Azerbacan dialektologiyasi-2019. indd



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə151/202
tarix27.06.2023
ölçüsü1,67 Mb.
#135403
1   ...   147   148   149   150   151   152   153   154   ...   202
Azerbacan DIALEKTOLOGIYASI-2019-352-07.02.2019

Xəbərin əlavəsi: Səviz pencəridi də- göy pencər( Nax.);- Biz 
elatıx- oturağıx( Şah.);- Bacım da bırdadı- Dəstə:rtdedi (B.Qk.)
Cümlədə söz sırasının dəyişməsi nəticəsində xəbərin xüsu-
siləşmiş əlavəsi meydana çıxır; məs.:- Dört- beş ipi ( tütün düzül-
müş ipi) bi yerə bağli:llər olur qoma- tütün qoması ( Ş.) 
Tamamlığın əlavəsi:  -Bınnan so:ra alax vıraca:x- pammıxda 
olannarı (Nax.);- O arxı, qᾶ:rma arxını, yaxşı hazırrıyın (Cəb.). 
Zərfliyin əlavəsi. Şivələrdə qismən yer zərfliyinin əlavəsi 
işlənməkdədir; məs.:- Pammığı sulamaxçun çaydan gəlir suyu-
muz- Əbrəqunus- Əlincə çayından (Nax.);- Naxçıvanda bı sa:t, 
birəz hələ bınnan sohr, o qədər olur ku;- Gəlir genə davıya, 
qan çalxalamağa, cama:tın ölüsün- dirisin bir- birinə qatmağa 
(Cəb.). 
Söz sırasının dəyişməsi nəticəsində yer zərfliyi xəbərdən son-
ra işlənərək xüsusiləşmiş əlavə əmələ gətirir; məs.:- Qız buları 
alıf düşər ağıla- tövləyə (Ş.);- Birimci Xuray ulub kəndin qib-
ləsində- cənubunda (Qb.);- Bir dəryanın qırağında, Yastı daşın 
üstdə bir imarət saldıdı- heç insan ayğı dəyməyən yerdə (B.Qk.).
Ara sözlər və birləşmələr 
Azərbaycan dili şivələrində ara sözlər geniş yayılmışdır. Ədə-
bi dildə olduğu kimi şivələrdə də ara sözlər əsasən modal sözlər-
lə ifadə olunur. Şivələrdə işlənən bəzi ara sözlər ədəbi dilimizdə 
işlənmir. Buna görə də M.Cəfərzadə qeyd edir ki, dialektlərdə-
ki ara sözləri müasir dil baxımından qruplaşdırmaq çox çətindir.
Çünki bunlardan bəziləri ədəbi dildə bir, dialektlərdə isə başqa 
mənada işlənir, bəziləri isə eyni zamanda iki müxtəlif modallıq 
(yaxud məna çalarlığı) bildirir ( 29,s. 171). Bütün bunları nəzərə 
alaraq, şivələrdə işlənən ara sözləri iki qrupa ayırmaq olar: 1) 
ədəbi dillə eyniyyət təşkil edənlər. Belə ara sözlərin əksəriyyəti 
fonetik cəhətdən fərqli formalarda işlənir: bəkəm, gua, guvayi, 
əcəf, mütlax (Ş.),doğirdən, həyqətən, həlbətdə (L.), gərəy, əyənə 
cümlələr geniş yayılmamışdır. Şivələrdə həmcins üzvlər arasında 
gah, nə, ya, da, həm bağlayıcılarına rast gəlmək mümkündür. Bir 
çox şivələrdə ya və  bağlayıcıları bir- birini əvəz edir; məs.:-Gah 
oxiyir, gah oxımır, heç onun işinnən baş çıxartmağ olmır (B.);- Nə 
özi yiyər, nə özgiyə verər, iylədər, itə verər ( Ş.);Nə bu gün gəl-
ləm, nə saba: (Qb.);- Ya üzü başa düşədü, ya byüklərə qulağ asdu 
(Qb.);- Məni də çağır, onu da (B.) ;- Bu uzun ağaşdara qələmə də 
derix`, barançı da ( Tov.);- Həmi qahımın, həmi ya- dın nəzəri bır-
da yana (Nax.);- Keşmişdə bir kötüx` qayrıllardı ağaşdan, yə kəl, 
yə bir cüt öküz qoşullardı, kötüynən döyüllərdi (Ş.) və s. 

Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   147   148   149   150   151   152   153   154   ...   202




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin