Həmcins kəmiyyət zərflikləri: - Düşməynəndir dənə, il başı
beş mant, altı ma- nat alallardı, gedərlərdi (Sab.);
Ədəbi dillə müqayisədə şivələrdə bağlayıcılı həmcins üzvlü
işlənməsinə ehtiyac qalmır;məs.: Qurtarıb gələciyəm, əlimi yuya-
cıyam, döşdüyümü yuyacıyam, çörəyimi bişirəciyəm;- Çamaxnan
əliyirdix`, so: ra da boylum xəlbirnən təmizdiyirdix` (Nax.);-Bağı
ya- ner, ağajı yaner, pammığı da ( Qaz.);- So:ra gedirüg öydə
çörəy pişirirüg, su gətir- rüg, heyvanı sağıruğ, qatığ çalxeyruğ,
nehrə çalxeyruğ, yağ qayrıyuğ (Bs.);- Çəltix`, buğda, arpa, darı
saçardıx o vaxdında ( Ş.);- Üzük və ya sırğa və paltar aparırlar
(İt.) və s.
Ədəbi dildən fərqli olaraq, şivələrdə həmcins tamamlıqlı
cümlələrdə xəbər eyni kəmiyyətdə təkrarlanır; məs.:- Onnan get-
di qartof əkərıx, bamador əkərıx, badımcan əkərıx, pəxla əkərıx,
onnan so:ra soğan əkarıx, qarpız əkərıx;- Kərdidə soğan əkirik,
səviz əkirik, kavar əkirik;- Xərtnən pıçax itildillər, dəhrə itildillər,
kərənti itildillər, orax itildillər, mərəndə itildillər (Nax.);- Har-
da kı sulu yer var, qarpız əke:r, göy göərti əke:r, mamodor əke:r
(Qaz.);- Pammığı yığaruğ torbiya, onnan so:ra yığıruğ siyəziyə
(Bs.) və s.
Naxçıvan və qərb şivələrində ədəbi dildə olduğu kimi, həm-
cins tamamlıqlı cümlələrdə xəbərin təkrar işlənməsinə ehtiyac
qalmır; məs.:- Maşlıq olmuşux, qalxozun işiynən, əkiniynən, bi-
çiniynən, herməniynən;- Himdi lapataynan, qaz- maynan açı-
rıx( Nax.):-Paxaçı südnən, yağnan, şəkərnən, yumurtaynan pişir
(Br.);- Üzük, sırğa, boyınbağı, kalağayı, şal, üş dəs tuman, üş dəs
köynək, pencək, beş dənə qoyın, dügi verillər (Sab.);- Toy bi sutqa
çalnır, sora atnan, faytınnan gəlif gəlni apardılar (Ş.) və s.
Həmcins tamamlıqlı cümlələrdə xəbərin ol koməkçi feili ifadə
olunması qərb şivələri üçün səciyyəvi xüsusiyyətdir; məs.:- Ağız-
dıx bir suya lazım olor, bir də nöytə lazım olor;- Pompul hipopda,
çöl töüxlarında olur (Br.) və s.
Həmcins tamamlıqlar üçüncü növ təyini söz birləşmələri iıə
ifadə olunduqda qərb şivələrində birinci tərəf ikinci də buraxılır;-
Bambılın uzunu da olor, dəyirmisi də olor (Br.);-Bu Dassalahlı-
dan bu kətdən bir öylü kişi gətirellər, buların əppəyini, suyunu
qayırmaxçun (Qaz.) və s.
266
267
Dostları ilə paylaş: |