Memorandum latın sözüdür. Hər hansı bir məsələ haqqında hökumətin fikirləri izah edilmiş diplomatik sənəddir.
Etimadnamə (fransız dilində lettre de creance) diplomatı başqa bir suveren ölkəyə səfir vəzifəsinə təyin edən formal diplomatik məktubdur. Etimadnamələr ənənəvi olaraq diplomatiyanın linqva frankası olan fransız dilində yazılır. Lakin göndərən ölkənin dilində də yazıla bilər.
Sənədli işgüzar alt üslub (və ya "qanunlar dili"nin alt üslubu) qanunların, mülki aktların, fərmanların, məcəllələrin, konstitusiyaların dilidir.
Qanun hüquq normalarının sistemlə toplusu olub, cəmiyyətdə yaranan ictimai münasibətləri tənzimləyir və insanları hüquq pozuntusundan qoruyur. Həmçinin qoyulan qadağalara əməl etməyən şəxslərin cəzalandırılmasını müəyyən edir. Fərman farsca “buyurmaq, əmr etmək” mənasına gəlir. Fərman rəsmi üslubun ən ciddi növlərindən biri sayılır və əsasən, dövlət başçısı tərəfindən verilir. Məcəllə (latın dilində codex– kitab) bir və ya bir neçə sahənin sistemləşdirilmiş normalarını özündə birləşdirən hüquqi aktdır. Konstitusiya sözünün hərfi mənası “qurmaq, yaratmaq, əsasını qoymaq” deməkdir. Ali hüquqi qüvvəyə malikdir. Konstitusiya dövlətin siyasi, hüquqi və iqtisadi sistemlərinin əsasını təsbit edir. Vətəndaşların hüquq və azadlıqlarını elan edir və zəmanət verir. Bir qayda olaraq Konstitusiyaları iki əsas növə təsnif edirlrər: Yazılı və tarixdən irəli gələn şifahi hüquqi qaydalar.
Gündəlik işgüzar üslub (və ya inzibati-kargüzarlıq, eləcə də ofis əsaslı) inzibati aktlarda, göstərişlərdə, əmrlərdə, müqavilələrdə – təşkilatlar arasındakı işgüzar yazışmalarda və şəxsi yazışmalarda istifadə olunur. Bu alt üslubda sənədin tərtibi üçün tələblərin ciddiliyi əvvəlki alt üslublara nisbətən bir qədər yumşaqdır.
İnzibati akt inzibati orqan tərəfindən, inzibati fəaliyyət ilə əlaqədar alınan tək tərəfli hüquqi əqd. nəticə yaradır.