Azərbaycan Milli Elmlər Akademiyası İqtisadiyyat İnstitutu



Yüklə 0,56 Mb.
səhifə37/93
tarix18.06.2023
ölçüsü0,56 Mb.
#132198
növüDərs
1   ...   33   34   35   36   37   38   39   40   ...   93
2009SosialsferanniqtisadiyyatDRSVsaiti

FƏSİL 4
SOSİAL SIĞORTA

§1. Sosial sığorta anlayışı və onun növləri

İqtisadiyyatının inkişafında və əhalinin sosial müdafiəsinin təmin edilməsində sığorta mühüm rol oynayır. Sığorta sisteminin yaranması təqribən 700 illik tarixə malikdir. Hələ XIII əsrin əvvəllərində Almaniyanın Brükke şəhərində əmlakı sığorta edən “Sığorta” palatası yaradılmışdı. XVII əsrdə İngiltərədə, XVIII əsrin ortalarından başlayaraq, isə Avropanın digər ölkələrində də sığorta şirkətləri yaranmağa başladı.
Azərbaycanda isə sığortanın yaranma tarixi XIX əsrin axırlarına, neft sənayesinin yaranması və inkişafı dövrünə təsadüf edir. Bu dövrdə Azərbaycanda ilk neft və gəmiçilik şirkətləri meydana gəlirdi. Dəniz gəmilərində daşınan yükləri sığorta etmək üçün ixtisaslaşmış şirkətlər yaranırdı.
Sığorta yarandığı zamandan hazırkı dövrə kimi geniş inkişaf yolu keçmişdir. Sığortanın məqsədi sığorta hadisələri baş verdiyi zaman risklərin nəticələrinin sığorta olunanlarla sığorta edənlər arasında bölüşdürülməsindən, onların iştirakı ilə aradan qaldırılmasından ibarətdir.
Təsadüfi deyil ki, bir çox inkişaf etmiş ölkələrdə sığorta təşkilatlarının maliyyə vəsaitlərinin ümumi daxili məhsuldakı xüsusi çəkisi çox yüksəkdir. Məsələn, sığorta şirkətlərinin maliyyə vəsaitlərinin ÜDM-ə nisbəti 2003-cü ildə Yaponiyada 69,2%, Fransada 71,6%, 2004-cü ildə ABŞ-da 40,7%, Almaniyada isə 39,1% təşkil etmişdir. Bu isə inkişaf etmiş ölkələrin iqtisadiyyatında sığortanın mühüm əhəmiyyət kəsb etməsini göstərməklə yanaşı, eyni zamanda sığorta təşkilatlarına olan inamın göstəricisidir.
Sığorta ilə bağlı olan anlayışlar aşağıdakılardır:
Sığorta hadisəsi - qanuna və ya sığorta müqaviləsinə görə sığorta ödəməsini sığortalıya və ya üçüncü şəxslərə ödənilməsi üçün əsas olan haldır.
Sığorta riski - baş verməsi ehtimal olunan hadisələrdir.
Sığorta məbləği - sığorta hadisəsi baş verdiyi zaman sığorta olunanın əmlakına və ya əmlak mənafelərinə dəyən zərərin ödənilməsi üçün ödənilən vəsaitdir.
Sığorta haqqı - qanuna və ya sığorta müqaviləsinə əsasən sığorta olunanın sığortaçıya ödəməli olduğu pul məbləğidir.
Sığorta müqaviləsi - sığortaçı ilə sığorta olunanın arasındakı sazişdir. Bu müqavilə hər iki tərəfin (sığortaçı və sığorta olunanın) hüquq və vəzifələrini müəyyənləşdirir.
Təkrar sığorta - təkrar sığorta təminatlı olmayan və sığorta müqavilələri üzrə sığorta ödəmələri verən birbaşa sığortanın maliyyə itkilərindən müdafiə edir. Təkrar sığorta - sığorta risklərinin ikinci dəfə yenidən bölüşdürülməsini təmin edir və birbaşa sığortanın imkanlarını genişləndirir. Bununla da sığorta məbləğlərinin miqdarının və ya hadisənin baş vermə ehtimalının yüksək olması ilə sığorta risklərinin qəbul edilməsini asanlaşdırır. Təkrar sığortanın yaranması XIV əsrin axırına təsadüf edir. İlk peşəkar təkrar sığortaçı Köln Təkrar Sığorta Cəmiyyəti olmuşdur.
ABŞ və Böyük Britaniyada Təkrar Sığorta Cəmiyyətləri dövlət sığorta orqanları tərəfindən qeydiyyata alınır, lisenziya-laşdırılır və sığorta nəzarətinə cəlb olunurlar. Almaniya, Fransa kimi ölkələrdə təkrar sığortaçıların fəaliyyətinə sığorta nəzarəti orqanı nəzarət etmir.
Sığortanın növləri: Sığortanın bir sıra növləri mövcuddur. Sosial, tibbi, əmlak, yanğından mühafizə, mülki məsuliyyət və s. Hazırda respublikamızda icbari qaydada həyata keçirilən sığorta növləri aşağıdakılardır:
-Azərbaycan Respublikasında nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası;
-Əhaliyə tibbi yardımın göstərilməsi, virusologiya müəssisələri üzrə elmi tədqiqatların aparılması və virus preparatlarının istehsalı ilə məşğul olan işçilərin öz xidməti vəzifələrinin yerinə yetirilməsi zamanı insanın immun-çatışmazlığı virusunun törətdiyi xəstəliyə (AİDS) tutulma, habelə bununla əlaqədar baş vermiş ölüm hadisələrinin dövlət icbari sığortası;
-hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası;
-məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası;
-icbari ekoloji sığorta;
-dövlət qulluqçularının icbari sığortası;
-sərnişinlərin icbari sığortası;
-Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərində qulluq edən şəxslərin icbari sığortası;
-yanğından icbari sığorta;
Ən geniş yayılmış sığorta növlərindən biri sosial sığortadır. Sosial sığortanın mahiyyəti sosial sığorta hadisələri baş verdiyi zaman sosial risklərin nəticələrinin sığorta olunanlarla sahibkarlar (işəgötürənlər) arasında bölüşdürülməsindən, onların iştirakı ilə aradan qaldırılmasından ibarətdir. Başqa sözlə, sosial sığorta baş verə biləcək sosial risklərin nəticələrinin minimuma endirilməsi üçün həyata keçirilən təminat formasıdır.

Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin