Həmcins təyinlər. Şivələrdə həmcins təyinli sadə cümlələrə
az kəmiyyətdə təsadüf olunur; məs.:- Süfrəyə daddı, ləzzətdi
yeməklər düzüldü, hamı başdadı ye- məyi ( Nax.);- Nay adam o
adama deyirik ki, çox yüksək, yaxşı, əliaçıx, verimli adam (Qaz.);-
Toydan üş- dörd gün qavax oğlan öyü qız öyünə om put un, dörd-
beş erkəy, səysən kilo düyü, bir put şəkər, bir kilo çay, bir dəs qıza
paltar aparır, bu olur ağamət aparmax (Br.);- Gedirdim, diyirdi
ki, filankəs , beş kəllə qət gətirə- cəksən, üş qoyun gətirəcəksən,
məsələn, üş put qaysi- kişmiş gəti (Sab.);- Küçük prins qumsal və
avadansız çöllərdə yorulmuş, aclıq və susuzluqdan öləcək sıra-
lar- da bir su başına olaşır (İt.) və s.
Həmcins zərfliklər. Şivələrdə həmcins yer zərflikləri digər
məna növləri ilə müqayisədə geniş yayılmışdır; məs.:- Hindi lam-
poçkalar yanır gözəl, yaxşı (Nax.);
Həmcins zaman zərflikləri:
Bu yazın, bu may ayının i:rmi beşində köçərdix`, sent yabrın bi-
rində köçərdix` arana (Qaz.);- Tüşəndə üş gündə, dörd gündə bi
kərəm, ay ranın, şorun çıxardıruğ (Şir.);- Beş il, altı il oxuyurdu
adam, yazmağı da bilmirdi (Ş.);- Beş gün, altı gün qalır, sora ça-
ğardırıx tökürüx` gölün qırağına- təmiz ye rə;-Beşcə gün, onca
gün su olmadısa , baş açan vaxdısa, puça olur çəltix` (Ş.) və s.
Bəzən
həmcins yer zərflikli cümlələrdə xəbərlər də eyni kə-
miyyətdə işlənir; məs.:- Baküyə getmişəm, Naxçıvana getmişəm,
Tiflisə getmişəm, Ağdama getmi- şəm ( Nax.);- So:ra payızda
unun almasun dərib u bağun, məsələn, ambarı ulan ambara
tükərdi, ulmıyan şüşəyə tükərdi;- Nügədidən vardı xuzayun, Baki-
dən gələr di, Urusyətdən gələrdi (Qb.) və s.
Bəzi cümlələrdə həmcins zərfliklərin kəmiyyəti qədər ol
köməkçi feili işlənir; məs.:- Yarımsümbül buğda Küküdə olur,
İremeşində olur, Qışlaxlarda olur, Kömür də olur, Gicəzurda olur,
keçilidə olur, Külüsdə də olur (Nax.);- Qışda yer doŋ olor, qar
olor, buz olor (Qaz.) və s.
Dostları ilə paylaş: |