gərək ki, deyəsən ara
sözlərinin si- nonimi olan
gavar sözü geniş yayılmışdır. Bu ara
söz cümlədəki fikrin gərəklili- yini, ehtimal olunmasını bildirir;-
Gavar, bu gün səpəcəklər çiyidi (S.);- Tağı, ga-var, daşda işdeyir
bü:n;- Bı gün qoyın nobotı Əmrassanındı, gavar (Şam.) və s.
Fikrin mənbəyini göstərən ara sözlər. Bu qrupa aid edilən
ara sözlərin əksəriyyəti ədəbi dildə işlənir. Şivələrdə belə ara söz-
lər ədəbi dil formasından formaca fərqlənir, danışanın özünün,
ya da başqasının fikrinə əsaslandığını, fikrin qeyri- də qiqliyini
bildirir. Bu ara sözlər cümlədə təklikdə və ya görə qoşması ilə
birlikdə işlənir. Şivələrdə fikrin mənbəyini göstərən ara sözlər
bunlardır:
Ədəbi dildə mənə görə ara sözünə uyğun olaraq şivələrdə
mən bilən, mən biləni, mən biləsi birləşmələri yayılmışdır; məs.:-
Mən bilən, qaraçöp otu bir şey döy (K.);- Mən bilən, o getməlidü
(Şam.);- Mən bilən, bu işin axırı yoxdu (Qub.);- Mən biləni, çibin
qəndələş qərələdə bəhrə verey (Yar.) və s.
Naxçıvan və Qubadlı şivəsində mənə görə ara sözləri ilə pa-
ralel
mən biləni, mənim aləmimcə birləşməsi də işlənir; məs.:-
Mənim aləmimcə, küsməhdən bir şey çıxmaz, barışın gessin
(Qub.);- Sənin aləmincə, bu iş belədi?;- Mən biləni, əj- daha bırnı
da bı səmitdədi (Nax.) və s.
Naxçıvan şivələrində fikrin mənbəyini bildirən
kürə məsəli, mənə xiyal ara sözləri də qeydə alınmışdır; məs.:- Kürə məsəli bı:n ağzın döndər eşibə tərəf;- Mə- nə xiyal, indi yoldadılar ( Şr.)
və s.
Mənim vadımaara sözü ədəbi dildəki məncə ara sözünün
sinonimidir. Bu ara söz Karvansaray və Çənbərək şivələrində
qeydə alınmışdır. Həmin şivələrdə mənim varanım şəklində də
rast gəlmək mümkündür; məs.:- Mənim varanıma, süntürüx`dən
yeməli pencər olmaz ;- Mənim vadıma, qaraçöp otu bir şey döy
və s.
Əlbiləsən ara sözü Karvansaray şivəsində sən biləsi, sən bilən birləşmələri ilə sinonim olub “ sənə görə” mənası ifadə edir;
gerçəklik dərəcəsini göstərir; məs.:- Büyün gidir, fərəzə, sabax
qəyidər ( Ş.);- Fərəzə, üş- dörd gün də gözzeyib məni (Şam.);-
Fərəzə, sən gəlif söz yığersəŋ, o da otdarı yıyerdı (Qaz.)
Məhlim ara sözü daha çox şivələrin cənub qrupu üçün sə-
ciyyəvi olub “guya” mənası bildirir (29,s. 170):- Məhlim, mən
sənnən kiçix` adamam (Şr.) və s.
Şivələrdə
bəlkə ara sözü geniş yayılmış, güman, şübhə və eh-
timal bildirir. Bu ara söz ədəbi dil formasından əlavə, bərkəm/ bərkə/ bəkə/ bəkəm/ bərkəl/ bəlkəm variantları da müşahidə edil-
mişdir; məs.:- A balam, bərkəm, mən yoxam, çö- rəy alıf yimiy-
casan?;- Bəkəm, hələ yatır?;- Bu ortaxlı maldı, bərkə, ciyisi ira:zı
ol- miyacaxdı? (Ş.);- Bəlkə, qızı bizə verə (Qaz.);- Hə, bərkəm, öydə olmadı (Dər.); - Bərkə, də:yirmanda nobat olmadı (Zaq.);-
Bərkəm/ bərkə axşamacan qəyitdilər (Qub.) və s.
Dərbənd şivəsində