Karbohidratlar və onların mübadiləsi
82. Kimyəvi tərkibinə görə karbohidratlar hansı üzvi maddələrdir?
A) karbohidratlar çoxatomlu spirtlərin aldehid, yaxud ketonların və ya onların polikondensasiya birləşmələridir
B) karbohidratlar yalnız polişəkər maddələridir və çoxatomlu spirtlərin polikondensasiya kimyəvi birləşmələridir
C) karbohidratlar aminşəkər maddələrdir və çoxatomlu spirtlərin kimyəvi birləşmələridir
D) karbohidratlar yalnız çoxatomlu spirtlərin polikondensasiya birləşmələridir
E) sadə polişəkər maddələridir və çoxatomlu spirtlərin aldehid və ya onların polikondensasiya birləşmələridir
83. Karbohidratlar orqanizmdə əsasən hansı funksiyaları yerinə yetirir?
1.enerji
2.ehtiyat
3.katalitik
4.hormonal
5.nəqliyyat
A) 1,2
B) 1,4
C) 2,5
D) 3,4
E) 1,2,5
84. Karbohidratlardan hansılar mono və disaxaridlər qrupuna aiddir?
A) qlükoza, riboza, saxaroza, laktoza
B) qlükoza, fruktoza, nişasta, saxaroza
C) qlükoza, qaloktoza, heparin, inulin
D) qlükoza, maltoza, qlikogen, pektin maddələri
E) nişasta, inulin, saxaroza, heparin
85. Aminşəkər maddələri hansı üzvi birləşmələrdir?
A) tərkibində amin qrupu olan monosaxaridlərdir
B) tərkibində aminturşular olan üzvi maddələrdir
C) amin şəkərlər yalnız zülalların tərkibinə daxildir
D) amin şəkərlər əzələ toxumasının əsasını təşkil edən maddələridir
E) tərkibində aminturşular olan monosaxarid maddələridir
86. Homopolisaxaridlər qrupuna hansılar daxildir?
A) xitin, pektin maddələri
B) heparin, fruktoza, nişasta
C) xitin, riboza, saxaroza
D) heparin, qlükoza, inulin
E) qlikogen, pektin maddələri
87. Karbohidrat mübadiləsində qaraciyərin biokimyəvi rolu hansıdır?
A) qanda qlükozanın miqdarını sabit saxlamaqla, karbohidrat mübadiləsini tənzim edir
B) öd turşularını sintez etməklə karbohidrat mübadiləsini tənzim edir
C) qanda süd turşusunu nişastaya çevirməklə karbohidrat mübadiləsini tənzim edir
D) polisaxaridləri sintez etməklə karbohidrat mübadiləsində iştirak edir
E) qanda insulin hormonunun miqdarını sabit saxlamaqla, karbohidrat mübadiləsini tənzim edir
88. Karbohidratlar necə təsnif olunur?
A) monosaxaridlər, disaxaridlər, polisaxaridlər
B) oliqosaxaridlər, polimerlər, polisaxaridlər
C) monosaxaridlər, polisaxaridlər, disaxaridlər
D) monosaxaridlər, disaxaridlər, polimerlər
E) polisaxaridlər, polimerlər, disaxaridlər
89. Saxaroza nədən təşkil olunmuşdur?
A) qlükoza və fruktoza
B) qalaktoza və nişasta
C) laktoza və qalaktoza
D) qlukozamin və maltoza
E) qlukozamin və riboza
90. Laktoza nədən təşkil olunmuşdur?
A) qlükoza və qalaktoza
B) qlikogen və qalaktoza
C) qlükoza və laktoza
D) maltoza və qalaktoza
E) fruktoza və qalaktoza
91. Hansı orqan qlikogen üçün depo ola bilər?
A) qaraciyər
B) böyrək
C) dalaq
D) ürək
E) öd kisəsi
92. Hansı karbohidrat heyvani nişasta adlandırılır?
A) qlikogen
B) nişasta
C) selluloza
D) qlükoza
E) laktoza
93. Kimyəvi tərkibində riboza karbohidratı olan birləşmə hansıdır?
A) adenozintrifosfat
B) kreatinfosfat
C) keton cisimciklər
D) kreatin
E) aminturşular
94. Hansı maddə polisaxaridlərə aiddir?
A) inulin
B) qlükoza
C) saxaroza
D) laktoza
E) fruktoza
95. Karbohidratların və yağların tərkibində hansı funksional qruplar vardır?
A) OH, COOH
B) COOH, C=O
C) OH, COH
D) CH2, CH3
E) NH2, COOH
Dostları ilə paylaş: |