Azərbaycan Dövlət İqtisad Universiteti


Kənd təsərrüfatı sektorunun inkşaf xüsusiyyətləri



Yüklə 463,22 Kb.
səhifə5/14
tarix02.01.2022
ölçüsü463,22 Kb.
#47823
1   2   3   4   5   6   7   8   9   ...   14
Abbasov-El-in

Kənd təsərrüfatı sektorunun inkşaf xüsusiyyətləri

Qeyri-neft sektorunun prioritet sahəsi kimi hesab edilən kənd tə­sər­rü­fatının inkişafı, məhsul istehsalının və satışının stimullaşdırılması, habelə ərzaq təhlükəsizliyinin təmin edilməsi Azərbaycan dövlətinin sosial-iqtisadi siyasətinin əsasını təşkil edir. Kənd təsərröfatı özünəməxsus bir sıra sosial-iqtisadi, təbii və texnoloji xarakterli xüsusiyyətləri ilə səciyyələnir. Kənd təsərrüfatının istehsal vasitəsi iqtisadiyyatın başqa sahlərindən fərqli olaraq torpaq hesab edilir. Torpaq – iqlim şəraitindən asılı olaraq istehsal prosesi təbii amillərlə bağlıdır. .Kənd təsərrüfatı iqtisadiyyatını yüksəltmək , istehsalın səmərəliliyini və artımını təmin edən tədbirlər planı hazırlamaq və reallaşdırmaq bu xüsusiyyətlər nəzərə alınmadan mümkünsüzdür. Dövlətimizin dəstəyi sayəsində qeyri- neft sektorunun bir sahəsi kimi kənd təsərrüfatının əhalinin işlə təmin olunmasında , əməktutumlu sahələrinin çoxluğu ilə xarakterizə olunması ilə birlikdə davamlı və dayanıqlı inkşafının zəruri hal kimi nəzərə alınaraq bu barədə uzunmüddətli inkşaf planı tərtib edilməkdədir. Kənd təsərrüfatının Azərbaycan iqtisadiyyatında belə mühüm rola sahib olmasının səbəblərindən biri də bu sahənin Azərbaycan Respublikasının müstəqil olduğu ilk illərdən başlayaraq diqqətdən kənar buraxılmamağı hesab edilə bilər . Belə ki , bunu ən başlıca olaraq ümümmilli lider Heydər Əliyevin adı ilə vurğulamaq lazımdır. Onun vaxtilə bu istiqamətdə gördüyü işlər Azərbaycanın müstəqilliyi dövründəki iqtisadiyyatında silinməz izlərə sahibdir. Elə ümummilli lider Heydər Əliyevin başlatdığı siyasətin davamçısı kimi Prezident İlham Əliyev Azərbaycan Respublikasının tam ərzaq təhükəsizliyinə nail olmağı müstəqil dövlət siyasətinin hədəflərindən biri halına çevirmişdir. Preziden İlham Əliyevin sözlərinə görə “hazırda qarşıda duran ən başlıca məqsəd daxili imkanlar hesabına kənd təsərrüfatı və ərzaq məhsulları ilə özünütəminata və davamlı inkişafa nail olmaqla, Azərbaycanı inkişaf etmiş ölkələr səviyyəsinə çatdırmaqdır”. Və ölkədəki mövcud imkanların bu məqsədin reallaşdırılmasına tam imkan verməkdədir. Belə ki , Prezidentin verdiyi qərarlar və göstəriş verdiyi tədbirlərlə birgə bu yolda görülən elmi islahatlar vasitəsilə artıq bu proseslər öz bəhrəsini verməyə başlamışdır. Dövlət tərəfindən həyata keçirilən elmi əsaslandırılmış dövlət proqramlarının müsbət nəticələri sayəsində kən təsəsrrüfatının və emal olunan məhsulların həcmində artım müşahidə olunmaqdadır. Kənd təsərrüfatı və digər sahələri inkşafı məqsəqdilə dövlət proqramı ilə regionların sosial-iqtisadi inkşafı sahəsində görülən tədbirlər kənd yerlərində də əhalinin rifah halının yüksəlməsi yolunda da müsbət təsirlər göstərmişdir. Kənd təsərrüfatının elektron sisteminin yaradılması son illərdə onu inkşafına təkan verən ən müasir hadisə kimi tarixə keçmişdir. Belə ki , bununla bağlı elmi-tədqiqat institutların fəaliyyətinin yaxşılaşdırılması , laboratoriyaların bərpa olunması üçün Prezidentin ehtiyat fondundan 10 milyon manat vəsait ayrılması , Prezident İlham Əliyev tərəfindən 2015-ci ilin kənd təsərrüfatı ili seçilməsi və aqrar sferada mövcud olan problemlərə kompleks tədbirlər planı hazırlamaq məqsədilə görülən bütün işlər bu sahənin Azərbaycan iqtisadiyyatındakı rolunun artırmağa və gələcək dövrdə potensialdan tam istifadə edilməsi üçün nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Prezidentinin 17.01.2011 tarixli 396 nömrəli fərmanı ilə və həmçinin Milli Elmlər Akademiyasının Rəyasət heyətinin qərarı ilə Azərbaycan Milli Elmlər Akademiyasının nəznində Aqrar elmlər bölməsinin yaradılması və bu yöndə aparılan elmi fəaliyyətlərin , respublika ərazisində müvafiq elmi-tədqiqat və təhsil müəsisələrinin elmi fəaliyyətlərinin koordinasiyasının tapşırılması uzaqgörən siyasəti əlaəti hesab edilə bilər. Bu yaradılan təkilatın fəaliyyətinin nəticəsidir ki , respublikada qısa müddətdə fəaliyyət göstərən elmi –tədqiqat insttutları və bütün aqrqr yümlü təşkilatlarla əlaqələr yaradılmışdır. 2015-ci ildə aqrar elm sahəsində Milli Elmlər Akademiyasında koordinasıyanın yaşsılaşdırılması məqsədli bir addım atılmışdır. Belə ki , Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının “ Kənd təsərrüfatı bitki və heyvanlarının genetika və seleksiyası problemləri üzrə Elmi Şura”sı və “Torpaq və su ehtiyatlarının idarə edilməsi və ətraf mühitin mühafizəsi problemləri üzrə elmi şura”sı yaradılmış və iki şura da artıq fəaliyyət göstərməyə başlamışdır. Azərbaycan Milli Elmlər Akademiyasının Aqrar Elmlər Bölməsinin instutlarındakı müasir avadanlıqlar yüksək təlim görən gənc alimlər tərəfindən istifadə olunaraq ən yeni metodlara yiyələnərək dünya standartları səviyyəsindəki tədqiqatların həyata keçirilməsi ilə mühüm irəliləyilərə nail olunması da diqqətdən yayınmamalıdır. Elmin İnkşaf Fondunun maliyyə dəstəyi ilə Azərbaycan Respublikası yanıda regionda ilk dəfə olaraq “Genomika” labarotoriyasının əsası qoyulmuş və burada bitki genomunun sürətli oxunmasını həyata keçirən yeni nəsil sekvenserləri quraşdırılmışdır. Əvvəlki dövrıərdə mümkün olmayan həcmdə biliklər bu sayədə müəyyən olunmağa başlanılmışdır. Mobil Aqrar Elmi Tədqiqatlar Laboratoriyası da Elmin İnkşaf Fondu tərəfindən alınmışdır ki , bu də hər yöndə eli multidissiplinar elmi araşdırmaların aparılması üçün şərait yaradır. Beynəlxalq və respublika əhəmiyyətli elmi-praktiki konfranslar Azərbaycan Milli Elmlər Akademiyasının Aqrar Elmlər Bölməsi tərəfindən həyata keçirilərək Respublikamızda aqrar elmin mövcud durumunun real qiymətləndirilməsi istiqamətində lazım ola təhlillər aparılmış , dünya təcrübəsi öyrənilmiş , nəzəri fundamental və tətbiqi- innovativ tədqiqatların optimal-strukturunu , orta və uzunmüddətli məqsədlərin və inkşaf perspektivlərini , bunların gerçəkləşməsi üçün müvafiq elm və təhsil müəsisələrinin əsas vəzifələrini , yeni idarəetmə və yaxud koordinasiya sisteminin konturlarını müəyyən edən İnkşaf Konsepsiyası hazırlamışdır. Göründüyü üzrə , son dövrlərdə Azərbaycan Milli Elmlər Akademiyasında reallaşdırılan əsaslı islahatlar və Aqrar Elmlər bölməsinin adı çəkilən islahatlara müvafiq olaraq görülən işlər nəticəsində Azərbaycan Respublikasında Aqrar elmin təşklilati strukturunun müasir tələblərin səviyyəsində qurulması aqrar elm sahəsində mövcud ciddi parəkəndəliyin aradan qaldırılması yönündə vacib və həlledici hesaab ediləcək addımlar atılmışdır. Lakin bütün bunlar da nəzərə alınsa belə , prezident tərəfindən müəyyən edilmiş yüksək məqsədlər baxımından xüsusən aqrar elm mövzusunda və kənd təsərrüfatı məhsullarının istehsalı ilə bağlı görüləcək hələ çox iş mövcuddur. Hal-hazırda respublikada adı çəkilən istiqamətlərdə fəaliyyət göstərən 11 elmi-tədqiqat institute, həmçinin kənd təsərrüfatı Nazirliyi Aqrar Elm və İnformaasiya Məsləhət Mərkəzinin strukturlarına daxil olan 8, Milli Elmlər Akademiyasının nəznində 3 elmi-tədqiat institut fəaliyyət göstərir. Respublikamızda həmçinin regional aqrar elm və informasiya məsləhət mərkəzləri və elmi-tədqiqat institutlarının 50-dən artıq təcrübə -istehsalat bazası mövcuddur. Naxçıvan Muxtar Respublikasının “Araz” Elmi İstehsalat Birliyi Öz fəaliyyətini Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzi ilə əlaqələndirir. Bunlardan əlavə Azərbaycan Dövlət Aqrar Universiteti , Bakı Dövlət Universitetinin Ekologiya və Topraqşünaslıq fakültəsi , Naxçıvan Dövlət Universitetinin və digər universitetlərin müvafiq kafedraları , Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2 , Meliorasiya və su Təsarrüfatı AçıqSəhmdar Cəmiyyətinin 2 elmi-tədqiqat institutu aqrar sahə ilə hər hansı dərəcədə əlaqəli elmi tədqiqat aprırlar. Son dövrlərdə institutların müasirləşdiriləsi ilə bağlı önəmli fəaliyyətlər aparılsa da , onların əksəriyyətinin andatının ölkənin aqrar bölməsinin prioritetləri istiqamətində uyğunluğuna yenidən nəzər salınmalıdır. Elmi- tədqiqat işi ilə məşğul olan müəsisələrin çoxunun maddi texniki və elmi potensialı zəifdir, binalar , qurğular , maşın və avadanlıqlar müasir standartlara cavab verə bilmir. İnstitutlar rəqabət qabiliyyətli deyildir, məhsulları , o cümlədən yeni sortlar, cinslər, ting materialları, toxum , texnologiya , kadrları , informasiya dünya standartı səviyyəsindən geridə qalır. Respublikamızın hazırkı ərazisinin 4,5 milyon hektarını kənd təsərrüfatı üçün nəzərdə tutulmu torpaqlar təşkil etməkdədir. Ölkəmizin aqrar sektorunun inkşafına maneə törədən əsas səbəblərdən biri bu torpaq sahələrinin müxtəlif ölçülərdə eroziyaya , orakətləmə və şoranlaşmağa uğramasıdır. Ölkəyə taxıl və taxıl məhsulları başda olmaqla hələ də bir çox növdə kənd təsərrüfatı məhsulları idxal edilməkdədir. Hətta bir sıra hallarda rəsmi icazə belə olmadan müxtəlif geni modifikasiya edilmiş məhsulların xüsüsilə də F1 hibridlərinin toxumlarının əkin materialları kimi bitki toxumlarının idxalı həyata keçirilir. Əsasən gətirlilən bitki toxumlarının , toxum materiallarının mühüm dərəcədə böyük hissəsi F1 hibridlərinin təşkil etməsi yerli fermerlərimizi təəssüf ki xarici şirkətlərdən asılı hala salmaqdadır. Bitkiçiliyə nisbətən ölkəmizdə heyvandarlığın qənaətbəxş olsa da, bu kənd təsərrüfatı sahəsində də xarici məhsullar , cinslər və sairədən asılılıq mövcüddur. Respublika daxilini külli miqdarda heyvan mənşəli olan qida üçün nəzərdə tutulan məhsullar daxil olunmaqdadır. Hal- hazırda məhsul istehsalının artımında intensive amillərin rolu qənaətbəxş hesab edilmir. Məhsuldarlığın artım tempinin arzuolunan səviyyədə olmaması , istehsal xərclərinin artıqlığı və səviyyəsi bunu göstərir. Qeyd olunan problemlərin həlli kimi aqrar elmin ir mərkəzdən idarə edilməsi , nəzəri- fundamental və innovativ- tətbiqi elmi araşdırmaların ( o cümlədən molekulyar və gen səviyyələrində , nanotexnologiyalarda ) aparılmasını , dəyişməkdə olan mühitə davamlı , çox məhsuldar olan və keyfiyyəti ilə bilinən bitki sortları və heyvan cinslərinin , mütərəqqi becərmək üçün texnologiyaların yaradılması, iqlim , torpaq , su və s. resurslardan istifadənin , eləcə də kənd təsərrüfatı sistemlərinin idarə olunmasının optimallaşdırılmasının elmi əsaslarının işlənib hazırlanmasını və həmişə təkilləşdirilməsini , sistemə daxil strukturların moderləşdirliməsini tələb edir. Dünya üzərində gedən bütün tendensiyaların təhlili göstərir ki , aqrar sahənin elmi təminatını dünya standartları səviyyəsinə çatdırılması yönündə islahatlar invensivləşdirliməlidir. Koordinasiya gücləndirilməli , elmi mövzular, tədqiqat proqramları dövrün yüksək tələbləri baxımından ciddi şəkildə seçilməli və onlar adekvat maliyyə resursları baxımıdan təmin edilmlidir.Rəqabət qabiliyyətinə malik kənd təsərrüfatı tədqiqatları sistemi yalnız dövlət vəsaiti ilə yaradlarsa davamsız ola bilmə ehtimalı var.Qismən də olsa, problemli qlobal variantda həll etmək üçün aqrar elm kommersiyalaşdırılmalıdır. Aqrar elminin maddi-texniki və texnoloji bazasının ən modern və yüksək səviyyədə modernləşdirilməsi, , regional, milli və qlobal elmi mərkəzlərin yaradılması zəruri hala çevrilmişdir .İşçilərdən yerində istifadə olunmasına nail olmaq, ixtisaslaşmanın artırılmasına və elmi səviyyənin yüksəldilməsinə bağlı ehtiyacları göz ğününə çıxararaq ödəmək, institutların strukturunu mobil vəziyyətə uyğunlaşdırmaq , güclü ixtisaslı gənc alimlərin karyera inkşafını stimullaşdırmaq gərəklidir. Çağdaş dünyamızda mövcud texniki tərəqqi və texnoloji potensial problemlərə kompleks, innovativ yanaşmaları, onların həlli məqsədli yeni texniki texnologiyaların və vaitələrin tətbiqini, multidissiplinar araşdırmaları əlçatan edir. Misal üçün desək , son 20 ildə dünyada molekulyar biotexnologiya metodundan istifadə etməklə çoxlu sayda bitki sortları və formaları yaradılmışdır ki, bunlar dünya üzərində artmaqda olan əhalinin ərzaqla təminatında mühüm rola malikdir. Dünya üzrə götürülərsə , Azərbaycanın aqrar elmində də ən modern avadanlıqların istifadə olunması ilə toxuma mədəniyyəti , molekulyar seleksiya, genlərin köçürülməsi, , bio-,nano- və informasiya texnologiyalarının tətbiqi edilməsi üzrə tədqiqatların yürüdülməsi imkanları təşkil olunmalı, sınaq edilmiş və uğurlu nəticələr əldə etmiş texnologiyalar Azərbaycana da gətirilməli və onlar yerli şərait də nəzərdə saxlanılmaqla daha da inkişaf etdirilməlidir. Aqrar elm qarşısında olan vəzifələrin effektiv icrası üçün həmçinin yüksək ixtisaslı, dünyagörüşünə və müasir biliklərə yiyələnmiş kadrların potensialının yaradılmasından önəmli ölçüdə asılıdır. Buna bağlı olaraq ali və orta ixtisas təhsili müəssisələrinin modernləşdirilməsi, təhsilin səviyyəsinin dövrümüzün tələblərinə uyğun şəkildə artırılması vacib məsələdir. Aqrar təhsil sisteminin yenidənqurulması və təkmilləşdirilməsi , ilk olaraq , bu sahədə mütəxəssislərə bağlı ehtiyacların strateji yöndən dəqiq müəyyən edilməsindən başlanılmalıdır. Mövcud təlim-tədris proqramları müasir nəzəri-elmi və təcrübi əsaslarla (həmçinin , xaricdə təhsil ilə bağlı) yenidən işlənib hazırlanılmalıdır.

ADAU respublikada kənd təsərrüfatı sahəsində magistr və bakalavr dərəcəli kadrlar hazırlamaqla məçğul olan ixtisaslasmış ali təhsil müəssisəsidir. Burada tədris edilən fənlər kənd təsərrüfatı , ixtisas sahələri və onun başqa sahələri və regional ixtisaslaşmanın tələbləri ilə uyğun vəziyyətə salınmalı , qida mühəndisliyi, biotexnologiya və informasiya texnologiyalarının tədirisi məsəsləsinə diqqət artırılmalıdır.Hazırki mütəxəssislərin peşə hazırlığının artırılması da həmişə diqqət mərkəzində saxlanılmalıdır. Bunun görə də dar zaman çərçivəsində yerli və beynəlxalq kurslar kifayət etməyəcəkdir. Bu səbəbdən də fermer təsərrüfatlarından başlayaraq dövlət qulluğuna kimi müasir standartlara cavab verə bilən məqsəd olan təlim proqramlarının təşkilatçılığı və aqrar sektorda çalışan mütəxəssislərin təzədən hazırlanılmasında ardıcıllıq zəruri hala çevrilmişdir. Yeni araşdırma , tətbiq olunması və yayımı üzrə açıq və qeyri-mərkəzləşdirilmiş sistemin qurulması hazır kadrlar, müasir informasiya və vərdişlər, araşdırmaya yeni yanaşmanı tələb etməkdədir. Öz növbəsində , sistemə daha yeni təfəkkür tərzinə sahib gənc kadrların cəlb olunmasını təxirəsalınmaz zərurət halına çevirmişdir.İndiki dövrdə müasir fundamental və tətbiqi araşdırmaların dəqiq sahələri, layihələrin idarəedilməsi, kompüter texnologiyaları, xarici dillər yönündə ən son müasir elmi biliklərə sahib kadrlara xüsusilə kəskin tələb yaranmağa başlamışdır.Təhsil səviyyəsinin dünya standartlarına uyğun səviyyəyə çatdırılmasına görə beynəlxalq əməkdaşlıq münasibətlərinin yaradılması , müəllim, tələbə, tədris proqramlarının və təcrübə mübadiləsinin çox böyük ölçüdə effektləri ola bilər.Kənd təsərrüfatımızın rəqabət qabiliyyətinin yüksəldilməsində ən önəmli amil olaraq elm və təhsilin inteqrasiyasına nail olunması, çağdaş elm və tədris-təcrübə sisteminin təşkil olunması ən önəmli məqsədlərdən biri olmalıdır. Buna görə Kənd Təsərrüfatı Nazirliyi, Təhsil Nazirliyi, Azərbaycan Dövlət Aqrar Universiteti, Azərbaycan Milli Elmlər Akademiyası ,Bakı Dövlət Universiteti və Sahibkarlar Təşkilatlarının Milli Konfederasiyası tərəfindən birlikdə xüsusi proqramların hazır edilməsi və reallaşdırılması məqsəduyğun olardı. Dünyanın bir çox inkişaf etmiş ölkələrində “elm-istehsalat-tədris” və ya “elm-tədris-təcrübə mərkəzləri” (elm holdinqləri) modellərinin bu yöndə təcrübəsi mövcuddur. Azərbaycanda da həmçinin bu cür modellərdən istifadə olunması üçün real imkanlar və şəraitlər mövcüddur , onları böyük vəsaitlər sərf etmədən həyata keçirmək mümkündür . Yüksək ixtisaslı kadrlar hazırlamaq məqsədli mövcud elmi-tədqiqat institutlarının imkanlarından , müvafiq zonalarda yerləşən təcrübə mərkəzlərindən istifadə edilməlidir.. Burada Aqrar Elmlər Bölməsi tərəfindən reallaşdırılan layihələr ilə bağlı Genetik Ehtiyatlar İnstitutunda Bakı Dövlət Universitetnin uyğun kafedrasının filialı və bir də Azərbaycan Dövlət Aqrar Universitetinin baza kafedrası yaradılmış, kadrların hazırlığı və birlikdə araşdırmaları nəzərdə tutan əməkdaşlıq haqqında saziş imzalanmışdır. İlk dəfə olmaqla magistraturaya seleksiya ixtisasına 2 gənc qəbul olunmuşdur. Torpaqşünaslıq və Aqrokimya İnstitutuyla Bakı Dövlət Universiteti, Naxçıvan Dövlət Universiteti ilə Azərbaycan Dövlət Aqrar Universiteti arasında elm və təhsilin inteqrasiyasının daha yüksək səviyyəyə çatdırılması ilə bağlı qarşılıqlı şəkildə əməkdaşlıq haqqında müqavilə memorandumları imzalanmışdır. Daha bir anlaşma Torpaqşünaslıq və Aqrokimya İnstitutu nəznində Bakı Dövlət Universitetnin Ekologiya və torpaqşünaslıq fakultəsinin Elm və tədris mərkəzinin yaradılması barəsində olmuşdur. Və bu sahələrdə fəaliyyətin daha da intensiv hala saınması nəzərdə tutulur.

AMEA-nın Aqrar Elmlər Bölməsində son zamanlarda tətbiqi-innovativ fəaliyyətlərə ciddi diqqət göstərilir. Belə ki, aqrar sektorda inkişafa elmi cəhətdən dəstək məqsədli hazırda akademiyanın istifadəsində əkinə yararlı olan , kənd təsərrüfatı təyinatlı torpağlarda Azərbaycan Milli Elmlər Akademiyasının Təcrübə Sanaye Zavodunun bazasında istehsal olunmuş “Azofos” azotlu-fosforlu mineral gübrəsinin və daha yeni yaradılmış olan ekoloji cəhətdən daha təmiz üzvi gübrələrin sınağının keçirilməsi məqsədli akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri, botanika ,Mikrobiologiya, Aqrokimya və Torpaqsünaslıq , Genetik Ehtiyyatlar, Eroziya və Suvarılma institutlarının iştirakıyla səyyar araşdırma işçi qrupu təsis olunmuş , sınaqlar keçirilmiş və yüksək nəticələr əldə edilmişdir.

Əhalinin ərzağla etibarlı təmin olunmasına yönəlmiş dövlət siyasətinin nəticəsi olaraq Azərbaycan Milli Elmlər Akademiyasnın respublikanın fərqli zonalarında yerləşən dayaq nöqtələri ərazisində yüksək keyffiyətli kənd təsərüfatı məhsulları yetişdirilməkdədir. Buna bir misal olaraq qeyd etmək lazımdır ki, Kürdəmir rayonunun ərazisində 50 hektar sahədə yüksək keyfiyyətə malik buğda becərilmişdir. Bunadan əlavə əldə olunmuş məhsul Fövqəladə Hallar Nazirliynin Dövlət Material Ehtiyyatları Agentliynin Dövlət Taxıl Fonduna təslim edilmişdir. 2015ci ilin Azərbaycan Respublıkasında “Kənd təsərrüfatı ili” elan olunması ilə əlaqədar Kənd Təsərrüfatı Nazirliyi tərəfindən aprel ayının 4dən oktyabr ayının 10-dək Qəbələ rayonunda “Tarla günləri” açıq hava sərgisi keçirilmişdir. Sərgidə iştirak üçün dövlət orqanları , aqrar sferada fəaliyət göstərən müəsisələr , toxumçuluq təsərüfatları ilə birgə Azərbaycan Milli Elmlər Akademiyasına da 0,4 hektar torpaq sahəsi ayrılmışdır. Azərbaycan Milli Elmlər Akademyasının Torpaqşünaslıq və Aqrokimya, Genetik Ehtiyyatlar, Eroziya və Suvarılma və akademık Y.H.Məmmədəliyev adına Neft-Kimya Prossesləri institutları bu sərgidə iştirak edmişlər və ayrılmış ərazinin 0,3 hektarında ekoloji kənd təsərüfatı yolları ilə, 0,1 hektarında isə “Azofos” azotlu fosforlu gübrəsınin tətbiqi edilməsi nümunəvi təsərüfat və istehsalat işlərinin icra olunması təmin olunur. Azərbaycan MiIli Elmlər Akademiyasının İşlər idarəsinin nəznində fəalliyat göstərən “Xızı” Kənd Təsərüfatı İstehsalət Komplexi tərəfindən respublikanın fərqli regionlarında olmaqla Azərbaycan MiIli Elmlər Akademiyasının istıfadəsində olan torpaq sahələrində örnək ola biləcək təsərrüfat istehsalat lahiyələri reallaşdırılır . Görülən işlərin mütəsəkkil və kompleks formatda həyata keçirilməsi nəzərd tutularaq bu təsərrüfatın mərkəzində aqrobiznes sferasının hər sahəsini əhatə edə biləcək müasir Aqroparkın təşkil edilməsi planlaşdırılır. Belə ki, mümkün multidissiplinar elmi-tədqiqat nəticələri müasir cagırısların məsələnin kəsişməsində kimi Qoyulusundan cavablandırılması görünür fundamental və tətbiqi elmlərin müxtəlif sahələri ayrılması. Bu problemin həllindən sonra aşağıdakı vacib addımlar atılmalıdır:

1) kənd təsərrüfatı sektorunda məlumatların toplanması və təhlilinin ardıcıl standartları;

2) informasiyanın toplanması və təhlili metodu , inkişaf təlim heyət proqram təmin etmək üçün təşkil edilməlidir;

3) bütün informasiya mubadiləsinin sürət, giriş və şəffaflıq asanlasdırılması təmin etmək üçün tədbirlər görülməlidir.

AMEA-nın nəzdində Prezident İlham Əliyevin qərarı ilə yaradılmış təşkilatın aqrar sektorda bir sıra fəaliyyətlər kimi meliorasiya , torpaq örtüyünün dağılmış ərazilərdə bərpa edilməsi , suvarılma nəticəsində duzlanmış torpaqların yuyulması və bitkiçiliyin inkşafını nəzərdə tutan bir sıra dəyişikləri həyata keçirən orqanın bunlarla yanaşı daha modern aqrar sahə anlayışını özündə əks etdirən aşağıdakı məqsədləri nəzərdə tutur

- aqrar elmin modern idarəetmə və əlaqələndirmə strukturunun sahənin tələbləri səviyyəsində qurulması və inkişafı;

- nəzəri-fundamental və innovativ-tətbiqi tədqiqatların ən müasir dünya səviyyəsinə qaldırılması;

- aqrar elmin innovasiya potensialının effektiv reallaşdırılması;

- ekoloji təmiz aqrar təsərrüfatının yayılması və inkişafı;

- fundamental və tətbiqi araşdırmaların reallaşdırılması sahəsində AMEA-nın əlaqələndirici rolu;

- ehtiyatların optimal idarəedilməsi sisteminin yaradılması,

- ekspert şəbəkə və sistemlərinin, “Elektron kənd təsərrüfatı” sisteminin tərtib edilməsi və intensiv fəaliyyətinin stimullaşdırılması;

- aqrar sferanın prioritet istiqamətlərində elm və texnologiyaların inkişafının proqnozlaşdırılmaları;

- aqrar elmin dövlət əmlakından istifadə etməsinin səmərəliliyinin artırılması;

- aqrar elmin maddi-texniki və sosial bazasının, elmi və texniki kadr potensialının intensiv şəkildə inkişafı;

- aqrar elmin hüquqi statusunun yüksəldilməsi və sosial nüfuzunun təmin edilməsi;

- aqrar elmin maliyyələşdirilmə mexanizmlərnin optimallaşdırılması, dünya səviyyəsində araşdırmalarının prioriteti istiqamətləri üzrə baza, proqram-məqsədli və müsabiqəli maliyələşdirmənin optimal nisbətinə nail olunması.

Bütün bunlar məqsədyönlü şəkildə reallaşdırıldıqca aqrar elm ən qısa zamanda özünü tam təmin edən və ərzaq təhlükəsizliyinə töhfələr verəcək bütöv bir sistemə, orqanizmə çevriləcəkdir.

Ölkəmizin potensial torpaq-iqlim şəraiti, mövcud işçi qüvvəsi, emal sənayesi müəsisələrin xammala olan tələbatının yerli istehsal hesabına ödənilməsi imkanları və mövcud ixrac potensialı kənd təsərrüfatının daha yaxşı inkişaf etməsi üçün əlverişli şərait yaradır.Ənənəvi kənd təsərrüfatı sahələrini inkşafında mühüm nəticələr qeyri-neft sferasının dinamik inkşafı və iqtisadiyyatın şaxəlndirilməsi yönündə reallaşdırılan məqsədyönlü tədbirlərlə mümkün


Yüklə 463,22 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin