Azerbacan dialektologiyasi-2019. indd



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə147/202
tarix27.06.2023
ölçüsü1,67 Mb.
#135403
1   ...   143   144   145   146   147   148   149   150   ...   202
Azerbacan DIALEKTOLOGIYASI-2019-352-07.02.2019

Cümlənin həmcins üzvləri
Şivələrdə həmcins üzvlü cümlələr eyni kəmiyyətdə yayılma-
mışdır, həmcins xəbərlər və tamamlıqlar geniş arealda yayılmış, 
həmcins mübtəda, təyin və zərfliklər məhdud dairədə işlənmək-
dədir.
Həmcins mübtədalar. Dialektlərdə həmcins mübtədalara az 
təsadüf edilir; məs.: - Odu bax, Həsən, Qurban, Kərim bu yerdə 
işdiyillər orda (Nax.);- Malımız, qoynumuz gənə yaylaxda qalerdi 
(Qaz.);- Nuşirəvan xan, İrəşid xan gələllərdi (Sab.);- Su:ra kiş-
niş, kəvər, vəzarı da uladu;- Mənimki ulub bağbançuluğ, kutan-
çuluğ, alver də ki bilmidəm (Qb);- Sonra xınna, sabun, un, yağ, 
et göndərildi (İt.)
Qərb şivələrində həmcins mübtədalar bəzən xəbərdən sonra 
işlənir;- Kənddə çox işdəner: qənd, yağ, şəkər, parça (Br.).
Şivələrin bir qismində həmcins mübtədalı cümlələrdə xəbər-
lərlə mübtədalar eyni kəmiyyətdə işlənir; məs.:- Çörəx`lərin bi-
rinə dasdana de:sı:z, birinə kükə de:r- sı:z, birinə bombi de:rsı:z 
(Nax.);-Ta indi zərxara gəti, bi dəs moo (ipək) paltar gəti, bi dəs 
çit paltar gət də, boyınbağı da gət də (Sab.) və s.
Qərb şivələrində xəbəri təkrarlanan cümlələrdə həmcins mü-
btədalar işlənir;- Qavaxcan avlax gilas yetişer, onnan da dəli gi-
las yetişer (Qaz.).
Həmcins üzvlü cümlələrdə mübtədaların kəmiyyəti qədər var 
sözünün işlənməsi şivələrimiz üçün xarakterikdir; məs.:- Bı kənd-
də məx`dəp var, qulup var, qalxoz idarası var, sovet idarası var, 
çayçı tükanı var, hökü: mət tükanı var (Nax.);- Bizdə helə pam-
mıxçılıx da var, əkinçilik də var, maldarçılıx da var;- Gilənar da 
var, al- ma da var, armıt da var( Qaz.) və s. 
Bəzi həmcins mübtədalı cümlələrdə ol köməkçi feili həmcins 
üzvün miqdarı qədər sadalanır; məs.:- Biri toyçu olur, biri tar- qa-
balçı olur, biri də vızqan olur;- Qazmanın bir ağzı balta olur, bir 
ağzımiz olur ( Nax.);- Formomuz da orda olur, malımız da orda 
olur (Ş.);- Tuyda balabant da ular, çalğuçi da ular da (Qb.) və s.
Şivələrdə sual cümləsinin üç tipii vardır: a) sual intonasiyası 
ilə düzələnlər; b)- sual ədatı ilə düzələnlər; c) sual əvəzliklə-
ri ilə düzələnlər. Sual cümləsinin işlənməsinə görə həm şivələr 
bir-birindən, həm də ədəbi dildən fərqlənir, dialektlərin təsnifində 
bu cəhət nəzərə alınmışdır.
Sual intonasiyası ilə əmələ gələn cümlələr cənub və şimal-şərq 
ləhcələri ( Dərbənd şivəsi istisna olmaqla) və Cəbrayıl (Xələfli 
kənd şivəsi istisna olmaqla) şivəsi üçün səciyyəvidir; məs.:- An-
non da gedib olara? (Ağs.); Axşama mən də gedə bilə- rəm ora? 
(Sab.);- Deyif: qoca, qaz yollasam, yola bilərsən? (Nax.);- Ağa-
irza, mən gidə varam, mənniğiş var? (Qb.);- Sənə bıların iksin də 
bir təndə keç, dimedim? (Ab.);- Saxlıyassa:n bizim tərəfi? (Cəb.) 
və s.
Sual ədatı ilə düzələn cümlələr qərb ləhcəsində və bəzi keçid 
şivələrində geniş yayılmışdır. 
Mı ədatı ilə qurulan sual cümlələri 
şimal-qərb şivələrində, Quba və Dərbənd şivələrində də işləkdir; 
məs.:- Kiçix’ qızı da köçürüfsənmi? ( İm.);- Bizim bu kəndi gö-
rüfsənmi qavax? (Tov.);- Meni də apararmı? (Q.);- Dayuvi urda 
gürdünmi? (Qb.) və s.
Şəki şivəsində həm sual intonasiyası, həm də sual 
 ədatı 
ilə əmələ gələn sual cümlələri işlənir; məs.:- Gücü olmasa əmələ 
gətirivəni da:va eliyə bilər?;- Buqqədir adamı ho öy tutarmı? (Ş.) 
və s.
Şivələrdə sual əvəzlikləri ilə qurulan cümlələr sual əvəzlik-
lərinə görə fərqlənir. Şimal-şərq ləhcəsində, Şəki şivəsində və 
İraq-türkman ləhcəsində nə üçün sual əvəzliyi neyçün, niçün, nö-
şün, nöş, nəyşə şəklində işlənir; məs.:- Əmi, nöş yemeysən axı? 
(Cəl.);- Süz niçün gitə varsüz ura? (Qb.);- Neşin çayırmıysan 
honu? (Ş.) və s.
Qərb və cənub ləhcələrində və şimal-qərb şivələrində sual 
cümlələri, əsasən niyə əvəzliyi ilə qurulur; məs.:- Çovana qayıtdı 
kin, sən niyə vurdun yamşağımı? (Qaz.);- Niyə çüşübsən (küsüb-
sən) mənnən (Nax.) və s.


262
263
o gövərir, qalxır, yekəlir, qartıxır, so:ra yemiş gətirir (Nax.) və s.
Həmcins xəbərlərin birincisi təsdiq, digəri inkar şəklində olar-
sa, bəzən ikinci xəbər işlənmir və ya yox sözü ilə əvəz olunur; 
məs.:- İndi oxuyarsan bir yana çıxarsan, oxumasan yox (Şam.);- 
Sabahnan tezdən dursan, Uruc gidacağsan, durmasan yox ( Qb.) 
(89,s 306);- Axtarduğ, axtarduğ, rizin tapammaduğ ( Qb.).
Bəzi şivələrdə inkar feili xəbərlərin həmcins işlənməsinə də 
rast gəlinir;- Elə yerə ki, nəm çəhməsin, ca:nəməsin, göyərməsin 
(Ş.) və s.
Dialektlərdə bəzən həmcins xəbərlərdən biri buraxılır, daha 
çox ikincinin buraxılması geniş yayılmışdır; məs.:- Fərzalı kişi-
nin ya ölisini vər, ya dirisini (B.);- Tö:lədən iki dənə at çıxartduğ, 
birini mən mindim, birini də yoldaşım ( Sab.);- Səpəndə bir yayın 
üzünü görsün gərəx`, biçəndə bir yayın (Ş.) və s. 
Şivələrin əksəriyyətində feili bağlamalar az işlənir, onları 
cümlələrdə həmcins xəbərlər əvəz edir; məs.:- Ələx`lər sındı, da-
ğıldı, çıxdı- getdi (Nax.);- Mən ki, düş- düm aşağı, itimi götürdi 
apardı;- Cəmət hamısı qorxıdən qaçillər, soyılan adamı qoyıllar 
qaçıllar (Nax.);- Daŋ üzü qalxdıx vardıx çırpıya getdik, getdik 
bir harava çırpı qırdıx getdik (Qaz.);- Əvvəl iki dənə ağsaqqal 
gedillər, diyillər ki, biz gəlmişux sə:n qızui oğlumuzçün almağa 
(Sab.);- Yaxşı usdul,isqamı bizdə, yaxşı otaxlar, puryonnıx, ça-
lırıx, oynıyrıx (Ş.);Usman naxoş yatadu gidağ una dəyağ gəlağ 
(Qb).
Naxçivan qrupu şivələrində 
dönmək feili həmcins xəbərlər 
sayı qədər təkrar işlənir, iş prosesinin intensivliyini bildirir; məs.: 
Cütnən əkirıx, dönürıx, suvarırıx, dönürıx biçirıx, dönürıx dəriz 
bəğli:rıx, dönürıx bir- birinin üsdə vırırıx tayya, dönürıx bu yol 
xermən geyrırıx, dönürıx cüti qoşurıx üsdünə (Nax.);- Düyünü 
isdadırıx, dönürüx`çəkirix`, biyolum dönürüx` tökürüx` qazana, 
yağda qavı:rıx, dönürüx`sarı çiçəyinən, qəndinən şərbət eliyirix`-
tökürüy üsdünə (Şr.) və s.

Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   143   144   145   146   147   148   149   150   ...   202




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin