Azərbaycan miLLİ elmlər akademiyasi nizami adina əDƏBİyyat institutu


Çağdaş Azərbaycan postmodern romanı



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə84/93
tarix18.03.2023
ölçüsü1,04 Mb.
#88717
1   ...   80   81   82   83   84   85   86   87   ...   93
Çağdaş-Azərbaycan-postmodern-romanı

Çağdaş Azərbaycan postmodern romanı 
91 
sanı yaradılışın əşrəfi sayır. Beşgüşəli ulduzun aşağıdakı 
iki ayağı su və torpağı, insan qolu kimi yanlara açılan iki 
güşə od və havanı, baş isə Yaradanı özündə gizlədir. Bu 
beşlik tamdır. Fikir verirsən, Tanrı başdır, birincidir, tək-
dir, idarə edəndir». 
Azərbaycan postmodern romanda simvolik obrazlar 
arasında kollektiv obrazlar xüsusi yer tutur. Bu obrazlar 
vasitəsilə vaxt və məkan ilə məhdudlaşmayan kollektiv id-
rak və kollektiv iradəyə malik subyekt açıqlanır. 
S. Rüstəmxanlının tarixi və mənəvi dəyərlər kəsb edən 
«Göy Tanrı» romanında kollektiv bəy obrazları (Toboxan 
oğlu Duman bəy, Tarduş oğlu Tengiz xan, Bögüxan oğlu 
Ənik bəy və sair) obrazı maraq kəsb edir. Bir-biriləri ilə 
şəxsi mənafeləri üçün inciyən bəylər, ümumi mənafe uğ-
runda birləşirlər. Düşmən casuslarının fəaliyyətləri bu bəy-
lərin qarşılarına qoyduqları amalları həyata keçirmək məq-
sədlərindən döndərə bilmir. Romanda qəhrəmanların 
mənəvi üstünlükləri kollektiv, birlik şəklində incəliklə 
açıqlanır. 
Ş. Sadiqin «OdƏrlər» romanında kollektiv obrazların 
təsvirində qabarıq şəkildə bir daha təsdiqini tapır. Müasir 
nəslin keçmişin davamçıları devizi ilə çıxış edən müəllif 
bu bağlılığı yaşlı və gənc nəsillərin fəaliyyətlərində müəl-
lif interpretasiyası ilə əks etdirir. Romanda xalqın tarixini, 
cəmiyyətin formalaşmasındakı və inkişafındakı rolunu, 
Qarabağ hadisələri və dövlətin əsl sahibləri tərəfindən bir-
birindən xəbərsiz beş qəhrəmanın (gizir Alıyev Elçin, ka-
pitan Altay Cavadov, gizir Arslan Sultanbəyli, əsgər Ər-
toğrul (Məhəmməd) Hüseynov, əsgər Ayxan İsmayılov) 
vətənpərvərlik mübarizəsini bədii dillə əks etdirir. 


S
S
a

Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin