pozuntuların diaqnostikasının təkmilləşdirilməsi
Psixi və davranış pozuntularının diaqnostikası yüksək doğruluq dərəcəsi ilə həyata keçirilməlidir, bu
dərəcə əksər somatik xəstəliklərin diaqnostikasındakından aşağı olmamalıdır. Standartlaşdırılmış
diaqnostik üsulların, diaqnostik meyarların və vahid şəklə salınmış qrafaların tətbiqi
psixi pozuntu
diaqnozunu yüksək dəqiqliklə müəyyən etməyə imkan verir. Psixi pozuntuların diaqnostikası müasir
beynəlxalq təsnifat prinsiplərinə əsaslanmalı və pasiyentin şikayətlərinin təhlili, anamnez məlumatlarının
toplanması, fiziki və psixi vəziyyətin müayinəsi, həmçinin diaqnostika prosesini obyektiv etməyə imkan
verən zəruri laborator, instrumental və psixoloji müayinələr (klinik şkalalar, sorğular, testlər) üzərində
qurulmalıdır. Uşaq və yeniyetmələrdə psixi pozuntuların aşkar edilməsi və diaqnozunun qoyulması üçün
klinik psixoloq, ailə həkimi, pediatr və məktəb psixoloqlarına təlim keçilməlidir.
5.3. Psixi
Dostları ilə paylaş: |