"Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyəti


Azərbaycan Respublikası dövlət sərhədinin keçilməsi zamanı nəzarət



Yüklə 497,16 Kb.
səhifə3/3
tarix11.06.2023
ölçüsü497,16 Kb.
#128722
1   2   3
suleyman DGK

Azərbaycan Respublikası dövlət sərhədinin keçilməsi zamanı nəzarət
Azərbaycan Respublikasının dövlət sərhədini keçən şəxslər, nəqliyyat vasitələri, yüklər və başqa əmlak üzərində sərhəd və gömrük nəzarəti həyata keçirilir.
Müvafiq icra hakimiyyəti orqanı Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılış məntəqələrində sərhəd, gömrük, sanitariya-karantin, baytarlıq və fitosanitariya nəzarətini, Azərbaycan Respublikasından bədii, tarixi və başqa mədəni sərvətlərin aparılmasına nəzarəti həyata keçirmək üçün lazımi binalar ucaldır, sərhəd nəzarəti məntəqələrini və gömrük
idarələrini (postlarını) yerləşdirmək üçün xidmət otaqları ayırır.
Şəxslərin, nəqliyyat vasitələrinin, yüklərin və başqa əmlakın Azərbaycan Respublikasının dövlət sərhədindən sadələşdirilmiş qaydada buraxılışı məntəqələri Azərbaycan Respublikasının əlaqədar mərkəzi icra hakimiyyəti orqanlarının təqdimatına əsasən müvafiq icra hakimiyyətinin orqanının qərarı ilə müəyyən edilir. Sadələşdirilmiş buraxılış qaydası Azərbaycan Respublikasının dövlətlərarası müqavilələrinə müvafiq surətdə müəyyən edilir.
Şəxslərin, nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılış qaydaları müvafiq icra hakimiyyətinin orqanını tərəfindən müəyyən edilir.
Sərhədkeçmə nəzarəti həyata keçirilərkən «Giriş-çıxış və qeydiyyat» idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemindən istifadə edilir. Ölkəyə gələn və ölkədən gedən şəxslərin və nəqliyyat vasitələrinin qeydiyyatı «Giriş-çıxış və qeydiyyat» idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi vasitəsilə həyata keçirilir. Sərhədkeçmə yoxlamasının nəticələri barədə məlumatlar «Giriş-çıxış və qeydiyyat» idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminə daxil edilir. Sərhədkeçmə rejimini pozmuş, ölkədən çıxarılmış, ölkə ərazisinə əvvəllər müxtəlif səbəblərdən buraxılmamış şəxslər haqqında məlumatlar «Giriş-çıxış və qeydiyyat» idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin «Sərhədkeçməyə məhdudiyyət siyahısı»na daxil edilir.


Mənbə

  1. https://dsx.gov.az/qanunlar/azerbaycan-respublikasinin-dovlet-serhedi-haqqinda-azerbaycan-respublikasinin-19

  2. https://www.researchgate.net/figure/The-interval-a-b-and-a-d-path-p-x-y-joining-x-and-y-are-shown-in-black-dashed-lines_fig1_363888782

  3. https://www.idemia.com/insights/how-implement-new-european-entryexit-system-land-and-sea-borders

Yüklə 497,16 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin