüsünə tədris zamanı mühüm yer verilir, ayrı- ayrı
alimlərin təsnifatı təhlil olunur, nöqsanları göstərilir, qarşıya
qoyulan fərqlər qeyd edilir.
- şivələrin fonetik, leksik, qrammatik quruluşu ayrılıqda
tədris olunur, şivələrin ümumi və fərqli xüsusiyyətləri
müəyyənləşdirilir. Şivələrdəki qədim xüsusiyyətlər yazılı abi-
dələrin materialları ilə müqayisədə aşkara çıxarılır.
Tədris prosesində tələbələr