Azərbaycan Milli Elmlər Akademiyası İqtisadiyyat İnstitutu


Diaqram DSK-nın materialları əsasında tərtib edilmişdir



Yüklə 0,56 Mb.
səhifə66/93
tarix18.06.2023
ölçüsü0,56 Mb.
#132198
növüDərs
1   ...   62   63   64   65   66   67   68   69   ...   93
2009SosialsferanniqtisadiyyatDRSVsaiti

Diaqram 8.1
Diaqram DSK-nın materialları əsasında tərtib edilmişdir.

Təhsilə çəkilən xərclərin adambaşına düşən həccmi inkişaf etmiş ölkələrlə müqayisədə 10 dəfələrlə azdır. Belə ki, 2002-ci ildə Azərbaycanda büdcədən təhsilə çəkilən xərclərin adambaşına düşən həcmi 24 ABŞ dolları olub. 2003-cü ildə bu 28,8 ABŞ dolları, 2004-ci ildə 43,2 ABŞ dolları, 2008-ci ildə isə 140 ABŞ dollarına qədər artıb. Müqayisə üçün deyək ki, XX əsrin sonlarında dünya üzrə əhalinin hər nəfərinə təhsil xərcləri orta hesabla 230 dollar, o cümlədən Amerikada 600 dollar, Avropada 800 dollar təşkil edib.
ABŞ- da təhsilə çəkilən xərclər 1985-1995-ci illərdə 244,4 mlrd. dollardan 500 mlrd dollara, yüksələrək müdafiəyə çəkilən xərcləri 2 dəfə üstələyirdi. Ali təhsilə çəkilən xərclər isə 95,5 mlrd. dollardan 175 mlrd. dollara qədər artmışdır. Bu təhsilə çəkilən ümumi dövlət xərclərinin 14%-ni təşkil edir. ABŞ-da 25 yaş və ondan yuxarı əhalinin arasında ail təhsillilərin xüsusi çəkisi 1975-ci ildəki 7,7%-dən 1995-ci ildə 21,3%-ə yüksəlmişdir.

Qeyd etmək lazımdır ki, respublikamızda hazırda təhsil sistemində orta aylıq nominal əmək haqqı ölkə üzrə orta göstəricinin səviyyəsindən aşağı düşüb. Əgər 1990-cı ildə təhsil sistemində çalışanların orta aylıq nominal əmək haqqı ölkə üzrə orta göstəricinin 90,8%-ni təşkil edirdisə, 2003-cü ildə bu 54,6%-ə düşüb. 2009-cu ildə isə 87,2%-ə yüksəlib. Başqa sözlə, desək təhsil sistemində orta aylıq nominal əmək haqqının həcmi iqtisadiyyat üzrə orta göstəricidən 1,8 dəfə azdır.
İnkişaf etmiş ölkələrdə orta məktəb müəllimlərinin əmək haqqı sənaye üzrə orta göstəricidən (məsələn, ABŞ-da 1,8 dəfə, Almaniyada 2,1 dəfə) yüksəkdir. Azərbaycanda isə təhsil sferasında çalışanların orta aylıq əmək haqqı sənaye üzrə (emal və mədənşıxarma sənayesi üzrə) orta göstəricinin 41%-ni təşkil edir.
Bunları nəzərə alaraq, hazırda təhsil sahəsində beynəlxalq hüquqi normalara, o cümlədən, ölkə tərəfindən ratifikasiya edilmiş BƏT-in və Avropa Sosial Xartiyasının müddəalarına uyğun milli qanunvericilik bazasının yaradılmasına, əmək bazarında işçi qüvvəsinin keyfiyyətinin və rəqabət qabiliyyətinin yüksəldilməsinə, peşə hazırlığı sisteminin səmərəliliyinin artırılmasına, regionlarda təhsil səviyyəsinin yüksəldilməklə gənclərin peşə və ixtisasa yiyələnməsinə və regional əmək bazarlarının inkişaf etdirilməsinə, regionlardan gənclərn miqrasiyasının qarşısının alınmasına, Məşğulluq Xidmətinin fəaliyyətinin səmərəliliyinin yüksəldilməsinə, sosial tərəfdaşlığın inkişafına, əhalinin səmərəli məşğulluğunun təmin edilməsinə və ən nəhayət bütövlükdə ölkədə gənclərin peşə və ixtisasa yiyələnmək imkanlarının genişləndirilməsinə yönəldilmiş təhsil və məşğulluq siyasətinin mövcud reallıqlara əsaslanaraq həyata keçirilməsi bir vəzifə kimi qarşıda oturur. Azərbaycanın sivil dünyaya inteqrasiyası və dünya miqyasında nüfuzunun artırılması da məhz bu halda mümkün ola bilər.



Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin