Национальная стратегия в области психического здоровья


  İlkin səhiyyə səviyyəsində psixi pozuntuları



Yüklə 337,38 Kb.
Pdf görüntüsü
səhifə15/55
tarix25.12.2016
ölçüsü337,38 Kb.
#3154
1   ...   11   12   13   14   15   16   17   18   ...   55
4.2. 

İlkin səhiyyə səviyyəsində psixi pozuntuları

n ilkin profilaktik

asının həyata keçirilməsi

 

Psixi 


pozuntuların profilaktikası məlum bioloji, psixoloji və sosial amillərin mənfi təsirinə

 mane olmaq üçün 

onların  əmələ  gəlmə  riskinin  azaldılması  istiqamətində  kompleks  tədbirlərin  həyata  keçirilməsini  tələb 

edir. 


Bu tədbirləri əhalinin ən çox müdafiə tələb edən qruplarına yönəlmiş xüsusi tibbi və / və ya sosial 

yardım proqramları çərçivəsində yerinə yetirmək lazımdır.

 

Bu qruplara ağır xronik xəstəliklərdən əziyyət 



çəkənlər,  əlillər,  İİV

-

ə  yoluxmuşlar,  zorakılıq  qurbanları,  qaçqınlar,  keçmiş  döyüşçülər,  uğursuz  ailələr, 



psixi 

pozuntuları

 

olan şəxslərə qulluq edən ailələr, islahetmə müəssisələrində cəza çəkən və ya çəkmiş 



şəxslər, palliativ qulluğa ehtiyacı olanlar və onların yaxınları, həyat və ya peşə situasiyası yüksək stress 

səviyyəsi ilə bağlı olan şəxslər aiddir.

 

Uşağın tamdəyərli psixi inkişafının təmin edilməsi üzrə tədbirlər ilkin 



səhiyyə sisteminin əsas vəzifələri sırasına daxildir. Uşağın normal inkişafı mərhələləri haqqında gələcək 

valideynlərin  məlumatlılığını  artırmaq  və  inkişaf  pozulmalarının  erkən  aşkar  edilməsi  üsullarını  onlara 

öyrətmək lazımdır.

 

Ölkədə  fövqəladə  hallar  zamanı  psixi  sağlamlığın  qorunması  üzrə  tədbirlər  planı  mövcud  olmalıdır.  Bu 



tədbirlər  planı  müharibə,  texnogen  qəzalar,  təbii  fəlakətlər  və  terror  aktları  nəticəsində 

ciddi böhran 

vəziyyətinə düşmüş insanlara adekvat yardım və xidmətlər göstərilməsini təmin etməlidir.

  

4.3. 




Yüklə 337,38 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin