Azərbaycan bölməsi Biokimya elminin əsasları, onun bədən tərbiyəsi və idman mütəxəsisləri üçün əhəmiyyəti



Yüklə 53,69 Kb.
səhifə1/15
tarix16.12.2022
ölçüsü53,69 Kb.
#75636
  1   2   3   4   5   6   7   8   9   ...   15
biokimya 200(test) az


BİOKİMYA BAZA 200 TEST SUALLAR

(Azərbaycan bölməsi)




Biokimya elminin əsasları, onun bədən tərbiyəsi və idman mütəxəsisləri üçün əhəmiyyəti

1. İdman biokimyası hansı elmlərlə qarşılıqlı əlaqədədir?


A) anatomiya, idman fiziologiyası, gigiyena, idman təbabəti
B) idman fiziologiyası, idman təbabəti, idman gigiyenası
C) anatomiya, idman fiziologiyası, idman təbabəti, psixologiya
D) anatomiya, idman fiziologiyası, idman gigiyenası
E) idman fiziologiyası, psixologiya, idman təbabəti

2. Funksional biokimya elmi nəyi öyrənir?


A) metabolizm prosesləri ilə orqanizmin funksiyaları arasındakı əlaqələri
B) orqanizmdə olan bütün kimyəvi birləşmələrin miqdarını və funksiyasını
C) maddələr mübadiləsi və enerji mübadiləsi proseslərini
D) yalnız enerji mübadiləsi proseslərini
E) orqanizmdə olan bütün kimyəvi birləşmələrin quruluşunu və funksiyasını

3. Bioloji kimya fənni nəyi öyrənir?


A) bütün canlı orqanizmlərin kimyəvi tərkibini öyrənir
B) insan orqanizminin kimyəvi tərkibini öyrənir
C) mikroorqanizmlərdə baş verən kimyəvi prosesləri öyrənir
D) energetik mübadiləni və maddələr mübadiləsini öyrənir
E) insan, heyvan və bitkilərin kimyəvi tərkibini öyrənir

4. Müasir bioloji kimyanın hansı bölmələri vardır?


A) statik, dinamik və funksional
B) funksional, üzvi və qeyri-üzvi
C) üzvi, statik və dinamik
D) funksional və dinamik
E) farmokoloji və funksional

5. Kalium elementi haqqında hansı ifadə düzdür?


A) ürək işinin nizama salınmasında mühüm rol oynayır
B) eninəzolaqlı və saya əzələlərin tonusunu azaldır
C) normadan artıqlığı insan orqanizminə toksiki təsir göstərmir
D) hemoqlobinin sintezinde iştirak edir
E) zülalların sintezində iştirak edir

6. Maddələr mübadiləsi prosesi nədən ibarətdir?


A) qidalanma və ifrazetmə, sintez və parçalanma proseslərinin qarşılıqlı əlaqəsindən ibarətdir
B) qidalanma, sintez və ifrazetmə proseslərinin qarşılıqlı əlaqəsindən ibarətdir
C) qidalanma, sintez və parçalanma proseslərinin qarşılıqlı əlaqəsindən ibarətdir
D) yalnız assimilyasiya proseslərindən ibarətdir
E) yalnız enerji mübadiləsindən ibarətdir

7. Spirtlərin funksional qrupu hansılardır?


A) OH
B) COOH
C) COH
D) CH3
E) NH

8. Aminturşuların tərkibində hansı funksional qruplar vardır?


A) NH2; COOH
B) NH; COOH
C) CH2, CH3
D) NH, OH
E) OH, COOH

9. Hansı üzvi maddələrin tərkibində amin qrupuna rast gəlinmir?


A) neytral yağlar
B) zülallar
C) karbohidratlar
D) aminturşuları
E) azot əsasları

10. Sümük toxuması və dişlərin tərkibinə hansı qeyri-üzvi birləşmələr daxildir?


A) Ca(PO4)2; Ca CO3; Ca F2; Na3 PO4; Mg3(PO4)2
B) K2 SO4; Ca F2; Ca Cl2; Na2 SO4
C) Mg2 SO4; Ca SO4; Na Cl; Ca Cl2; Na3 PO4
D) Ca SO4, Ca CO3; H2 CO3; Al(OH)3
E) HCl; H2 CO3; H3 PO4

11. İnsan orqanizminin toxumalarında su hansı funksiyanı yerinə yetirir?


A) orqanizmdə mübadilə məhsullarının və başqa maddələrin universal daşıyıcısıdır
B) katalizator funksiyasını yerinə yetirir və bütün maddələrin universial daşıyıcısıdır
C) suyun hormonal əhəmiyyəti vardır və bütün maddələrin universial
D) turş-qələvi məhsullar orqanizmdən su vasitəsilə xaric edilir
E) su orqanizmdəki lipid maddələrinin həlledicisidir

12. Mürəkkəb birləşmələrdən sadə üzvi birləşmələrin əmələ gəlməsi necə adlanır?


A) dissimilyasiya
B) energetik balans
C) assimilyasiya
D) əsas mübadilə
E) ümumi mübadilə

13. Sadə birləşmələrdən mürəkkəb üzvi birləşmələrin əmələ gəlməsi necə adlanır?


A) assimilyasiya
B) işçi mübadilə
C) dissimilyasiya
D) əsas mübadilə
E) transkripsiya

14. Böyümə və inkişaf dövründə hansı proses baş verir?


A) assimilyasiya prossesi üstünlük təşkil edir
B) dissimilyasiya prosesi üstünlük təşkil edir
C) parçalanma və ifrazetmə prosesləri üstünlük təşkil edir
D) su-duz mübadiləsi zəifləyir
E) qanın osmos təzyiqi artıq

15. Qocalıq dövründə hansı proses baş verir?


A) dissimilyasiya prossesi sürətlənir
B) dissimilyasiya prosesi zəifləyir
C) assimilyasiya prosesi üstünlük təşkil edir
D) energetik mübadilə sürətlənir
E) fermentlərin sintezi sürətlənir



Yüklə 53,69 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin