Normal halda şəxsi məmnunluq, vəzifədə inkişaf və maliyyə sabitliyi mənbəyi olan peşə fəaliyyəti
müəyyən şəraitdə psixi sağlamlığa mənfi təsir göstərə bilər. İş yerində meydana çıxan stress peşəkarlığın
azalması, həmkarlar arasında münaqişələr, məhsuldarlıq və intizamın aşağı düşməsinə gətirib çıxara
bilər. İşə götürənlər peşəkar fəaliyyətlə bağlı olan psixi sağlamlıq məsələləri haqqında məlumatlı olmalı və
i
ş yerlərində psixi pozuntuların profilaktikası
üzrə tədbirlər həyata keçirməlidirlər.
Dostları ilə paylaş: