Azərbaycan dilində işgüzar və akademik kommunikasiya


Rəsmi işgüzar üslub, onun alt üslubları və əsas xüsusiyyətləri



Yüklə 99,05 Kb.
səhifə2/22
tarix22.04.2023
ölçüsü99,05 Kb.
#101406
1   2   3   4   5   6   7   8   9   ...   22
Az rbaycan dilind i g zar v akademik kommunikasiya

Rəsmi işgüzar üslub, onun alt üslubları və əsas xüsusiyyətləri. Bu üslub qanuna, sənədləşmə işlərinə , hüquq münasibətləri sahəsinə xidmət edir. Obyektivliyə, ümumiləşdirməyə, təqdimatın məntiqi təşkilinə, semantik aydınlığa, birmənalılığa və əminliyə meyl göstərir. Rəsmi işgüzar üslub dövlətlə dövlət arasında, dövlətlə vətəndaşlar, vətəndaşlarla vətəndaş arasında rəsmi sənədli əlaqə vasitəsidir. Bu üslub bir neçə alt üsluba bölünür:

• diplomatik işgüzar üslub;
sənədli işgüzar üslub;
• gündəlik işgüzar üslub.
Diplomatik işgüzar üslub beynəlxalq müqavilələrdə, konvensiyalarda, bəyannamələrdə, memorandumlarda və etimadnamələrdə istifadə olunur. Bu alt üslub xüsusi beynəlxalq terminlərin istifadəsi ilə xarakterizə olunur.
Status-kvo latın sözüdür, “dəyişdir” deməkdir. Ancaq mövcud olmuş və ya hazırda mövcud olan faktiki, yaxud hüquqi vəziyyəti qorumaq deməkdir.
Persona non grata latın mənşəli sözdür, “istənməyən adam” mənasını bildirir. Dövlətlərarası əlaqələrdə bir şəxsin ölkəyə girməsi və ya qalması həmin ölkənin hökuməti tərəfindən qadağan olunan şəxs persona non grata adlanır. Bu şəxsə siyasi toxunulmazlıq verilir, tutula və sorğulana bilməz.
Preambula fransız sözüdür, “qabaqda gedən, başlanğıc, müqəddimə” mənalarını bildirir. Bu söz hal-hazırda üç mənada işlənir: 1) bəyannamənin, yaxud beynəlxalq müqavilənin giriş və ya müqəddimə hissəsi; 2) rəsmi sənədlərdə - hər hansı bir sənədin, giriş, izahedici hissəsi; 3) məcazi mənada söhbətə giriş.
Beynəlxalq müqavilə hər hansı bir mövzuda iki və ya daha çox tərəf arasında razılaşmadır.
Konversiya latın mənşəli conventio sözündəndir, “müqavilə, saziş” mənasını bildirir. Hər hansı bir məsələ barədə dövlətlər arasında bağlanan müqavilə, sazişdir. Beynəlxalq hüquqi sənəddir. Konvensiya qanun statusuna malikdir.
Bəyannamə (latın dilində declaratio) dövlətlərin özlərinin daxili və xarici mövqeyini bildirmək üçün verdiyi birtərəfli, ikitərəfli, çoxtərəfli bəyanatdır. İkili və çoxtərəfli bəyanatlar çox vaxt imzalanır. Lakin tərəflərin razılığı olmadan da qəbul oluna bilər.

Yüklə 99,05 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin