II
. Psixi sağlamlıq
sahəsində resurs bazasının inkişafı
2.1.
Fiziki resursların təkmilləşdirilməsi
Psixi sağlamlıq sahəsində kompleks yardım sistemi psixoloji problemləri və psixi pozuntuları
olan
insanların müxtəlif ehtiyaclarını təmin edə biləcək kifayət miqdarda fiziki resurslara malik olmalıdır. Bu
müəssisələr sanitar
-
texniki normalara cavab verməli, zəruri maddi vəsaitlər və avadanlıqla təchiz
edilməlidir. Ambulator müəssisələrlə qısamüddətli, ortamüddətli və uzunmüddətli yardım göstərən
stasionar müəssisələri arasında rasional balansın gözlənilməsi mühüm əhəmiyyət kəsb edir. Psixi
sağlamlıq sisteminin fəaliyyəti stasionarlara qəbulların sayının və stasionar müalicəsi müddətinin
azaldılmasına şərait yaramalıdır, bu isə tədricən ənənəvi təşkilati yardımdan müasir xəstəxanadan kənar
yardıma keçilməsini nəzərdə tutur.
Dostları ilə paylaş: |