2.2.
Kadr potensialının inkişaf etdirilməsi
PSS-
də keyfiyyətli xidmətlərin göstərilməsi kifayət sayda ixtisaslı mütəxəssislərin cəlb olunmasını tələb
edir, bu sıraya həkim
-
psixiatrlar və psixiatriya tibb bacılarından əlavə
, klinik psixoloqlar, PSS-
də çalışan
sosial işçilər, reabilitasiya və əmək terapiyası üzrə mütəxəssislər
aiddir. Bu mütəxəssislərin PS sisteminə
i
nteqrasiyası normativ sənədlərin (vəzifə təlimatları, ştat cədvəlləri, yardım standartları və s.) işlənib
hazırlanmasını tələb edir. Bundan başqa, bu mütəxəssislər üçün diplomdansonrakı hazırlıq və fasiləsiz
təlim sistemi tərtib olunmalı və tətbiq edilməlidir. Həmçinin ali və orta ixtisas təhsili səviyyəsində psixi
sağlamlıq sahəsində mütəxəssislərin hazırlanması, o cümlədən internatura və klinik
ordinatura
proqramları təkmilləşdirilməlidir. Kadr potensialının inkişaf etdirilməsi təhsil və sosial müdafiə si
stemi
mütəxəssislərinin də PSS üzrə bilik və bacarıqlar əldə etməsini nəzərdə tutur.
Dostları ilə paylaş: |