Azərbaycan Milli Elmlər Akademiyası İqtisadiyyat İnstitutu



Yüklə 0,56 Mb.
səhifə32/93
tarix18.06.2023
ölçüsü0,56 Mb.
#132198
növüDərs
1   ...   28   29   30   31   32   33   34   35   ...   93
2009SosialsferanniqtisadiyyatDRSVsaiti

Sosial yardım -aztəminatlı vətəndaşların sosial vəziyyətini yaxşılaşdırmaq üçün dövlət tərəfindən göstərilən təminat növüdür. Ölkəmizdə sosial yardımın bir çox formaları vardır. Bunlara pul formasında verilən müavinətlər, sosial xidmətlər, güzəştlər və s. daxildir.
Aztəminatlı ailələrin sosial müdafiəsinin yaxşılaşdırılmasında sosial müavinətlər mühüm rol oynayır. Sosial müavinətlər - gəlirlərin və rifah halının aşağı düşməsinə səbəb olan müəyyən şəraitin əmələ gəlməsi ilə əlaqədar olaraq ev təsərrüfatlarına ödənən müavinətlərdir.
Bu şəraitlər aşağıdakılardır: müalicəyə ehtiyacı olmaq, himayədə olanları saxlamağın labüdlüyü, pensiyaya çıxmaq, işsizlik, xəstəlik, zədələnmələr, uşağın doğulması və s. ilə əlaqədar olaraq işləməyin mümkün olmaması, ailə başçısının ölümü, təhsil xərclərinin ödənilməsinin labüdlüyü, mənzilə ehtiyacı olmaq. Qısaca desək, sosial müavinətlər ayrı-ayrı kateqoriya şəxslərə yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. Müavinətlər həm dövlət, həm də müəssisə və təşkilatların vəsaiti hesabına da ödənilə bilər.
Sosial müavinətlər pul və ya natura, yəni pul müavinətləri, pulsuz və ya ucuz qiymətə əmtəə verilməsi və xidmət göstərilməsi şəklində ola bilər.
Sosial müavinətlərə əhalinin dövlət büdcəsindən, dövlət və qeyri-dövlət sosial sığorta fondlarından, sığorta idarələrindən, həmkarlar ittifaqlarından, digər ictimai təşkilatlardan və xeyriyyə fondlarından aldığı aşağıdakı: qocalığa, uzun müddət işləməyə, ailə başçısının itirilməsinə görə pensiyalar; fərdi pensiyaçılara verilən, əlilliyə görə, həlak olmuş hərbçilərin ailələrinə verilən pensiya və müavinətlər; iş qabiliyyətinin müvəqqəti itirilməsinə görə, əmək zədələri və peşə xəstəlikləri zamanı verilən müavinətlər; hamiləliyə və doğuşa görə, uşağa qulluğa görə, aztəminatlı ailələrdə uşaqlara, uşaqlıqdan əlil olanlara, çoxuşaqlı və tənha analara və s. müavinətlər; sanatoriya və istirahət evlərinə yollayışların ödənilməsi, müalicəyə və istirahətə getmək pulunun ödənilməsi; təqaüdlər və s. aid edilir.
Sosial müavinətlər yoxsulluğun azaldılmasında mühüm rol oynayır. Yoxsulluq dedikdə insanların ac, evsiz-eşiksiz olması, xəstəlikdən əziyyət çəkməsi, ərzaq məhsullarından, geyim-məişət əşyalarından, eyni zamanda müalicə, peşə və ixtisasa yiyələnmək imkanından, məhrum olması və s. başa düşülür. Lakin yoxsulluq yalnız yuxarıda sadalananlarla məh-dudlaşmır, əksər hallarda yoxsullar öz maraqlarını müdafiə və idarə etmək imkanlarından da məhrum olurlar. Dünyanın elə bir ölkəsi yoxdur ki, orada bu və ya digər formada yoxsulluq təzahür etməsin. Bu yoxsulluğu ümumbəşəri problemlərdən birinə çevirmişdir.
Beynəlxalq təşkilatların verdiyi son məlumatlara görə dünya əhalisinin 2/3-si yoxsulluqdan əziyyət çəkir. Dünya əhalisinin yarısının, (təxminən 2.8 milyard adamın) gəliri gün ərzində 2 dollardan aşağıdır.
XX əsrin II yarısından başlayaraq varlılar və kasıblar ara-sında fərqin artması müşahidə edilir. Bu proseslər xüsusilə 1960 - 1997-ci illərdə daha intensiv xarakter almışdır. Bu dövr ərzində əhalinin 20% varlı təbəqəsinin gəlirləri 30 dəfə artmışdır. 1994-1998-ci illərdə dünyanın 200 ən varlı adamı öz kapitallarını 10 dəfələrlə artırmışdır. Hazırda 385 ən varlı adamın gəlirləri 2,5 milyard ən yoxsul adamın gəlirinə bərabərdir. Dünya əhalisinin 20% varlı hissəsi hazırda bütün dünya əmtəə və xidmətlər istehsalının 86%-ni, bütün enerjinin 58%-ni, bütün qiymətli kağızların 84%-ni istifadə edirlər.
Azərbaycan Respublikası da dünyanın bir hissəsi olduğundan baş verən hadisələr ondan da yan keçməmişdir. XX əsrin 80-ci illərinin sonu, 90-cı illərinin əvvəllərində baş vermiş siyasi hadi-sələr, iqtisadiyyatın tənəzzülü ölkə vətəndaşlarının sosial vəziyyətinə mənfi təsirini göstərdi. Mövcud siyasi-iqtisadi sistemin özünü doğrultmaması və iflası yeni sistemə keçidi zərurətə çevirdi. Bazar iqtisadiyyatına keçidin ilk mərhələsində istər əhalinin gəlirlərinin, istərsə də xərclərinin strukturu və dinamikasında baş verən dəyişikliklər, inflyasiyanın qarşısıalınmaz həddə çatması, böyük işçi tutumlu istehsal müəssisələrinin obyektiv və subyektiv səbəblərdən dayanması əhalinin rifah halının pisləşməsinə gətirib çıxardı. Həmçinin iqtisadi proseslər nəticəsində gəlirlərin bölüşdürülməsindəki kəskin fərqlənmə vətəndaşların həyat səviyyəsinin aşağı düşməsinə və onların yoxsullaşmasına gətirib çıxardı.
Beləliklə, bir tərəfdən baş verən iqitsadi proseslər, digər tərfdən isə qaçqın və məcburi köçkün problemi nəticəsində dövlətin sosial yükünün artması sürətlə aşağı düşən həyat səviy-yəsinin yüksəldilməsinə lazımi diqqətin ayrılmasına imkan ver-mirdi. Bütün bunları nəzərə alaraq ölkə əhalisinin sosial müdafiəsini təmin etmək, onların yoxsullaşma ehtimalının aradan qaldırılması üçün geniş tədbirlərin həyata keçirilməsinə ehtiyac yaranmışdı. Digər bir tərəfdən isə qüvvədə olan hüquqi-normativ sənədlər bu problemin aradan qaldırılması istiqamətində hüquqi gücə malik deyildilər. Bu baxımdan dünyada mövcud olan və bir sıra ölkələrdə tətbiq olunan beynəlxalq təcrübəyə əsaslanan yeni tədbirlərin və onların işləmə mexanizminin yaradılması tələb olunurdu.
Azərbaycan Respublikasında bu istiqamədə ilk məqsədli tədbir 1995-ci ildə Dünya Bankının «Həyat Şəraiti Sorğusu» layihəsi çərçivəsində yoxsulluğun ölçülməsi və qiymətlən-dirilməsi istiqamətində həyata keçirilmişdir. Lakin yoxsulluq probleminə daha sistemli yanaşma 2003-cü ildən başlanmışdır. Keçən dövr ərzində «Yoxsulluğun Azaldılması və İqtisadi İnkişaf üzrə Dövlət Proqramı», «Yaşayış minimumu haqqında», «Ün-vanlı sosial yardım haqqında», «Sosial müavinətlər haqqında», «Azərbaycan Respublikasının sosial iqtisadi inkişafının sürətlən-dirilməsi tədbirləri haqqında», «Regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsi haqqında», «Məşğulluq haqqında» Qanunlar qəbul edilmiş, Fərman və Sərəncamlar imzalanmışdır.
Həmçinin Azərbaycan Respublikası Prezidenti tərəfindən «2008-2015-ci illərdə Azərbaycan Respublikasında Yoxsulluğun Azaldılması və Davamlı İnkşaf Dövlət Proqramı» problemin həllinə və daha effektiv nəticələrin əldə edilməsinə xidmət edəcəkdir. 2003-2009-cu illər ərzində Azərbaycnada yoxsulluqla mübarizə istiqamətində aparılan sistemi tədbirlər nəticəsində yoxsulluğun səviyyəsi 2003-cü ildəki 44,7 faizdən 2008-ci ildə 13,2 faizə kimi azaldılmışdır.

Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin