Azərbaycan Milli Elmlər Akademiyası İqtisadiyyat İnstitutu


§3. Səhiyyənin maliyyələşməsi



Yüklə 0,56 Mb.
səhifə51/93
tarix18.06.2023
ölçüsü0,56 Mb.
#132198
növüDərs
1   ...   47   48   49   50   51   52   53   54   ...   93
2009SosialsferanniqtisadiyyatDRSVsaiti

§3. Səhiyyənin maliyyələşməsi

Səhiyyə sferasının maliyyələşməsi dövlətin sosial xərclərində yüksək xüsusi çəkiyə malik olmasa da, öz əhəmiyyətinə görə digər sahələrdən fərqlənir. Bu təkcə dövlət səviyyəsində deyil, müəssisə səviyyəsində də xüsusi aktuallıq kəsb edir. Belə ki, ixtisaslı mütəxəssisin səhhətində yaranan problemlər (xəstələn-məsi, əlil olması və s.) müəssisə üçün ağır itki hesab olunur. Ona görə də səhiyyənin maliyyələşməsində dövlətlə yanaşı, özəl sektor da iştirak edir.


Hazırda səhiyyənin maliyyələşməsi mənbələri 4 əsas qrupa bölünür:
1) büdcədən ayırmalar;
2) məcburi tibbi sığorta;
3) könüllü tibbi sığorta;
4) əhalinin ödənişləri;
Dövlət səhiyyə sistemi əsasən dövlət büdcəsi, eləcə də məcburi tibbi sığorta vəsaitləri, müəssisə, idarə və təşkilatların gəlirlərindən könüllü ayırmalar, hüquqi və fiziki şəxslərin ianələri və istifadəsi, qanunvericiliyə zidd olmayan digər mənbələr hesabına maliyyələşdirilir. Səhiyyənin maliyyələşməsində dövlət büdcəsinin payına görə ölkələr bir-birindən fərqlənir. Bu fərqi səhiyyə xərclərinin adambaşına düşən məbləği, ÜDM-də payı, səhiyyəyə çəkilən ümumi xərclərdə büdcə vəsaitlərinin xüsusi çəkisi, əhalinin hər on min nəfərinə düşən tibbi heyətin, həmçinin xəstəxana çarpayılarının sayı və s. kimi mühüm göstəricilərə diqqət yetirdikdə daha aydın görmək olur.
Ümumdünya Səhiyyə Təşkilatının hesablamalarına əsasən səhiyyə sisteminin maliyyələşməsində aşağıdakı bölgüyə nail olunması məqsəduyğundur.
-dövlət büdcəsi - 60%;
-tibbi sığorta -30%;
-pullu xidmətlər -10%;
Məlumat üçün bildirək ki, Fransada səhiyyə xərclərinin 76,9 faizi dövlət tərəfindən təmin edilir. Səhiyyə xərclərinin ÜDM-ə nisbətinə görə yalnız ABŞ və İsveçrədən geri qalan Fransada həmin xərclərin adambaşına düşən məbləği 2125 (ABŞ-da 3724 dollar) təşkil edir.
Bir çox ölkələrdə, məsələn, Böyük Britaniya, Yunanıstan, İspaniya, Polşa və Portuqaliyada səhiyyə sistemi əsasən dövlət büdcəsi hesabına maliyyələşir. Bolqarıstan, Danimarka, Norveç, Finlandiya, İsveç və İtaliyada səhiyyə sisteminin əsas maliyyə mənbəyini regional və ya yerli vergilər təşkil edir. Respublikamızda isə səhiyyəyə dövlət büdcəsindən ayrılan vəsaitlər aşağıdakı cədvəldə əks olunmuşdur. (Cədvəl 6.3)

Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin