Azerbacan dialektologiyasi-2019. indd


müxdəsər, qərəz, əlqərəz, əlqəza



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə156/202
tarix27.06.2023
ölçüsü1,67 Mb.
#135403
1   ...   152   153   154   155   156   157   158   159   ...   202
Azerbacan DIALEKTOLOGIYASI-2019-352-07.02.2019

müxdəsər, qərəz, əlqərəz, əlqəza ara sözləri də ge-
niş yayılmışdır. Bu ara sözlər ədəbi dildəki xülasə ara sözünün 
sinonimi olub, ümumiləşdirmə, yekunlaşdırma mənaları bildirir; 
məs.- Əlqərəz, bizi yaman işə salmısan (Cəb.);- Müxdəsər, ordan 
düşdük yola (Cəl.);- Qərəz, gədə hoyma (köməyimə) çatdı;- Qə- 
rəz, onnarnan barışajaxsınız (K.);- Qərəz, bi qıymat qoyallar ma-
lını satar;- Əlqərəz, pa:ccah qızın yanına geyir görür qız nə qız, 
yimə, işmə gül camalına tamaşa elə...(Ş.);- Qərəz, siznən danış-
max çətindi (Qub.);- Əlqərəz, o məndən cərəz günmiş, xəbərim 
yox ( Qub.);- Qərəz, heş dimməyin, bircə tikə çörəyiviz afzanata 
düşüp ( Şr.) və s.
Bu qrupa daxil olan ara sözlərin bir qismi 
sıra və dəvamiy-
yət bildirir; məs.:- Birinci, gejə hamı öynə:lir, heş yanae:tmə, ikinci 
məs.:- Əlbiləsən, zavax gələr İrva:m;- Sən biləsi, burya nə səf-
səx` və s. 
Şivələrdə 
sən bilən, səncə, mənə görə, mən bilən, mənim 
zəndimə ara sözləri də fikrin mənbəyini bildirir; məs.:- Sən 
bilən, indi mən neyləməliyəm;- Mənim zəndimə görə, bu xəsdəlığ 
sağələn dögü (L.) və s.
Nitqin hissələri arasında əlaqəni göstərən ara sözlər. Bu 
ara söz və birləşmələr cümlənin bu və ya digər hissəsini nəzərə 
çarpdırmağa, dəqiqləşdirməyə, məhdudlaşdırmağa, izah et-
məyə, cümlənin, nitqin hissələrinin qarşılaşdırılmasına, onların 
əlaqələnməsinə kömək edir. Belə ara sözlər fikrin ümumiləşdiril-
məsini, yekununu, sırasını və s. bildirə bilər. Bu qrupa daxil olan 
ara söz və birləşmələr digər məna qrupları ilə müqayisədə çoxluq 
təşkil edir.
Bil “deməli” ara sözü şivələrin əksəriyyətində yayılmışdır; 
məs.:- İşdi sabahacan tapılmadı, bil, canavar yeib;- Olarda da ol-
masa, bil, dana azğuntı düşüb (Şam.);- Axşamı gözdə, gəlif çıx-
masa, bil, tapammazsıŋız (G.) və s. 

Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   152   153   154   155   156   157   158   159   ...   202




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin