Azərbaycan Milli Elmlər Akademiyası İqtisadiyyat İnstitutu


§3. Əhali gəlirlərinin tənzimlənməsi



Yüklə 0,56 Mb.
səhifə29/93
tarix18.06.2023
ölçüsü0,56 Mb.
#132198
növüDərs
1   ...   25   26   27   28   29   30   31   32   ...   93
2009SosialsferanniqtisadiyyatDRSVsaiti

§3. Əhali gəlirlərinin tənzimlənməsi

Həyat səviyyəsini və yaşayış keyfiyyətini xarakterizə edən ən mühüm göstəricilərdən biri əhalinin gəlirləri və xərcləridir. Qeyd etmək lazımdır ki, gəlirlərin artırılması və həyat səviy-yəsinin yaxşılaşdırılması ölkədə həyata keçirilən sosial-iqtisadi siyasətdən, mövcud resurslardan səmərəli istifadə edilməsindən birbaşa asılıdır. Məhz bu səbəbdən əhali gəlirlərinin formalaşması mənbələri, onların sosial qruplar, ev təsərrüfatları və digər əhali qrupları arasında ədalətli bölünməsi cəmiyyətdə sosial sabitliyin təmin edilməsinin əsas və başlıca şərti hesab edilir.
Əhalinin gəlirlərinin formalaşmasına bir sıra amillər təsir göstərir. Bu amillər aşağıdakılardır:
1. Həyata keçirilən sosial siyasət və iqtisadiyyatın sosial yönümlülüyü ilə xarakterizə olunan sosial-siyasi amil;
2. ölkənin sosial-iqtisadi vəziyyəti ilə xarakterizə olunan sosial-iqtisadi amil;
3. Əhali artımı, çoxuşaqlı ailələr onların sosial vəziyyəti ilə xarakterizə olunan sosial-demoqrafik amil;
4. iqtisadi fəal əhalinin peşə-ixtisas səviyyəsi, hazırlanması və işlə təminatı (əmək bazarının tənzimlənməsi) ilə xarakterizə olunan sosial-peşə amili;
5. əhalinin qocalması, əlillik dərəcəsi, əmək və müharibə veteranı olması, məşğul və ya işsiz, varlı və ya yoxsul, muzdlu işçi və ya sahibkar, dövlət qulluqçusu və s. olması ilə xarakterizə olunan sosial-status amili;
6. əhalinin əraziüzrə yerləşməsi, sosial-coğrafi amili;
Əhali gəlirləri bu amillərin təsiri altında aşağıdakı mənbələr hesabına formalaşır:

  • əmək haqqı;

  • sahibkarlıq fəaliyyəti;

  • mülkiyyətdən əldə olunan gəlir;

  • şəxsi, yardımçı təsərrüfatdan əldə olunan gəlir;

  • sənət məşğuliyyəti;

  • sosial transfertlər və s.

Əhali gəlirlərinin təhlilində pul gəlirləri, onun dinamikası və quruluşu mühüm yer tutur. Əhalinin pul gəlirlərinə:

  • əmək gəlirləri;

  • pensiya, müavinət, təqaüd və digər transfertlər;

  • mülkiyyətdən əldə olunan gəlirlər;

  • qiymətli kağızların faizləri, dividentlər;

  • sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin gəlirləri;

  • xarici valyuta satışından əldə olunan gəlirlər;

  • kənd təsərrüfatı məhsullarının satışından gəlirlər;

  • ailə üzvlərinin digər gəlirləri və s. daxil edilir.

Həmçinin, natura şəklində daxil olmuş ərzaq məhsullarının, yardım və güzəştlərin pulla ifadəsi də pul gəlirlərinə aid edilir.
Son illərdə əhalinin gəlirlərində sürətli artım tendensiyası müşahidə edilir. Dövlət Statistika komitəsinin məlumatların görə 2000-ci illə müqayisədə 2008-ci ildə əhali gəlirlərinin həcmi 5 dəfə artmışdır. 2007-ci illə müqayisədə 2009-cu ildə artım 37,7% olmuşdur.
Aşağıdakı diaqramda əhali gəlirlərinin artım tempi verilmişdir (Bax. Diaqram 3.1).
Qeyd edək ki, beynəlxalq təcrübədə əhali gəlirlərini təhlil edərkən onun real ölçüsünün müəyyən edilməsi əhəmiyyətli yer tutur. Çünki əhali gəlirlərinin mütləq rəqəmlərlə artımı baş verdiyi halda, inflyasiyanın yüksək olması səbəbindən onun alıcılıq qabiliyyəti aşağı düşə bilər.
Əhalinin real gəlirləri istehlak qiymətlərinin dəyişməsi nəzərə alınmaqla, dövlət və qeyri-dövlət mənbələrindən əhaliyə verilən ödənişsiz və ya güzəştli gəlirlərin dəyərinin əhalinin şəxsi sərəncamında olan gəlirlərə əlavə edilməsi yolu ilə müəyyənləşdirilir.
Mənbə: Diaqram DSK-nın materialları əsasında tərtib edilmişdir

Qeyd etmək lazımdır ki, 2003-cü ildə əhalinin adambaşına düşən gəlirləri inflyasiyanın səviyyəsini 11,3 faiz, 2008-ci ildə isə 15,4 faiz üstələmişdir. 2008-ci ildə əhalinin adambaşına düşən gəlirləri ötən illə müqayisədə 36,2 faiz artaraq, 2343 manat təşkil etmişdir.



Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin