Azərbaycan diLİ VƏ Nİtq məDƏNİYYƏTİ MÖvzu 1 azərbaycan diLİ VƏ Nİtq məDƏNİYYƏTİ FƏNNİNİN Əsaslari azərbaycan dilinin təşəkkülü tarixindən



Yüklə 209,49 Kb.
səhifə89/99
tarix02.01.2022
ölçüsü209,49 Kb.
#42010
1   ...   85   86   87   88   89   90   91   92   ...   99
C fakepathAz rbaycan dili v nitq m d niyy ti 2020

6.Nitqin aydınlığı. Aydınlıq ifadə üsuludur, ifadə olunan fikrin asan qavranılması üçün o, həmişə diqqət mərkəzində olur. Nitq üçün aydınlıq, səlislik və yığcamlıq yüksək qiymətləndirilir. Bunların içərisində aydınlıq ən vacib üslubi keyfiyyət kimi ön sırada durur. Nitqin düzgünlüyü fikrin aydın ifadəsinin ilkin şərti sayılır. İnsan ifadə edəcəyi mövzu haqqında mükəmməl məlumata malik olub onu dərindən və yaxşı bilirsə, müvafiq dil vasitələri hesabına nitqində sözçülüyə yol verməz, fikrini maraqlı qurar, dolaşıq cümlələrə deyil, sadə, münasib cümlələrlə deyəcəyi faktları ifadə etməyi bacarar. Nitq zamanı aydınlığın pozulması bir sıra hallarla bağlıdır. Bura danışanın sözlərin mənasını, işlənmə məqamlarını yaxşı bilməməsi, zəngin söz ehtiyatına mükəmməl yiyələnməməsi daxildir. Məsələn, danışıqda belə cümlələr eşidirik: O, qapının zəngini çaldı. At ilxısında yaxşı atlar vardı. Sənə müvəffəqiyyət uğurları arzulayıram. Biz bunlara müdaxilə göstərməyə çalışırıq və s. "Aydın nitq aydın təfəkkürün, düşüncənin məhsuludur", "Dili dolaşıq şəxsin fikri də dolaşıq olur" - cümlələrinin təsdiqinə Ü.Hacıbəylinin "O olmasın, bu olsun" musiqili komediyasında Məşədi İbadın Rza bəyə dediyi bir replikasında aydın görünür: - "A kişi, sən elə qəliz danışırsan ki, "Tarixi-Nadiri" yarıya qədər oxumuşam, mən başa düşə bilmirəm. Bu yazıqlar haradan başa düşsünlər? "Biz tələbələri ixtisaslarına aid idman ədəbiyyatını oxuyub öyrənməklə, izah edib misallar gətirməklə məhdudlaşmamağa çağırırıq. Onlar siyasi, sosial, elmi, iqtisadi yenilikləri özündə əks etdirən, gündəlik mətbu orqanlarda çap olunan publisistik yazıları da oxuyub təhlil etməli, biliklərini artırmağa xidmət edən bədii ədəbiyyatla, oçerklərlə, həyatın hər sahəsinə aid müxtəlif materiallarla bir vətəndaş kimi tanış olmalıdırlar. Nitqin aydınlığı tələffüzlə sıx bağlıdır. Dil səsləri öz məxrəcində deyilməsə, hecanın tələffüzdən düşməsi, normal intonasiyaya əməl olunmaması, bütün cümlələrin ya yüksək, ya da alçaq templə deyilməsi, idmanla bağlı çəki dərəcələrinin və ya rəqəmlərin ardıcıl və sürətlə sadalanması, bəzi hərflərin sözlərin sonunda buraxılması şəxsin savadı, dünyagörüşü, mütaliəsi ilə, söz ehtiyatının kəmiyyət və keyfiyyətcə azlığının nəticəsidir. Sadalanan nöqsanları aradan qaldırmaq üçün aşağıdakılar nəzərdə saxlanılmalıdır:

1) Nitqin aydınlığına nail olmaq üçün danışılacaq mövzu öncə ətraflı öyrənilməli, lazımi material hazırlanmalıdır.

2) Material fikirdə və ya yazılı qeydlərdə sistemləşdirilməlidir.

3) Nəzərdə tutulmuş sübut, dəlil və ya faktları ifadə edəcək sözlər məntiqi vurğu hesabına aydın nəzərə çarpdırılmalıdır;

4) Nitqin əsas hissəsindəki söz, ifadə və cümlələr aydın tələffüz edilməli, "bunun" əvəzinə "munun", "gətirdi" əvəzinə "gətdi", "gəl gedək" əvəzinə "gə gedəy", "ona görə" əvəzinə "oa gora", "nə üçün" əvəzinə "nöşün" və s. deyilməməlidir.

5) Məzmuna uyğun intonasiya seçilməli, düzgün diksiya ilə ifadə olunan nitqin başa düşülməsinə (Diksiyanın pozulması sözlərin, ifadələrin başa düşülməsini, fikrin anlaşılmasını çətinləşdirir) cəhd göstərilməlidir. Çıxış edənlər (mühazirəçi, məruzəçi, lektor, diktor, müəllim və başqaları) səsini, nəfəsini idarəetmə bacarığını təkmilləşdirməli, diksiya ilə bağlı şivə qüsurlarını düzəltməlidir, yəni nitqin səs mədəniyyətinə yiyələnməlidirlər.




Yüklə 209,49 Kb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin