Azerbacan dialektologiyasi-2019. indd



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə145/202
tarix27.06.2023
ölçüsü1,67 Mb.
#135403
1   ...   141   142   143   144   145   146   147   148   ...   202
Azerbacan DIALEKTOLOGIYASI-2019-352-07.02.2019

Tərzi- hərəkət zərfliyi: -Uni mən lap balaca- cıqqanağ sax-
lamışam (Qb.);- At qoşəyax qaçır (Şah.) və s.
Əsasən qərb ləhcəsində, qismən də Dərbənd şivəsində hal- və-
ziyyət bildirib, bilavasitə feili xəbərə aid olan tərzi- hərəkət zərf-
likləri 
– mış, -maz formalı feili sifətlərlə də ifadə olunur; məs.:- 
Arvat ağlamış çıxdı məhliyə ( Tov.);- Bu da söylən- məz gitədi 
munun dalıynan (Dər.) (29,s.144). 
Zaman zəfliyi:- Həmiyə vax işim düz gələdü (Qb.);- Yəhər 
qayrırdılar bınnan əzələ (Nax.) və s.
Yer zərfliyi:- Yuxarıda bizin alma bağlarımız var, bə:li bağ-
larımız var (Qb.);- Adamlar bırda əzəldən olıb, biz gözmizi açıb 
adamları görmişıx (Ord.). Qubanın bəzi şivələrində yer zərfliyi 
adlıq halda işlənir; məs.: Xeyir, mən Bəki görməmişəm (83,s. 191)
Kəmiyyət zərfliyi:- Bizin uşağ şə:rdə, üzi də çux oxiyib 
(Qb.);- Mən Həbibi çox isdi:rəm ;- O hər yerdə olsa az danışar 
(Şah.) və s
(Zər.);- Doxdır bu gün işdədi olə? (L.);- Bax göreg, day dossı 
gəlib ola (Ab.) və s.
Şivələrdə xəbərin tərkib hissəsi olan ol köməkçi feilinin həm-
cins üzvlərin sayı qədər təkrar olunur; məs.:- Biri toyçu olur, biri 
tar- qabalçı olur, biri də vızqan olur (Nax.);- Yarım sünbül buğ-
da Küküdə olur, İremeşində olur, Qışlaxlarda olur, Kömürdə olur, 
Gücəzurda olur, Keçilidə olur, Külüsdə olur (Şah.) və s.
Bəzən əmr cümlələrinin xəbəri iki müstəqil sözdən ibarət 
olur; məs.:- Var get burdan (Tov.);- Kitabı get gə vər mənə (B.) və 
s. Əmr cümlələrində xəbərin ixtisarı da bəzi şivələr üçün xarakte-
rikdir; məs.:- Nağı, çomağını götüdüz qoyna;- İşıxlancağına sən 
mala, Əhməd də buzoya (Çən.) və s. 
Şimal-şərq ləhcəsində təkrarlı xəbərlər də geniş yayılmışdır. 
Belə xəbərlər əsa- sən inkar məna ifadə edir; məs.:- Nə qədər nə-
siət elədim, adam olmadı ki olmadı (Şam.)
Bəzi şivələrdə cümlədə xəbər həmcins üzvlərin sayı qədər tək-
rar olunur; məs.: - Buğda əkərdilər, darı əkərdilər, çəltiy əkərdilər 
(Ş.);- Ora atnan da getməy olur, maşınnan da getməy olur, piyada 
da getməy olur (Qub.);- Çörəx`lərin birinə das- dana de:rsı:z, 
birinə kükə de:sı:z, birinə bombi de:rsı:z (Ord.) və s.
Cümlənin həmcins xəbərindəki eyni şəkilçilər ixtisar olunma-
dan işlənir; məs.:- Yunu yuyullar, təmizdiyillər, sora da cəhrədə 
əyrillər (Qub.).
Cümlədə 
- ıb şəkilçili feili bağlamalar xəbərin ifadə vasitəsi-
nin zaman və şəxs şəkilçilərini qəbul edir; məs.:- Nənəmin payın 
apardım, verdim, gəldim (Qub.).
Şimal- şərq şivələrində xəbərdən əvvəl feili bağlamaların 
təkrar işlənməsi də qeydə alınmışdır; məs.:- Qaçıb- qaçıb gedib 
düz Kürdəmirə (Kr.);- Yanıb- yanıb tö- külürəm süzi belə görəndə 
(Şam.) (29,s.142).
Təyin. Azərbaycan dili şivələrində təyinlə bağlı ədəbi dildən 
fərqli xüsusiyyətlər müşahidə olunmamışdır. Təyin əsasən sifət, 
say, işarə əvəzliyi, feili sifət və isimlə ifadə olunur; məs.:- Düz 
yərdə yaxşi sürmağ uladu (Qb.). 


258
259
Söz sırasında inversiya hadisəsi digər türk dillərində və dia-
lektlərində də mövcuddur. Bu xüsusiyyət Orxon-Yenisey mətn-
lərində, “Kitabi-Dədə Qorqud”da və digər yazılı mənbələrdə də 
müşahidə edilmişdir. Bəzi türkoloqlar inversiyanın yaranma sə-
bəbəini qeyri-qohum dillərin, xüsusilə slavyan və Çin dillərinin 
təsiri ilə izah edirlər. Söz sırasında sərbəstlik yazılı dillə müqa-
yisədə şifahi nitq üçün xarakterikdir. Bu cəhətdən də inversiya 
hadisəsi dialektlərdə geniş yayılmışdır. Dialekt nitqində cümlələr 
müəyyən trasformasiyalara uğrayır və ya məntiqi vurğudan asılı 
olaraq, cümlə üzvlərinin sabit sırası pozulur, nəticədə inversiya 
hadisəsi baş verir.

Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   141   142   143   144   145   146   147   148   ...   202




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin