PSİXİ sağlamliq sahəSİNDƏ MİLLİ strategiya layihənin rəhbərləri



Yüklə 337.38 Kb.
Pdf просмотр
səhifə1/5
tarix25.12.2016
ölçüsü337.38 Kb.
  1   2   3   4   5

PSİXİ SAĞLAMLIQ SAHƏSİNDƏ MİLLİ STRATEGİYA

 

Layihənin rəhbərləri

Ceyhun Məmmədov 

– 

SN İctimai Səhiyyə və İslahatlar Mərkəzinin direktoru



 

Gəray Gəraybəyli 

– ATU-

nun psixiatriya kafedrasının müdiri, SN baş psixiatrı



 

 

Psixi sağlamlıq sahəsində ümumi strategiya üzrə işçi qrup:



 

Fuad İsmayılov 

– 

işçi qrupun sədri, ATU



-

nun psixiatriya kafedrası, Psixiatriyada Qlobal Təşəbbüs təşkilatı 

Regional Ofisinin rəyasət heyətinin üzvü, AzPA 

 

Ağahəsən Rəsulov 



– 

SN 1 saylı Psixiatriya Xəstəxanasının baş həkimi, 

AzPA 

Əsmər Hacıyeva 



– 

Psixi Sağlamlıq və İİV/QİÇS üzrə Ekspert Mərkəzinin direktoru, DİN Hospitalının 

psixiatrı, AzPA   

 

Murad Sultanov – 



psixiatr, Respublika Diaqnostika Mərkəzi, AzPA

 

Aydın Səmədov



 – ATU-

nun psixiatriya kafedrası, AzPA

 

Şirin Kazımov



 – direktor müavini, Abt Associates  

Elturan İsmayılov

 – 

klinik psixologiya üzrə ekspert, AzPA 



 

 

Uşaq və yeniyetmələrin psixi sağlamlığı üzrə işçi qrup: 



 

Nabil Seyidov – 

işçi qrupun sədri

“Uşaq hüquqları” üzrə QHT Alyansının rəhbəri 



 

Gülnarə Musabəyova

 – 

Uşaq 


PND-

nin baş həkimi, AzPA

 

Kamran Salayev – ATU-



nun II nevrologiya kafedrası, AzPA

 

Əlipaşa Zeynalov



 – ATU-

nun psixiatriya kafedrası, AzPA

 

Aynur Əhmədova 



– 

"Kəpənək" Uşaq İnkişaf Mərkəzinin psixoloqu

 

Nurlana Qaraxanova  – 



uşaq  hüquqlarının  qorunması  üzrə  baş  məsləhətçi,  Ailə,  qadın  və  uşaq 

problemləri üzrə Dövlət Komitəsi

 

 

 



 



Məsləhətçilər

 

Səbuhi Abdullayev 

– 

SN İctimai Səhiyyə və İslahatlar Mərkəzinin baş hüquq məsləhətçisi



 

Lütfi Qafarov – 

SN İctimai Səhiyyə və İslahatlar Mərkəzi ilkin səhiyyənin təşkili şöbəsinin müdiri

 

Zarina Məmmədova 



– 

Təhsildə İnnovasiyalar Mərkəzi, QHT

  

Sevil Əsədova



 – Qeyri-

infeksion xəstəliklər və ətraf mühit şöbəsi, ÜST

-

nin Azərbaycanda Ölkə Ofisi



 

Nailə Əliyeva 

– 

ictimai səhiyyə üzrə ekspert



 

Tofiq Nəcəfov 

– 

Azərbaycan Psixoterapevtlər Cəmiyyətinin prezidenti



 

İqor Marsinkovski 

– 

Ukrayna Sosial və Məhkəmə Psixiatriyası ETİ



 

  

Ekspertlər



 

                                     – ATU-

nun psixiatriya kafedrasının professoru, AzPA

 

Nadir İsmayılov



 – ATU-nun psixiatriya 

kafedrasının professoru, Azərbaycan Psixiatriya Assosiasiyasının 

prezidenti 

Nadir Əliyev

 – t.e.d., PND-

nin baş həkimi,

 AzPA 

Teymur Qafarov – 



professor, ADHTİ

-

nin psixiatriya kafedrasının müdiri, AzPA



 

Bilal Əsədov

 – ATU-

nun psixiatriya kafedrasının professoru, Məhkəmə Psixiatriyası Mərkəzinin direktoru, 



AzPA 

Bəxtiyar Əliyev 

– akademik, BDU-

nun psixologiya kafedrasının müdiri, Azərbaycan Psixoloqlar 

Assosiasiyasının prezidenti, Milli Məclisin deputatı

 

Mixael Şneydman 



– 

ÜST, İsrail

 

Metyus Mucen – ÜST, Danimarka 



 

 

 



 

 

Əhməd Abbasquliyev



 

 



İXTİSARLARIN SİYAHISI

 

AzPA – 


Azərbaycan Psixiatriya Assosiasiyası

 

ATM – 



ali təhsil müəssisəsi

 

ATU – 



Azərbaycan Tibb Universiteti

 

BMT – 



Birləşmiş Millətlər Təşkilatı

 

DİN



 – 

Daxili İşlər Nazirliyi

 

XBT-10 – 



Xəstəliklərin Beynəlxalq Təsnifatı, 

10-


cu yenidən baxma

 

İİV



 – insan immunodefisiti virusu 

İPT


 – interpersonal psixoterapiya 

KBT – koqnitiv-bihevioral psixoterapiya  

KİV

 – 


kütləvi informasiya vasitələri

 

QHT – qeyri-



hökumət təşkilatı

 

QİÇS



 – 

qazanılmış immun

 

çatışmazlığı



 sindromu 

MDB – 


Müstəqil

 

Dövlətlər Birliyi



 

PND – Psixonevroloji Dispanser 

PS – 

psixi sağlamlıq



 

PSS – 


psixi sağlamlıq sahəsi

 

SN – 



Səhiyyə Nazirliyi

 

ÜST – 



Ümumdünya Səhiyyə Təşkilatı

 

 



 

 

 

 

 

 



MÜNDƏRİCAT

 

Psixi sağlamlıq sahəsində (PSS) Milli Strategiya

 

 

Azərbaycanda psixi sağlamlıq sahəsində islahatların zəruriliyi



 

 

PSS-



də Milli Strategiyanın ümumi prinsipləri

 

 



PSS-

də Milli Strategiyanın ümumi

 

məqsədləri



 

 

Prioritet sahələr



 

 

Prioritet sahələrə uyğun gələn vəzifələr



 

 

Strateji Fəaliyyət Planı



 

 

PS və insan hüquqlarının qorunması sahələrində sektorlararası qarşılıqlı fəaliyyətin 



tənzimlənməsi və inkişafının yaxşılaşdırılması

 

 



Psixi sağlamlıq sahəsində resurs bazasının inkişafı

 

 



Əhali arasında psixi pozuntuların profilaktikasına yönəlmiş tədbirlər sisteminin 

gücləndirilməsi

 

 

PSS 



xidmətlərinin ilkin səhiyyə sisteminə inteqrasiyası

 

 



PSS xidmətlərinin

 

təkmilləşdirilməsi və ağır p



sixi 

pozuntuları

 

olan şəxslərin



 sosial 

müdafiəsinin yaxşılaşdırılması üzrə tədbirlərin təmin edilməsi

 

 

2009-2013-



cü illər üçün prioritetlər

 

 



Əlavələr

 

 



Beynəlxalq sənədlərin siyahısı

 

 



Terminlərin izahlı lüğəti

 

 



 

 

 



 

 

 



 



P

P

s

s

i

i

x

x

i

i

 

 

s

s

a

a

ğ

ğ

l

l

a

a

m

m

l

l

ı

ı

q

q

 

 

s

s

a

a

h

h

ə

ə

s

s

i

i

n

n

d

d

ə

ə

 

 

M

M

i

i

l

l

l

l

i

i

 

 

S

S

t

t

r

r

a

a

t

t

e

e

g

g

i

i

y

y

a

a

 

 

 

Azərbaycanda psixi sağlamlıq sahəsində islahatların zəruriliyi 



 

Psixi pozuntular 

dünyanın istənilən ölkəsində, hər iki cinsin nümayəndələrində və hər bir yaşda, sosial 

və etnik qruplara mənsubiyyətdən asılı olmayaraq meydana çıxır, xəstələrin özünə və onların yaxınlarına 

çox böyük iztirablar gətirir. 

Eyni zamanda psixi pozuntular bütü

n cəmiyyətin üzərinə düşən ağır yükdür və 

mütəxəssislərin proqnozlarına görə bu yük get

-

gedə artmaqdadır. Belə ki, dünya statistikasına görə əgər 



2000-

ci ildə psixi 

pozuntular 

üçün qlobal xəstəliklər yükü göstəricisi 12,1%

-

ə bərabər idisə, 2020



-

ci ildə o, 

15% təşkil edəcəkdir

1

.  



Psixi və davranış pozuntuları

 

təkcə iqtisadi deyil, həm də çox böyük ictimai itkilərlə 



– 

intiharlar,  zorakılıq,  narkomaniya,  yoxsulluq,  evsizlik,  stiqma  (psixi  xəstəliyin  bir  damğa  kimi  qəbul 

edilməsi), ayrı

-seçkilik – 

bağlıdır

Avropada psixi 



pozuntuların  mənfi  nəticələrinin  azaldılması  məqsədilə 

Avropa Regionunun 52 

ölkəsinin  nümayəndələri  tərəfindən 

14 yanvar 2005-

ci  ildə  Finlandiyanın  paytaxtı  Helsinki  şəhərində 

Avropa ölkələri Səhiyyə Nazirlərinin Bəyannaməsi və Psixi Sağlamlığın Qorunması üzrə Avropa Fəaliyyət 

Planı  qəbul  edilmişdir.

 

Həmin  sənədə  görə,  "psixi  sağlamlığın  qorunması  sahəsində  tədbirlər  görməyə 



imkan  verən,  bütün  əhalinin  rifah  səviyyəsini  yüksəltməyə  qabil  olan,  psixi  sağlamlıq  problemlərinin 

qarşısının  alınması  və  profilaktikasını  təmin  edən,  həmçinin  psixi  problemləri  olan  şəxslərin  sosial 

inteqrasiyası və fəaliyyət imkanlarını genişləndirən strategiyalar və qanunvericilik aktları yaxın beş

-on il 


ərzində işlənib hazırlanmalı, tətbiq edilməli və effektivliyi qiymətləndirilməlidir"

2



Azərbaycan Respublikası 

da  qeyd  edilən  Bəyannaməyə

 

imza  atmış  və  onun  əsasında  tərtib  edilmiş  "Fəaliyyət  Planının"  yerinə 



yetirilməsi ilə bağlı öz üzərinə öhdəlik götürmüşdür.

 

Bundan  başqa,  Azərbaycan  BMT  Baş  Assambleyasının  46/119  saylı  17.12.1991  tarixli  "Psixi 



xəstəlikləri olan şəxslərin müdafiəsi prinsipləri və psixiatriya yardımının yaxşılaşdırılması" Qətnaməsinə, 

"Uşaq hüquqları haqqında" BMT Konvensiyasına (236 saylı 21.06.1992 tarixli AR Qanunu), "İşgəncələrin, 

qeyri-humanist, 

yaxud  təhqiredici  rəftarın  və  ya  cəzanın  qarşısının  alınması"  haqqında  Avropa 

Konvensiyasına

 

(təsdiq  edilmə  tarixi  15.04.2002)  qoşulmuş



dur. 

Nəhayət,  Ümumdünya  P

sixiatriya 

Assosiasiyasına 

üzv 

olarkən


 

Azərbaycanın  səlahiyyətli  nümayəndələri  tərəfindən

  "Psixiatriya 

praktikasında etik standartlar" üzrə 25.08.1996 tarixli Madrid Bəyannaməsi imzalanmışdır.

 

Azərbaycanın  bu  sənədləri  qəbul  etməsi  əhalinin  psixi  sağlamlığının  yaxşılaşdırılmasına  yönəlmiş 



fəaliyyətin planlaşdırılması üçün

 

vacib addımdır.



 

1

 



Ümumdünya Səhiyyə Təşkilatı – Dünyada səhiyyənin vəziyyəti haqqında hesabat, 2001. Psixi sağlamlıq: yeni 

anlayış, yeni ümid. WHO, Geneva, 2001 

2

 

Avropa ölkələri səhiyyə nazirlərinin konfransı. Psixi sağlamlığın qorunması üzrə Avropa Bəyannaməsi: 



Problemlər və onların həlli yolları, Helsinki 2005 

 



                                                 

2007-

ci ilin yayında SN İctimai Səhiyyə və İslahatlar Mərkəzi və ÜST

-

nin Azərbaycan ofisinin birgə 



səyləri  ilə  Azərbaycanda  psixi  sağlamlıq  sisteminin  qiymətləndirilməsi  üzrə  layihə  həyata  keçirilmişdir. 

Həmin layihəni yerinə yetirən tədqiqatçılar qrupuna PSS mütəxəssisləri, həmçinin ictimai səhiyyə və tibbi 

qanunvericilik  sahəsində  mütəxəssislər  daxil  olmuşdu.  Layihənin  həyata  keçirilməsi  gedişində  psixi 

sağlamlıq  sisteminin  əsas  problemlərini  aydınlaşdırmağa  və  həmin  sahədə  islahatların  prioritetlərini 

müəyyən

 

etməyə imkan verən böyük həcmdə 



faktiki 

material toplanmışdır.

 

Əldə edilmiş məlumatlar göstərir ki, ölkənin siyasi və iqtisadi həyatında baş verən müsbət proseslərə 



baxmayaraq, onların psixi sağlamlıq sahəsində mövcud olan vəziyyətə təsiri kifayət qədər d

eyildir.  Psixi 

sağlamlıq xidmətinin təşkili və quruluşu təşkilati yanaşma, həddən artıq mərkəzləşmə, ixtisaslaşdırılmış 

yardımın  üstünlük  təşkil  etməsi,  əhalinin  real  ehtiyaclarının  yetərincə  qiymətləndirilməməsi  və  xidmət 

çeşidinin məhdudluğu

 kimi k


öhnə 

Sovet modelin

ə məxsus

 

əsas



 

xüsusiyyətləri

 

özündə saxlamaqdadır.



 

Tətbiq  və  nəzarət  mexanizmləri  axıra  qədər  tənzimlənmədiyi  üçün  müasir  qanunvericiliyin  (2001

-ci 

ildə  qəbul  edilmiş  “Psixiatriya  yardımı  haqqında”  qanun



3

)  mövcudluğu  onun  həkimlər,  psixiatriya

 

müəssisələrinin rəhbərləri, o cümlədən inzibati və məhkəmə orqanları tərəfindən



 

yerinə yetirilməsinə heç 

də həmişə zəmanət vermir, bu isə öz növbəsində pozuntular üçün şərait yarada bilir.

 

Psixi  sağlamlıq  sistemi  səhiyyə  sektorunun  psixiatriya  müəssisələri  çərçivəsində  qalmaqda  davam 



edir, onun digər sektorlarla qarşılıqlı əlaqələrinin

 

inkişaf etdirilməsinə ehtiyac vardır. Azərbaycanda psixi 



xəstəliyə görə əlil şəxslərə mənzil, təhsil, iş və digər sosial güzəştlərin verilməsini nizamlayan qanunlar 

artıq qəbul edilmişdir və bu qanunların icra edilməsi psixi pozuntuları

  olan 

insanların



 

sosial müdafiəsini 

əhəmiyyətli dərəcədə yaxşılaşdırmağa imkan verəcəkdir.

 

Psixi  sağlamlıq  sisteminin  maliyyələşdirilməsi  onun  oynadığı  əhəmiyyətli  rola  uyğun  gəlmir 



–  bu 

sahədə  göstərilən  xidmətlərə  ayrılan

 

xərclər  ümumi  səhiyyə  xərclərinin  3%



-i

ni  təşkil  edir

4

,  Avropa 



regionunun  əksər  ölkələrində  isə  səhiyyə  büdcəsinin  6

-8%-


i  psixi  sağlamlıq  sahəsinə  ayrılır.  Bununla 

bərabər, Azərbaycanda maliyyə vəsaitlərinin ambulator və stasionar yardım arasında bölüşdürülməsində 

də müəyyən disbalans mövcuddur, belə ki, vəsaitlərin 85%

-

i psixiatriya xəstəxanalarının saxlanması və 



fəaliyyətinə sərf olunur.

 

Azərbaycanda ixtisaslaşdırılmış yardım sistemində göstərilən xidmətlər daha çox üstünlük təşkil edir



5

.   


İlkin tibbi yardım səviyyəsində PSS xidmətlərinin göstərilməsi ilkin səhiyyə işçiləri

 üçün 


psixiatriya yardımı 

sahəsində  hazırlıq  proqramının  tətbiq  olunmasını  tələ

b edir. 

Eyni  zamanda  ümumi  tibb  və 

ixtisaslaşdırılmış psixiatriya müəssisələri arasında qarşılıqlı əlaqəni

 

yaxşılaşdırmaq lazımdır.



 

Psixi  sağlamlıq  sahəsində  əsas  xidmətləri  rayon  poliklinikalarının  psixiatriya  kabinetləri,  şəhər  və 

bölgələrarası dispanserlər

 

(100 min nəfər əhali üçün 1092 xəstəyə xidmət edən 11 müəssisə), həmçinin 



3

 

"Psixi



atriya yardımı haqqında" Azərbaycan Respublikasının Qanunu, Bakı 2001 

4

 



Azərbaycan  Respublikası  Səhiyyə  Nazirliyi,  Ümumdünya  Səhiyyə  Təşkilatı.  Azərbaycan  Respublikasında  psixi 

sağlamlıq sistemi, Bakı 2007. 

5

 World Health Organization. Atlas, Mental Health Resources in the World. Geneva: WHO, 2005. 



 

                                                 



psixiatriya  xəstəxanaları  (100  min  nəfər  əhali  üçün  48,9  çarpayı  sayı  olan  9  müəssisə)  göstərirlər

6



Əhalinin  sayına  görə  hesabladıqda  paytaxtda  və  onun  ətrafındakı  bölgələrdə  çarpayı  fondunun  sıxlığı 

yerdə qalan

 

bölgələr üçün 



olan analoji 

göstəricidən 2,5 dəfə çoxdur

Bütövlükdə psixiatriya çarpayıları sayının hamı tərəfindən



 

qəbul edilmiş standartlara uyğun gəlməsinə 

baxmayaraq, 

ölkəmizdə  ümumi  profilli  xəstəxanalardakı  psixiatriya  çarpayılarının  sayı

 

ixtisaslaşdırılmış 



psixiatriya xəstəxanalarının çarpayı fondundan əhəmiyyətli dərəcədə azdır. Ümumi profilli xəstəxanalarda 

ps

ixiatriya  şöbələrinin  açılması  və  eyni  zamanda  psixiatriya  xəstəxanalarının  çarpayı  fondunun  ixtisar 



edilməsi Avropa regionu ölkələrində mövcud olan müasir

 

təmayüllərə daha çox uyğun gələcəkdir



5

Ölkədəki  psixiatriya  xəstəxanaları  və  şöbələri  qısamüddətli  və  uzunmüddətli  hospitalizasiya 



müəssisələrinə bölünməmişdir. Ona görə də yardım göstərilməsi

 

zamanı



 

vəziyyətinin ağırlıq dərəcəsi və 

xəstəliyin

in 


davam etmə müddəti müxtəlif olan pasiyentlərin fərqli tələbləri nəzərə alınmır

Bir çox psixiatriya 



müəssisələrində  sanitar  vəziyyət  və  maddi

-

texniki  təchizat,  həmçinin  nəzarət  və 



xidmətlərin

 

keyfiyyətinin  təmin  edilməsi  proseduralarının  adekvat  səviyyədə  olmaması  ilə  bağlı 



çatışmazlıqlar vardır. Psixiatriya müəssisələri tərəfindən göstərilən xidmətlər əsasən dərman müalicəsi ilə 

məhdudlaşır.

 

Alternativ  yardım  formaları 



– 

psixososial  reabilitasiya,  psixoterapiya,  hadisənin  idarə 

ediməsi, ailəyə dəstək verilməsi, peşə təhsili və s. 

– 

hələ ki ölkədə geniş şəkildə yayılmamışdır.



 

Uşaq və yeniyetmələrdə meydana çıxan psixi 

pozuntular 

zaman keçdikcə yaşlı əhali arasında əlilliyin 

yaranmasına gətirib çıxara bilər. Ölkədə tütün məmulatları və alkoqollu içkilərdən istifadə edən uşaq və 

yeniyetmələrin  sayının  artması  qeyd  olunur.  Azərbaycanın  tutduğu 

 

coğrafi  mövqe  ilə  əlaqədar  ölkə 



ərazisi narkotik maddələrin Asiyadan Avropa və MDB ölkələrinə daşınması üçün 

aktiv tranzit 

dəhliz

 kimi 


istifadə  olunmağa

 

başla



n

mışdır.  Bunun  nəticəsi  olaraq,  narkotik  və  psixoaktiv  maddələr  qəbul  edən 

uşaqların və gənclərin sayı artmaqdadır

7

.   



 

Son zamanlar dünyada uşaqlara qarşı zorakılıq məsələlərinə ayrılan diqqət get

-

gedə artmaqdadır



8

.  


Qeyd 

etmək  lazımdır  ki,  son  illər  ərzində  ölkədə  uşaq  və  yeniyetmələr  arasında  intihar  hallarının  sayı 

çoxalmışdır.  Uşaq  və  yeniyetmələrə  yardım  göstərilməsi  üçün  ölkədə  1  uşaq  PND

-

si,  1  uşaq  gündüz 



stasionarı,  1  uşaq  və  1  yeniyetmə  stasionar  şöbələri  mövcuddur,  lakin  bu  müəssisələrin  hamısı  Bakı 

şəhərində  mərkəzləşmişdir.  Eyni  zamanda

uşağın  doğulduğu 



an

dan  tamdəyərli  inkişafı  və  düzgün 

tərbiyə

sinin 


təmin olunması ilə bağlı valideynlərə məsləhətlər verən xüsusi mərkəzlərin və proqramların 

yaradılmasına  ehtiyac  vardır.

 

Bundan  başqa,  psixi 



pozuntulardan 

əziyyət  çəkən  uşaqları  olan  ailələrə 

sosial,  tibbi  və  psixoloji  yardımın  təşkilinin  təkmilləşdirilməsi  lazımdır.  Uşaq  və  yeniyetmələr  üçün  psixi 

sağlamlıq  sahəsində  xidmətlərin  inkişaf  etdirilməsi  psixi 

pozuntulardan 

əziyyət  çəkən  və  qapalı  uşaq 

müəssisələrində saxlanılan uşaqların sayının azalmasına kömək etməlidir.

 

6



 

AR Dövlət Statistika Komitəsi. Azərbaycan Respublikasında səhiyyə və əhalinin sosial müdafiəsi göstəriciləri, 

Bakı 2007 

7

 United Nations Office on Drugs and Crime 2007 World Drug Report, UNODC, 2007 



8

 Dünyada u

şaqlara qarşı zorakılığın tədqiq edilməsi üzrə hesabat, BMT, 2007 

 



                                                 

Psixi  sağlamlıq  sisteminin  kadrlarla  təmin  olunmasında  çatışmazlıq  qeyd  edilir.  Ölkəmizdə 

psixiatrların (100 000 nəfər əhali üçün 5,2), psixiatriya tibb bacılarının  (100 000 nəfər əhali üçün 

8,4), 

sosial işçilərin  (100 000 nəfər əhali üçün 0,3) və klinik psixoloqların  (100 000 nəfər əhali üçün 0,2) sayı 



Avropa regionunda qəbul edilmiş analoji göstəricilərdən geri qalır

9



PSS-

nin  bütün  səviyyələrində kadrların  peşəkar  hazırlığı  kifayət  dərəcədə

 

deyil.  Həkim



-

psixiatrların 

diplomdansonrakı təhsil müddətinin 3

-

4 il təşkil etdiyi digər ölkələrdən fərqli olaraq, bizim ölkəmizdə bu 1 



illik internatura ilə məhdudlaşır. Uşaq/yeniyetmə və məhkəmə psixiatriyası, herontologiya, psixoterapiya 

və digər sahələr üzrə ixtisaslaşma mövcud deyil. Həmçinin tibb bacıları, klinik psixoloqlar, sosial işçilər və 

reabilitasiya  sahəsində  mütəxəssislər  üçün  PSS  üzrə  tədris  proqramları  yoxdur.  Azərbaycan  dilində 

müasir  xüsusi  ədəbiyyatın  çatışmaması

 

köhnəlmiş  biliklərin  saxlanmasına



 

və  peşəkarlıq  qabiliyyətinin 

aşağı düşməsinə səbəb olur.

 

Ölkədə  məlumatların  toplanması  və  hesabatların  verilməsi  sistemi  mövcuddur,  lakin 



hesabatlarda 

təqdim  edilən  informasiya  PSS

-

də  olan  real  vəziyyəti  tam  əks  etdirmir.



 

Bir  çox  zəruri  məlumatlar 

(məsələn,  rayon  poliklinikalarındakı  psixiatrların  fəaliyyət  göstəriciləri)  yetərincə  təhlil  edilmir,  ayrı

-

ayrı 



müəssisələrin hesabatları isə keyfiyyətinə görə fərqlənir və müxtəlif informativ dəyərə malik olur. PSS

-

də 



epidemiolo

ji tədqiqatlar qeyri

-

sistematik şəkildə aparılır, eyni zamanda belə tədqiqatların yerinə yetirilməsi 



üçün klinik epidemiologiya və sübutlara əsaslanan təbabət sahəsində mütəxəssislərin çatışmaması qeyd 

edilir. 


PSS-

də qeyri


-

hökumət təşkilatlarının fəaliyyəti hələ kifayət edəcək inkişaf səviyyəsinə çatmamışdır. 

Hazırkı  dövrə  qədər  bu  təşkilatlar  dövlət  tərəfindən  lazımi  dəstək  almırdılar,  onların  fəaliyyətinin 

maliyyələşdirilməsi  isə  qeyri

-

müntəzəm  şəkildə  yerli  və  xarici  donorların  ayırdığı  qrantlar  hesabına



 

baş 


verirdi. 2007-

ci  ildə  Azərbaycan  Respublikasının  Prezidenti  yanında  QHT

-

lərə  Dövlət  Dəstə



yi 

Şurası 


yaradılmışdır, bu şuranın fəaliyyəti QHT

-

lərin, o cümlədən PS məsələləri ilə məşğul olan təşkilatların işinə 



yardım  edilməsinə  yönələcəkdir.  Dünyanın  bi

çox  ölkələrində  mövcud  olan



 

istehlakçı  təşkilatlarının 

(pasiyentlərin və onların qohumlarının birlikləri) Azərbaycanda da yaradılması xüsusi əhəmiyyət daşıyır.

 

Hal-



hazırda istifadəçilər və onların ailələri psixi sağlamlıq qurumları tərəfindən qəbul edilən qərarlara təsir 

etmək və onların fəaliyyətini qiymətləndirmək imkanına malik deyillər. İstifadəçilər və onların ailə üzvləri 

ilə  əməkdaşlıq  və  onların  aktiv  şəkildə  cəlb  edilməsi  PSS

-

də  uğurlu  islahatların  aparılmasına  kömək 



edəcəkdir.

 

 



PSS-də Milli Strategiyanın ümumi prinsipləri 

1. 


Dövlət təşkilatları və ictimai təsisatlar

 

vətəndaşların psixi sağlamlığı üçün məsuliyyət daşıyırlar 



və  əhalinin  müxtəlif  qruplarının  (gənclər,  qadınlar,  ahıl  yaşlı  şəxslər,  milli  azlıqların 

nümayəndələri) psixi sağlamlığının

 

yaxşılaşdırılması üçün tədbirlər həyat keçirirlər.



 

 

9



 World Health Organization. Atlas, Mental Health Resources in the World. Geneva: WHO, 2005. 

 



                                                 

2. 

Dövlət  əhalinin  psixi  sağlamlıq  məsələləri  ilə  bağlı  məlumatlılıq  səviyyəsini  artırmağa  kömək 

edir, stiqmaya 

və  psixi  pozuntuları

 

olan  şəxslərə  münasibətdə  ayrı



-

seçkiliyə  qarşı

 

mübarizə 



aparır.

 

3. 



İrqi,  dini,  etnik  mənsubiyyəti,  yaşı,  cinsi,  həmçinin  fiziki  və  psixi  sağlamlıq  vəziyyəti  və  ya 

əlilliyindən  asılı  olmayaraq,  hər  bir  insan  psixi  sağlamlıq  sahəsində  xidmətlərdən  bərabər 

səviyyədə istifadə imkanına malikdir.

 

4. 



İnsanın psixi sağlamlığına qayğı onun

 

doğulduğu ilk günlərdən başlamalı və bütün həyatı boyu 



davam etməlidir.

 

5. 



Səhiyyə, təhsil, iqtisadi inkişaf, məşğulluq, miqrasiya və digər sahələrdə dövlət siyasəti həyata 

keçirilərkən psixi sağlamlıq məsələləri nəzərə alınır.

 

6.  Psixi 



pozuntuları

 

olan şəxslərin hüquq və mənafelərinə əməl edilir və qorunur, psixi pozuntuları



 

olan şəxslərin özləri isə psixi sağlamlıq sistemində bərabərhüquqlu tərəfdaş kimi

 

qəbul edilir.



 

7. 


Uşağın  hüquq  və  ehtiyacları,  onun  ən  yaxşı  mənafelərinin  nəzərə  alınması  uşaq  və 

yeniyetmələrin psixi sağlamlığı sahəsində qərar qəbul edilməsi zamanı başlıca meyarlar hesab 

olunur. 

8. 


Psixoloji problemlər və psixi 

pozuntular 

vaxtında aşkar edilmə və erkən müdaxilə tələb edir.

 

9. 



PS  sistemində  əsas  xidmətlər  icma  səviyyəsində  təşkil  edilmişdir  və  istifadəçilərin  yaşayış 

yerinə mümkün olan maksimal dərəcədə yaxınlaşdırılmışdır.

 

10.  Psixi 



pozuntuları

 

olan şəxslərin hospitalizasiyası son tədbir kimi, minimal qısa müddətə və ən 



az məhdudlaşdırıcı şəraitdə tətbiq edilir.

 

11. 



Dövlət  ictimai  qruplarla  (istehlakçı

 

təşkilatları,  peşəkar  cəmiyyətlər  və



  QHT-

lər)  aktiv  şəkildə 

əməkdaşlıq edir və cəmiyyət tərəfindən 

özünün 


ən zəif üzvlərinə qarşı göstərilən humanizm və 

qayğının səviyyəsi ilə

 

müəyyən olunan sosial resursun inkişafına kömək edir.



 

12. 


Psixi  sağlamlıq  sahəsində

 

xidmətlər  ümumi  səhiyyə  sisteminə  inteqrasiya  olunmuşdur  və 



onların  əhəmiyyətli  hissəsi  ilkin  tibbi  yardım  səviyyəsində  göstərilir,  bu  zaman  xidmətlər 

istehlakçıya doğru yönəlir və tələbatdan asılı olaraq ədalətli şəkildə bölünür.

 

13. 


Psixi sağlamlıq sahəsində bütün fəaliyyət psixi 

pozuntulardan 

əziyyət çəkən şəxslərin mümkün 

olan  maksimal  dərəcədə  sosial  muxtariyyətinin

 

əldə  edilməsinə,  ailədə  və  cəmiyyətdə 



adaptasiyasına və həyat keyfiyyətinin yüksəldilməsinə yönəlmişdir.

 

14. 



Psixi sağlamlıq sahəsində tədbirlər müasir beynəlxalq standartlar əsasında həyata keçirilir və 

sübutlu təbabət prinsiplərinə uyğun gəlir.

 

 



15. 

Psixi  sağlamlıq  sahəsində  fəaliyyət  istehlakçılar  və  cəmiyyət

 

qarşısında  hesabat  verilməsi  ilə 



həyata keçirilir və yalnız resurslarla təmin olunma göstəriciləri

 

və aralıq nəticələrə görə deyil, 



həm də son nəticələr əsasında qiymətləndirilir.

 

 



 

PSS-də Milli Strategiyanın ümumi məqsədləri 



Каталог: uploads -> faydali melumatlar
uploads -> По антикоррупционной работе в поликлинике
uploads -> Fərid Zeynalov stomatoloq, bds, dds şəxsi məlumat
uploads -> Oitsning ma’nosi – Orttirilgan Immunitet Tanqisligi Sindromi. Bu dahshatli va bedavo kasallik hozirgi zamonning “vabosi” deb yuritiladi
uploads -> 4 İstehlakçıların davranışının modelləşdirilməsi Son istehlakçıların davranışının modelləşdirilməsi
uploads -> UŞaq anatomiyasi, FİZİologiaysi və GİGİyenasi analizatorlar- duyğU ÜzvləRİ
uploads -> Мisvak вя онун XXI ясрдя истифадяси
uploads -> Klinik protokol Az ərbaycan Respublikas
uploads -> Azərbaycan Tibb Universiteti üzrə 2013/2014 cü tədris ilində
uploads -> Join this Edmodo Code!!!
faydali melumatlar -> Psixiatriya yardımı haqqında azərbaycan respublikasinin qanunu


Поделитесь с Вашими друзьями:
  1   2   3   4   5


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə