Ekspertlər
– ATU-
nun psixiatriya kafedrasının professoru, AzPA
Nadir İsmayılov
– ATU-nun psixiatriya
kafedrasının professoru, Azərbaycan Psixiatriya Assosiasiyasının
prezidenti
Nadir Əliyev
– t.e.d., PND-
nin baş həkimi,
AzPA
Teymur Qafarov –
professor, ADHTİ
-
nin psixiatriya kafedrasının müdiri, AzPA
Bilal Əsədov
– ATU-
nun psixiatriya kafedrasının professoru, Məhkəmə Psixiatriyası Mərkəzinin direktoru,
AzPA
Bəxtiyar Əliyev
– akademik, BDU-
nun psixologiya kafedrasının müdiri, Azərbaycan Psixoloqlar
Assosiasiyasının prezidenti, Milli Məclisin deputatı
Mixael Şneydman
–
ÜST, İsrail
Metyus Mucen – ÜST, Danimarka
Əhməd Abbasquliyev
2
İXTİSARLARIN SİYAHISI
AzPA –
Azərbaycan Psixiatriya Assosiasiyası
ATM –
ali təhsil müəssisəsi
ATU –
Azərbaycan Tibb Universiteti
BMT –
Birləşmiş Millətlər Təşkilatı
DİN
–
Daxili İşlər Nazirliyi
XBT-10 –
Xəstəliklərin Beynəlxalq Təsnifatı,
10-
cu yenidən baxma
İİV
– insan immunodefisiti virusu
İPT
– interpersonal psixoterapiya
KBT – koqnitiv-bihevioral psixoterapiya
KİV
–
kütləvi informasiya vasitələri
QHT – qeyri-
hökumət təşkilatı
QİÇS
–
qazanılmış immun
çatışmazlığı
sindromu
MDB –
Müstəqil
Dövlətlər Birliyi
PND – Psixonevroloji Dispanser
PS –
psixi sağlamlıq
PSS –
psixi sağlamlıq sahəsi
SN –
Səhiyyə Nazirliyi
ÜST –
Ümumdünya Səhiyyə Təşkilatı
3
MÜNDƏRİCAT
Psixi sağlamlıq sahəsində (PSS) Milli Strategiya
Azərbaycanda psixi sağlamlıq sahəsində islahatların zəruriliyi
PSS-
də Milli Strategiyanın ümumi prinsipləri
PSS-
də Milli Strategiyanın ümumi
məqsədləri
Prioritet sahələr
Prioritet sahələrə uyğun gələn vəzifələr
Strateji Fəaliyyət Planı
PS və insan hüquqlarının qorunması sahələrində sektorlararası qarşılıqlı fəaliyyətin
tənzimlənməsi və inkişafının yaxşılaşdırılması
Psixi sağlamlıq sahəsində resurs bazasının inkişafı
Əhali arasında psixi pozuntuların profilaktikasına yönəlmiş tədbirlər sisteminin
gücləndirilməsi
PSS
xidmətlərinin ilkin səhiyyə sisteminə inteqrasiyası
PSS xidmətlərinin
təkmilləşdirilməsi və ağır p
sixi
pozuntuları
olan şəxslərin
sosial
müdafiəsinin yaxşılaşdırılması üzrə tədbirlərin təmin edilməsi
2009-2013-
cü illər üçün prioritetlər
Əlavələr
Beynəlxalq sənədlərin siyahısı
Terminlərin izahlı lüğəti
4
P
P
s
s
i
i
x
x
i
i
s
s
a
a
ğ
ğ
l
l
a
a
m
m
l
l
ı
ı
q
q
s
s
a
a
h
h
ə
ə
s
s
i
i
n
n
d
d
ə
ə
M
M
i
i
l
l
l
l
i
i
S
S
t
t
r
r
a
a
t
t
e
e
g
g
i
i
y
y
a
a
Azərbaycanda psixi sağlamlıq sahəsində islahatların zəruriliyi
Psixi pozuntular
dünyanın istənilən ölkəsində, hər iki cinsin nümayəndələrində və hər bir yaşda, sosial
və etnik qruplara mənsubiyyətdən asılı olmayaraq meydana çıxır, xəstələrin özünə və onların yaxınlarına
çox böyük iztirablar gətirir.
Eyni zamanda psixi pozuntular bütü
n cəmiyyətin üzərinə düşən ağır yükdür və
mütəxəssislərin proqnozlarına görə bu yük get
-
gedə artmaqdadır. Belə ki, dünya statistikasına görə əgər
2000-
ci ildə psixi
pozuntular
üçün qlobal xəstəliklər yükü göstəricisi 12,1%
-
ə bərabər idisə, 2020
-
ci ildə o,
15% təşkil edəcəkdir
1
.
Psixi və davranış pozuntuları
təkcə iqtisadi deyil, həm də çox böyük ictimai itkilərlə
–
intiharlar, zorakılıq, narkomaniya, yoxsulluq, evsizlik, stiqma (psixi xəstəliyin bir damğa kimi qəbul
edilməsi), ayrı
-seçkilik –
bağlıdır
.
Avropada psixi
pozuntuların mənfi nəticələrinin azaldılması məqsədilə
Avropa Regionunun 52
ölkəsinin nümayəndələri tərəfindən
14 yanvar 2005-
ci ildə Finlandiyanın paytaxtı Helsinki şəhərində
Avropa ölkələri Səhiyyə Nazirlərinin Bəyannaməsi və Psixi Sağlamlığın Qorunması üzrə Avropa Fəaliyyət
Planı qəbul edilmişdir.
Həmin sənədə görə, "psixi sağlamlığın qorunması sahəsində tədbirlər görməyə
imkan verən, bütün əhalinin rifah səviyyəsini yüksəltməyə qabil olan, psixi sağlamlıq problemlərinin
qarşısının alınması və profilaktikasını təmin edən, həmçinin psixi problemləri olan şəxslərin sosial
inteqrasiyası və fəaliyyət imkanlarını genişləndirən strategiyalar və qanunvericilik aktları yaxın beş
-on il
ərzində işlənib hazırlanmalı, tətbiq edilməli və effektivliyi qiymətləndirilməlidir"
2
.
Azərbaycan Respublikası
da qeyd edilən Bəyannaməyə
imza atmış və onun əsasında tərtib edilmiş "Fəaliyyət Planının" yerinə
yetirilməsi ilə bağlı öz üzərinə öhdəlik götürmüşdür.
Bundan başqa, Azərbaycan BMT Baş Assambleyasının 46/119 saylı 17.12.1991 tarixli "Psixi
xəstəlikləri olan şəxslərin müdafiəsi prinsipləri və psixiatriya yardımının yaxşılaşdırılması" Qətnaməsinə,
"Uşaq hüquqları haqqında" BMT Konvensiyasına (236 saylı 21.06.1992 tarixli AR Qanunu), "İşgəncələrin,
qeyri-humanist,
yaxud təhqiredici rəftarın və ya cəzanın qarşısının alınması" haqqında Avropa
Konvensiyasına
(təsdiq edilmə tarixi 15.04.2002) qoşulmuş
dur.
Nəhayət, Ümumdünya P
sixiatriya
Assosiasiyasına
üzv
olarkən
Azərbaycanın səlahiyyətli nümayəndələri tərəfindən
"Psixiatriya
praktikasında etik standartlar" üzrə 25.08.1996 tarixli Madrid Bəyannaməsi imzalanmışdır.
Azərbaycanın bu sənədləri qəbul etməsi əhalinin psixi sağlamlığının yaxşılaşdırılmasına yönəlmiş
fəaliyyətin planlaşdırılması üçün
vacib addımdır.
1
Ümumdünya Səhiyyə Təşkilatı – Dünyada səhiyyənin vəziyyəti haqqında hesabat, 2001. Psixi sağlamlıq: yeni
anlayış, yeni ümid. WHO, Geneva, 2001
2
Avropa ölkələri səhiyyə nazirlərinin konfransı. Psixi sağlamlığın qorunması üzrə Avropa Bəyannaməsi:
Problemlər və onların həlli yolları, Helsinki 2005
5
2007-
ci ilin yayında SN İctimai Səhiyyə və İslahatlar Mərkəzi və ÜST
-
nin Azərbaycan ofisinin birgə
səyləri ilə Azərbaycanda psixi sağlamlıq sisteminin qiymətləndirilməsi üzrə layihə həyata keçirilmişdir.
Həmin layihəni yerinə yetirən tədqiqatçılar qrupuna PSS mütəxəssisləri, həmçinin ictimai səhiyyə və tibbi
qanunvericilik sahəsində mütəxəssislər daxil olmuşdu. Layihənin həyata keçirilməsi gedişində psixi
sağlamlıq sisteminin əsas problemlərini aydınlaşdırmağa və həmin sahədə islahatların prioritetlərini
müəyyən
etməyə imkan verən böyük həcmdə
faktiki
material toplanmışdır.
Əldə edilmiş məlumatlar göstərir ki, ölkənin siyasi və iqtisadi həyatında baş verən müsbət proseslərə
baxmayaraq, onların psixi sağlamlıq sahəsində mövcud olan vəziyyətə təsiri kifayət qədər d
eyildir. Psixi
sağlamlıq xidmətinin təşkili və quruluşu təşkilati yanaşma, həddən artıq mərkəzləşmə, ixtisaslaşdırılmış
yardımın üstünlük təşkil etməsi, əhalinin real ehtiyaclarının yetərincə qiymətləndirilməməsi və xidmət
çeşidinin məhdudluğu
kimi k
öhnə
Sovet modelin
ə məxsus
əsas
xüsusiyyətləri
özündə saxlamaqdadır.
Tətbiq və nəzarət mexanizmləri axıra qədər tənzimlənmədiyi üçün müasir qanunvericiliyin (2001
-ci
ildə qəbul edilmiş “Psixiatriya yardımı haqqında” qanun
3
) mövcudluğu onun həkimlər, psixiatriya
müəssisələrinin rəhbərləri, o cümlədən inzibati və məhkəmə orqanları tərəfindən
yerinə yetirilməsinə heç
də həmişə zəmanət vermir, bu isə öz növbəsində pozuntular üçün şərait yarada bilir.
Psixi sağlamlıq sistemi səhiyyə sektorunun psixiatriya müəssisələri çərçivəsində qalmaqda davam
edir, onun digər sektorlarla qarşılıqlı əlaqələrinin
inkişaf etdirilməsinə ehtiyac vardır. Azərbaycanda psixi
xəstəliyə görə əlil şəxslərə mənzil, təhsil, iş və digər sosial güzəştlərin verilməsini nizamlayan qanunlar
artıq qəbul edilmişdir və bu qanunların icra edilməsi psixi pozuntuları
olan
insanların
sosial müdafiəsini
əhəmiyyətli dərəcədə yaxşılaşdırmağa imkan verəcəkdir.
Psixi sağlamlıq sisteminin maliyyələşdirilməsi onun oynadığı əhəmiyyətli rola uyğun gəlmir
– bu
sahədə göstərilən xidmətlərə ayrılan
xərclər ümumi səhiyyə xərclərinin 3%
-i
ni təşkil edir
4
, Avropa
regionunun əksər ölkələrində isə səhiyyə büdcəsinin 6
-8%-
i psixi sağlamlıq sahəsinə ayrılır. Bununla
bərabər, Azərbaycanda maliyyə vəsaitlərinin ambulator və stasionar yardım arasında bölüşdürülməsində
də müəyyən disbalans mövcuddur, belə ki, vəsaitlərin 85%
-
i psixiatriya xəstəxanalarının saxlanması və
fəaliyyətinə sərf olunur.
Azərbaycanda ixtisaslaşdırılmış yardım sistemində göstərilən xidmətlər daha çox üstünlük təşkil edir
5
.
İlkin tibbi yardım səviyyəsində PSS xidmətlərinin göstərilməsi ilkin səhiyyə işçiləri
üçün
psixiatriya yardımı
sahəsində hazırlıq proqramının tətbiq olunmasını tələ
b edir.
Eyni zamanda ümumi tibb və
ixtisaslaşdırılmış psixiatriya müəssisələri arasında qarşılıqlı əlaqəni
yaxşılaşdırmaq lazımdır.
Psixi sağlamlıq sahəsində əsas xidmətləri rayon poliklinikalarının psixiatriya kabinetləri, şəhər və
bölgələrarası dispanserlər
(100 min nəfər əhali üçün 1092 xəstəyə xidmət edən 11 müəssisə), həmçinin
3
"Psixi
atriya yardımı haqqında" Azərbaycan Respublikasının Qanunu, Bakı 2001
4
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Ümumdünya Səhiyyə Təşkilatı. Azərbaycan Respublikasında psixi
sağlamlıq sistemi, Bakı 2007.
5
World Health Organization. Atlas, Mental Health Resources in the World. Geneva: WHO, 2005.
6
psixiatriya xəstəxanaları (100 min nəfər əhali üçün 48,9 çarpayı sayı olan 9 müəssisə) göstərirlər
6
.
Əhalinin sayına görə hesabladıqda paytaxtda və onun ətrafındakı bölgələrdə çarpayı fondunun sıxlığı
yerdə qalan
bölgələr üçün
olan analoji
göstəricidən 2,5 dəfə çoxdur
.
Bütövlükdə psixiatriya çarpayıları sayının hamı tərəfindən
qəbul edilmiş standartlara uyğun gəlməsinə
baxmayaraq,
ölkəmizdə ümumi profilli xəstəxanalardakı psixiatriya çarpayılarının sayı
ixtisaslaşdırılmış
psixiatriya xəstəxanalarının çarpayı fondundan əhəmiyyətli dərəcədə azdır. Ümumi profilli xəstəxanalarda
ps
ixiatriya şöbələrinin açılması və eyni zamanda psixiatriya xəstəxanalarının çarpayı fondunun ixtisar
edilməsi Avropa regionu ölkələrində mövcud olan müasir
təmayüllərə daha çox uyğun gələcəkdir
5
.
Ölkədəki psixiatriya xəstəxanaları və şöbələri qısamüddətli və uzunmüddətli hospitalizasiya
müəssisələrinə bölünməmişdir. Ona görə də yardım göstərilməsi
zamanı
vəziyyətinin ağırlıq dərəcəsi və
xəstəliyin
in
davam etmə müddəti müxtəlif olan pasiyentlərin fərqli tələbləri nəzərə alınmır
.
Bir çox psixiatriya
müəssisələrində sanitar vəziyyət və maddi
-
texniki təchizat, həmçinin nəzarət və
xidmətlərin
keyfiyyətinin təmin edilməsi proseduralarının adekvat səviyyədə olmaması ilə bağlı
çatışmazlıqlar vardır. Psixiatriya müəssisələri tərəfindən göstərilən xidmətlər əsasən dərman müalicəsi ilə
məhdudlaşır.
Alternativ yardım formaları
–
psixososial reabilitasiya, psixoterapiya, hadisənin idarə
ediməsi, ailəyə dəstək verilməsi, peşə təhsili və s.
–
hələ ki ölkədə geniş şəkildə yayılmamışdır.
Uşaq və yeniyetmələrdə meydana çıxan psixi
pozuntular
zaman keçdikcə yaşlı əhali arasında əlilliyin
yaranmasına gətirib çıxara bilər. Ölkədə tütün məmulatları və alkoqollu içkilərdən istifadə edən uşaq və
yeniyetmələrin sayının artması qeyd olunur. Azərbaycanın tutduğu
coğrafi mövqe ilə əlaqədar ölkə
ərazisi narkotik maddələrin Asiyadan Avropa və MDB ölkələrinə daşınması üçün
aktiv tranzit
dəhliz
kimi
istifadə olunmağa
başla
n
mışdır. Bunun nəticəsi olaraq, narkotik və psixoaktiv maddələr qəbul edən
uşaqların və gənclərin sayı artmaqdadır
7
.
Son zamanlar dünyada uşaqlara qarşı zorakılıq məsələlərinə ayrılan diqqət get
-
gedə artmaqdadır
8
.
Qeyd
etmək lazımdır ki, son illər ərzində ölkədə uşaq və yeniyetmələr arasında intihar hallarının sayı
çoxalmışdır. Uşaq və yeniyetmələrə yardım göstərilməsi üçün ölkədə 1 uşaq PND
-
si, 1 uşaq gündüz
stasionarı, 1 uşaq və 1 yeniyetmə stasionar şöbələri mövcuddur, lakin bu müəssisələrin hamısı Bakı
şəhərində mərkəzləşmişdir. Eyni zamanda
,
uşağın doğulduğu
an
dan tamdəyərli inkişafı və düzgün
tərbiyə
sinin
təmin olunması ilə bağlı valideynlərə məsləhətlər verən xüsusi mərkəzlərin və proqramların
yaradılmasına ehtiyac vardır.
Bundan başqa, psixi
pozuntulardan
əziyyət çəkən uşaqları olan ailələrə
sosial, tibbi və psixoloji yardımın təşkilinin təkmilləşdirilməsi lazımdır. Uşaq və yeniyetmələr üçün psixi
sağlamlıq sahəsində xidmətlərin inkişaf etdirilməsi psixi
pozuntulardan
əziyyət çəkən və qapalı uşaq
müəssisələrində saxlanılan uşaqların sayının azalmasına kömək etməlidir.
6
AR Dövlət Statistika Komitəsi. Azərbaycan Respublikasında səhiyyə və əhalinin sosial müdafiəsi göstəriciləri,
Bakı 2007
7
United Nations Office on Drugs and Crime 2007 World Drug Report, UNODC, 2007
8
Dünyada u
şaqlara qarşı zorakılığın tədqiq edilməsi üzrə hesabat, BMT, 2007
7
Psixi sağlamlıq sisteminin kadrlarla təmin olunmasında çatışmazlıq qeyd edilir. Ölkəmizdə
psixiatrların (100 000 nəfər əhali üçün 5,2), psixiatriya tibb bacılarının (100 000 nəfər əhali üçün
8,4),
sosial işçilərin (100 000 nəfər əhali üçün 0,3) və klinik psixoloqların (100 000 nəfər əhali üçün 0,2) sayı
Avropa regionunda qəbul edilmiş analoji göstəricilərdən geri qalır
9
.
PSS-
nin bütün səviyyələrində kadrların peşəkar hazırlığı kifayət dərəcədə
deyil. Həkim
-
psixiatrların
diplomdansonrakı təhsil müddətinin 3
-
4 il təşkil etdiyi digər ölkələrdən fərqli olaraq, bizim ölkəmizdə bu 1
illik internatura ilə məhdudlaşır. Uşaq/yeniyetmə və məhkəmə psixiatriyası, herontologiya, psixoterapiya
və digər sahələr üzrə ixtisaslaşma mövcud deyil. Həmçinin tibb bacıları, klinik psixoloqlar, sosial işçilər və
reabilitasiya sahəsində mütəxəssislər üçün PSS üzrə tədris proqramları yoxdur. Azərbaycan dilində
müasir xüsusi ədəbiyyatın çatışmaması
köhnəlmiş biliklərin saxlanmasına
və peşəkarlıq qabiliyyətinin
aşağı düşməsinə səbəb olur.
Ölkədə məlumatların toplanması və hesabatların verilməsi sistemi mövcuddur, lakin
hesabatlarda
təqdim edilən informasiya PSS
-
də olan real vəziyyəti tam əks etdirmir.
Bir çox zəruri məlumatlar
(məsələn, rayon poliklinikalarındakı psixiatrların fəaliyyət göstəriciləri) yetərincə təhlil edilmir, ayrı
-
ayrı
müəssisələrin hesabatları isə keyfiyyətinə görə fərqlənir və müxtəlif informativ dəyərə malik olur. PSS
-
də
epidemiolo
ji tədqiqatlar qeyri
-
sistematik şəkildə aparılır, eyni zamanda belə tədqiqatların yerinə yetirilməsi
üçün klinik epidemiologiya və sübutlara əsaslanan təbabət sahəsində mütəxəssislərin çatışmaması qeyd
edilir.
PSS-
də qeyri
-
hökumət təşkilatlarının fəaliyyəti hələ kifayət edəcək inkişaf səviyyəsinə çatmamışdır.
Hazırkı dövrə qədər bu təşkilatlar dövlət tərəfindən lazımi dəstək almırdılar, onların fəaliyyətinin
maliyyələşdirilməsi isə qeyri
-
müntəzəm şəkildə yerli və xarici donorların ayırdığı qrantlar hesabına
baş
verirdi. 2007-
ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında QHT
-
lərə Dövlət Dəstə
yi
Şurası
yaradılmışdır, bu şuranın fəaliyyəti QHT
-
lərin, o cümlədən PS məsələləri ilə məşğul olan təşkilatların işinə
yardım edilməsinə yönələcəkdir. Dünyanın bi
r
çox ölkələrində mövcud olan
istehlakçı təşkilatlarının
(pasiyentlərin və onların qohumlarının birlikləri) Azərbaycanda da yaradılması xüsusi əhəmiyyət daşıyır.
Hal-
hazırda istifadəçilər və onların ailələri psixi sağlamlıq qurumları tərəfindən qəbul edilən qərarlara təsir
etmək və onların fəaliyyətini qiymətləndirmək imkanına malik deyillər. İstifadəçilər və onların ailə üzvləri
ilə əməkdaşlıq və onların aktiv şəkildə cəlb edilməsi PSS
-
də uğurlu islahatların aparılmasına kömək
edəcəkdir.
PSS-d ə Milli Strategiyanın ümumi prinsipl əri
1.
Dövlət təşkilatları və ictimai təsisatlar
vətəndaşların psixi sağlamlığı üçün məsuliyyət daşıyırlar
və əhalinin müxtəlif qruplarının (gənclər, qadınlar, ahıl yaşlı şəxslər, milli azlıqların
nümayəndələri) psixi sağlamlığının
yaxşılaşdırılması üçün tədbirlər həyat keçirirlər.
9
World Health Organization. Atlas, Mental Health Resources in the World. Geneva: WHO, 2005.
8
2.
Dövlət əhalinin psixi sağlamlıq məsələləri ilə bağlı məlumatlılıq səviyyəsini artırmağa kömək
edir, stiqmaya
və psixi pozuntuları
olan şəxslərə münasibətdə ayrı
-
seçkiliyə qarşı
mübarizə
aparır.
3.
İrqi, dini, etnik mənsubiyyəti, yaşı, cinsi, həmçinin fiziki və psixi sağlamlıq vəziyyəti və ya
əlilliyindən asılı olmayaraq, hər bir insan psixi sağlamlıq sahəsində xidmətlərdən bərabər
səviyyədə istifadə imkanına malikdir.
4.
İnsanın psixi sağlamlığına qayğı onun
doğulduğu ilk günlərdən başlamalı və bütün həyatı boyu
davam etməlidir.
5.
Səhiyyə, təhsil, iqtisadi inkişaf, məşğulluq, miqrasiya və digər sahələrdə dövlət siyasəti həyata
keçirilərkən psixi sağlamlıq məsələləri nəzərə alınır.
6. Psixi
pozuntuları
olan şəxslərin hüquq və mənafelərinə əməl edilir və qorunur, psixi pozuntuları
olan şəxslərin özləri isə psixi sağlamlıq sistemində bərabərhüquqlu tərəfdaş kimi
qəbul edilir.
7.
Uşağın hüquq və ehtiyacları, onun ən yaxşı mənafelərinin nəzərə alınması uşaq və
yeniyetmələrin psixi sağlamlığı sahəsində qərar qəbul edilməsi zamanı başlıca meyarlar hesab
olunur.
8.
Psixoloji problemlər və psixi
pozuntular
vaxtında aşkar edilmə və erkən müdaxilə tələb edir.
9.
PS sistemində əsas xidmətlər icma səviyyəsində təşkil edilmişdir və istifadəçilərin yaşayış
yerinə mümkün olan maksimal dərəcədə yaxınlaşdırılmışdır.
10. Psixi
pozuntuları
olan şəxslərin hospitalizasiyası son tədbir kimi, minimal qısa müddətə və ən
az məhdudlaşdırıcı şəraitdə tətbiq edilir.
11.
Dövlət ictimai qruplarla (istehlakçı
təşkilatları, peşəkar cəmiyyətlər və
QHT-
lər) aktiv şəkildə
əməkdaşlıq edir və cəmiyyət tərəfindən
özünün
ən zəif üzvlərinə qarşı göstərilən humanizm və
qayğının səviyyəsi ilə
müəyyən olunan sosial resursun inkişafına kömək edir.
12.
Psixi sağlamlıq sahəsində
xidmətlər ümumi səhiyyə sisteminə inteqrasiya olunmuşdur və
onların əhəmiyyətli hissəsi ilkin tibbi yardım səviyyəsində göstərilir, bu zaman xidmətlər
istehlakçıya doğru yönəlir və tələbatdan asılı olaraq ədalətli şəkildə bölünür.
13.
Psixi sağlamlıq sahəsində bütün fəaliyyət psixi
pozuntulardan
əziyyət çəkən şəxslərin mümkün
olan maksimal dərəcədə sosial muxtariyyətinin
əldə edilməsinə, ailədə və cəmiyyətdə
adaptasiyasına və həyat keyfiyyətinin yüksəldilməsinə yönəlmişdir.
14.
Psixi sağlamlıq sahəsində tədbirlər müasir beynəlxalq standartlar əsasında həyata keçirilir və
sübutlu təbabət prinsiplərinə uyğun gəlir.
9
15.
Psixi sağlamlıq sahəsində fəaliyyət istehlakçılar və cəmiyyət
qarşısında hesabat verilməsi ilə
həyata keçirilir və yalnız resurslarla təmin olunma göstəriciləri
və aralıq nəticələrə görə deyil,
həm də son nəticələr əsasında qiymətləndirilir.
PSS-də Milli Strategiyanın ümumi məqsədləri
Əhalinin psixi sağlamlığının qorunmasının təmin olunması və ağır psixi pozuntuların inkişaf
riskinin azaldılması
Psixi pozuntulardan
əziyyət çəkən şəxslərə əlçatan, keyfiyyətli və kompleks yardımın
göstərilməsi üçün şərait yaradılması
Psixi
pozuntuları
olan şəxslərin hüquq və mənafelərinin qorunması, stiqma və diskriminasiyaya
qarşı müqavimət göstərilməsi
Ağır psixi pozuntuları
olan şəxslərin və onların ailələrinin sosial müdafiəsinin təmin edilməsi
Prioritet sah əl ər:
PS sistemi və insan hüquqlarının qorunması sahəsində tənzimlənmənin yaxşılaşdırılması və
sektorlararası qarşılıqlı əlaqənin inkişaf etdirilməsi
Psix
i sağlamlıq sisteminin resurs bazasının (kadrlar, texniki təchizat və maliyyələşdirmə) inkişaf
etdirilməsi
Əhali arasında psixi sağlamlıqla bağlı problemlərin əmələ gəlməsinin qarşısını almağa
yönəlmiş tədbirlər sisteminin gücləndirilməsi
Psixiatriya
xidmətlərinin ilkin səhiyyə sisteminə inteqrasiyası
PS sistemində xidmətlərin təkmilləşdirilməsi və psixi pozuntuları
olan şəxslərin sosial
müdafiəsinin yaxşılaşdırılması üzrə tədbirlərin təmin edilməsi
10
Prioritet sah əl ər ə uyğun g əl ən v əzif əl ər
Dostları ilə paylaş: |