PSS-
də Milli Strategiya
(National Mental Health Policy/Strategy) –
psixi sağlamlığın qorunması üzrə
bütün sistemin
inkişafının
əsasını təşkil edən,
özündə məqsəd, prinsip və
təmayülləri birləşdirən, konkret
qərarlar qəbul edilməsinə istiqamətləndirən sənəd
.
PSS-
də Strateji Fəaliyyət Planı
(MH Strategic Action Plan) – PSS-
də Milli Strategiyaya uyğun şəkildə
həyata keçirilməli olan konkret tədbirlər toplusundan ibarət rəsmi dövlət sənədi.
Reabilitasiya sahəsində mütəxəssis
(occupational therapist) –
müstəqil həyat üçün zəruri olan
vərdişlərin inkişafı
və ya bərpa edilməsində psixi pozuntuları olan şəxslərə yardım edən tibb işçisi
.
Son nəticələr
–
psixi xəstəliklər üzrə ölüm, xəstələnmə və əlillik səviyyələrinin aşağı düşməsi, həmçinin
yardımdan razı qalma və xəstəlik nəticəsində ailə üzərinə düşən yükün azaldılması kimi
PSS-
də
fəaliyyətin effektivlik
göstəriciləri
.
Sosial işçi
(social worker) –
psixi pozuntuları olan şəxslərin ehtiyaclarını
müəyyən edən və onlara
psixososial yardım göstərən mütəxəssis. Digər mütəxəssislərdən fərqli olaraq, sosial işçi yardımın tibbi
36
deyil, sosial modelinə əsaslanır və bu zaman başlıca diqqəti psixi pozuntuları olan şəxslərin
onları əhatə
edən mühitdə adaptasiya olunması prosesinə yönəldir.
Sosial mənzil
(sheltered/supported housing) –
psixi pozuntuları olan şəxslərin sosial dəstək, o
cümlədən ev təsərrüfatının aparılmasında kömək, təhlükəsizliyin təminatı, tibbi yardımdan istifadə imkanı
alaraq,
cəmiyyətdə müstəqil yaşamasına şərait
yaradan mənzilin icarəyə verilməsi
.
Təşkilati
-
metodik Mərkəz
(Organization Center on MH) –
psixi sağlamlıq sistemində effektiv idarəetmə
üçün məsuliyyət daşıyan, funksiyalarına strateji planlaşdırma, standart və normativlərin tərtib edilməsi,
xidmət keyfiyyətinin monitorinqi və qiymətləndirilməsi daxil olan orqan.
37