Azərbaycan Milli Elmlər Akademiyası İqtisadiyyat İnstitutu


Cədvəl 9.1 Mədəniyyət müəssisələrinin sayı, (ilin sonuna)



Yüklə 0,56 Mb.
səhifə85/93
tarix18.06.2023
ölçüsü0,56 Mb.
#132198
növüDərs
1   ...   81   82   83   84   85   86   87   88   ...   93
2009SosialsferanniqtisadiyyatDRSVsaiti

Cədvəl 9.1
Mədəniyyət müəssisələrinin sayı, (ilin sonuna)




1990

1995

2000

2005

2007

2008

Kitabxanalar

4605

4794

4374

4004

4033

4029

Kütləvi kitabxanalarda oxucuların sayı, min nəfər




3031

2984

2372

2369

2482

Muzeylər

124

145

155

163

192

205

Muzeylərə gələnlərin sayı, min nəfər

1154

1143

1196

1477

1409

1383

Teatrlar

20

26

27

30

31

31

Teatrlara gələnlərin sayı, min nəfər

1376

1201

925

544

529

566

Kinoteatrlar

-

-

-

21

17

14

Kinoseanslara gələnlərin sayı, min nəfər

-

-

-

115.4

159.2

133.2

Mənbə: Azərbaycanın statistik göstəriciləri, Dövlət Statistika Komitəsi. 2009, səh.232;

Kitabxanalardakı kitab və jurnalların sayı da son on ildə 2,7 milyon nüsxə azalmışdır. Kitabxanalarda oxucuların sayı ilə bağlı vəziyyətə təsir göstərən amillərin sırasına informasiya-kommunikasiya texnologiyalarının sürətli inkişafı, insanların informasiya almaq mənbələrinin genişlənməsi, əhalinin həyat tərzi və s. daxildir.


Yeni iqtisadi münasibətlər şəraitində teatrların sayı isə artmışdır. Belə ki, respublikamızda peşəkar teatrların sayı 1990-cı ildə 20, 1995-ci ildə 26, 2008-ci ildə isə 31 olmuşdur. Teatrların sayı MDB-nin bəzi ölkələrində də, belə ki, Belarus, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya, Ukrayna və Özbəkis-tanda da artmışdır. Təəssüfləndirici haldır ki, son illərdə ölkə-mizdə teatra gələnlərin sayında kəskin azalma müşahidə olunur. Əgər 1990-cı ildə teatra gələnlərin sayı 1376 min nəfər idisə, 1995-ci ildə 1201 min nəfər, 2008-ci ildə isə 566 min nəfərədək azalmışdır. Əhalinin hər min nəfərinə teatra gələnlərin sayı 1995-ci ildə 195 nəfər olduğu halda, 1995-ci ildə 159 nəfər, 2005-ci ildə isə 66 nəfər olmuşdur. Bu azalma 2007-ci ildə də davam etmiş və teatra gələnlərin sayı daha da azalaraq 529 min nəfər olmuşdur. Lakin sevindirici haldır ki, 2008-ci ildə teatra gələnlərin sayında 7% artım müşahidə olunmuşdur.
Qeyd etmək lazımdır ki, teatra gələnlərin sayı ilə bağlı analoji vəziyyət digər MDB ölkələrində də mövcud olmuşdur. Belə ki, Belarusda, Gürcüstanda, Rusiyada teatra gələnlərin sayı azalmış Qazaxıstan, Moldova və Ukraynada teatra gələnlərin sayı isə artmışdır.
Amerika tədqiqatçıları U.Bomol və U.Bouen teatrların ziyanla işləməsinin səbəbini mədəniyyət xidmətlərinin istehsalı və istehlakının xüsusiyyətləri ilə əlaqələndirirlər. Onların fikrincə, bu istehsal və istehlak prosesinin üst-üstə düşməməsi, yaradıcı və tamaşaçının şəxsi təması, tamaşaçı kütləsinin tamaşalara gəlmək imkanlarının məhdudluğu, mədəniyyət sferasına elmi-texniki tərəqqinin nəticələrinin tətbiqi imkanlarının cüzi olması ilə izah edilməlidir.
Respublikamızda isə mütəxəssislər, keçid iqtisadiyyatının ilkin mərhələsində kinoteatrlara, teatrlara gələnlərin sayının azalmasını əhalinin həyat səviyyəsinin aşağı olması ilə əlaqələndirirdilərsə, hazırda isə respublikamızda bunun səbəbləri daha çox elmi-texniki tərəqqinin inkişafı ilə izah olunur. Lakin elmi-texniki tərəqqinin yüksək inkişaf etdiyi ölkələrdə son illərdə mədəniyyət müəssisələrindən istifadə edənlərin sayı nəinki azalmır, əksinə artmaqda davam edir.
Fikrimizcə, hazırda ölkəmizdə teatr sahəsində kəmiyyət göstəricilərinin azalmasını keyfiyyət göstəricilərinin aşağı düş-məsi ilə əlaqələndirmək olar. Teatrlar arasında rəqabət mühitinin zəifliyi, innovasiyaların tətbiq olunmaması, bədii cəhətdən zəif əsərlərin tamaşaya qoyulması, bəzi hallarda rejissor-aktyor əlaqələrinin peşəkarlığa deyil, şəxsi münasibətlərə əsaslanması tamaşaçı sayının azalmasına təsir göstərən amillərdəndir. Bu qeyd etdiklərimizin muzeylərlə sıx əlaqəsi olmadığı üçün onların sayı artmaqdadır. Belə ki, son illərdə istər muzeylərin, istərsə də onlara gələnlərin sayında artım müşahidə olunur. 1990-cı illə müqayisədə 2005-ci ildə muzeylərin sayı 124-dən 163-ə, onlara gələnlərin sayı isə 1154 min nəfərdən 1477 min nəfərə yüksəlmişdir. Əgər 1990-cı ildə əhalinin hər min nəfərinə 164 nəfər muzeyə gələn düşürdüsə, 2008-ci ildə 179 nəfər olmuşdur. 2008-ci ildə muzeylərin sayı daha da artaraq 205, onlara gələnlərin sayı isə 1383 min nəfər olmuşdur. Təbii ki, muzeyə gələnlərin sayına təsir göstərən amillər sırasına son illərdə xarici turistlərin sayının artması da daxildir.
Mədəniyyət və incəsənət sahəsində Azərbaycan Respublikası UNESCO (Birləşmiş Millətlərin Təhsil, Elm və Mədəniyyət Təşkilatı), İCESCO (İslam Konfransının Təhsil, Elm və Mədəniyyət Təşkilatı), Avropa Şurası kimi beynəlxalq və regional qurumlarla əməkdaşlıq edir və layihələrdə iştirak edir.
Azərbaycan Avropa Şurasının mədəniyyət sahəsinə aid olan mühüm bir layihəsində – “STAGE”-də (“Support for Transition in the Arts in Greater Europe”) iştirak etmişdir. Qeyd edək ki, mədəni özünəməxsusluğun dəstəklənməsi, mədəni müxtəlifliyin dəstəklənməsi, yaradıcılığın dəstəklənməsi, ölkənin mədəni həyatında bütün təbəqələrin iştirakının dəstəklənməsi layihənin əsas prinsiplərini təşkil edir.
İnformasiya-kommunikasiya texnologiyaları ilə təminat mədəniyyət və incəsənt sahəsində inkişafa nail olunmasına, bu obyektlərin dünyaya çıxış imkanlarının yaxşılaşmasına müsbət təsir göstərə bilər.
Mədəniyyətlərin qloballaşması prosesinin sürətləndiyi indiki şərait dövlət və qeyri-dövlət orqanlarının qarşısına bir sıra vəzifələr qoyur. Bunlara: mədəniyyət sferasına daxil olan qeyri-dövlət resursların artırılması; mədəni irsin qorunmasının təmin edilməsi və daşınar mədəniyyət sərvətlərinin, muzey fondlarının sayının artırılması; milli mədəniyyətin ümumdünya mədəni proseslərə inteqrasiyası; kitabxana-informasiya kompüter şəbəkə-sinin yaradılması və kitabxana fondlarının müasir komplektləş-dirmə mexanizminin yaradılması; kadr islahatlarının həyata keçirilməsi; beynəlxalq əlaqələrinin inkişafı və genişləndirilməsi; tarixi-mədəni irsin və mədəni potensialın qorunması; onların muzeylər vasitəsilə geniş miqyasda təbliği; mədəniyyət və incəsənət obyektlərinin bazar şəraitinə uyğunlaşdırılmasının təmin edilməsi və s. daxildir.
Bununla yanaşı, Avropa, Asiya, Amerika, Afrika dövlətləri, türkdilli və digər qonşu ölkələrin xalqları ilə mədəniyyət və turizm sahəsində ikitərəfli əlaqələrin möhkəmləndirilməsi, BMT, YUNESKO, ICESKO, Avropa Şurası, Avropa İttifaqı, TÜRK-SOY, MDB-nin Mədəni Əməkdaşlıq üzrə Şurası, Demokratiya və iqtisadi inkişaf naminə - GUAM, İKKROM, İRSİKA və s. beynəlxalq təşkilatlar çərçivəsində çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində həyata keçirilən tədbirlərin daha da genişləndirilməsi Azərbaycanın mədəni irsinin dünya miqyasında tanıtdırıllmasında əhəmiyyətli rol oynya bilər.


Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin