Həmcins tamamlıqlar. Şivələrdə həmcins tamamlıqlar xə-
bərlərlə birgə işlənir. Əksər belə sadə cümlələrdə mübtədanın
Quba şivəsində məsdərlə ifadə olunan mübtədaların həmcins
işləbnməsinə rast gəlinir; məs.:- Yimağ, içmağ, gezmağ hindi yax-
şıdı (Qb.)
Şəki şivəsində həmcins mübtədalar bəzən sadalamanın təsiri
ilə müvafiq şəkilçi ilə işlənir; məs.:- Tütündü, qartofdu, qarğıda-
lıdı- marğıdalıdı hamsı qalxozda oltdı ( Ş.) və s.
Həmcins xəbərlər. Dialektlərdə həmcins xəbərli sadə cüm-
lələrə tez- tez rast gəlinir. Ayri- ayrı şivələrdə həm ismi, həm də
feili xəbərlər həmcins ola bilir. Lakin feili xəbərli həmcins cüm-
lələr ismi xəbərli müqayisədə çoxluq təşkil edir: məs.: - Biri bala-
ja- aş loybasıdı, biri yekə loybadı- atdı loyba ((Br.) və s.
Həmcins xəbərli cümlələrdə əsasən mübtədalar buraxılır. Ək-
sər şivələrdə həmcins xəbərlər əsasən birinci şəxsin cəmi ilə ifadə
olunur ; məs.: Uni gətürrüg, buğur teşti gətürrüg, əliyrüg, sui gə-
tirrüg, tökürüg unun üssə, xəmir yoğırrüg, as- sırrüg saçi, oxloyi
gətirrüg, nazig- nazig yayıruğ, təpitmə təpdirüg ( Şam.);- Taxılın
yerin draxdırnan sürrüg, maleynan malelerux, selka qoşurux, su-
arrux, gogərir, halağın elətdürüg (S.);- Tutdarı silkərıx, qeynəda-
rıx, süzərıx, doşab bişirərıx;- Yarpağı gətirib qəyçiynən dorğu-
yurux, so:ra qurdun üssə səpirik (Nax.);- Belə- belə axır gəldik,
böyünə çatdıx (Bor.);- Gederdix` yataxlarını tikerdix`, hazırrer-
dıx (Qaz.);- Əkin yerin pıtrağın qıraruğ, kotannan əkərüg, toxım
səpərüg, malalaruğ, ağaran vaxtı biçərüg (Sab.);- Sə:r durruğ,
üzümizi, əlimizi yu:ruğ, çörəyimizi yi:rig, gəllüg, pammığ yığma-
ğa (Bs.);- Xışnan ekərdıx, özümüz də biçərdıx, velnən də döyər-
dıx; so:randa şana diyrıx, unnan külex`də so:rardıx (Ş.);- Ərx
əkərduğ, su buraxarduğ bağlara (Qb.) və s. Şivələrin bir qismin-
də həmcins xəbərlər üçüncü şəxslə ifadə olunur; məs.:- Sün- bülü
döyəllərdi, təmizləyəllərdi, ayrıja toxum səpəllərdi (Ş.);- Qazana
un tüküb, su tüküb karnan qarışdırıllar, buliyillər (Qb.);-Avçı pa-
dşaha dönər və anlatır ( İt.).
Şivələrin bir qismində həmcins xəbərli sadə cümlələrdə mü-
btədaların işlənməsi zəruri olur;- Gün vırır, torpax xəklənir, avı-
lır;- Biz qondara tanımanıx, bilmənıx ;- Toxumun dənəsini tikillər,
264
265
Dostları ilə paylaş: |