Azərbaycan Respublikası Dövlət Neft Şirkəti


Şəkil 3.13. Açılan metal dayaq. 1 - dayaq; 2 – dairəvi qayka



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
səhifə57/84
tarix30.08.2023
ölçüsü1,15 Mb.
#141069
1   ...   53   54   55   56   57   58   59   60   ...   84
Dənizdə təhlükəsizlik

Şəkil 3.13. Açılan metal dayaq. 1 - dayaq; 2 – dairəvi qayka
3 –qulp; 4 - mil (çiv); 5 –xarici boru; 6 – daxili boru; 
125


7 - şarnir; 8 - dabanaltı
126


Gəmidə istifadə olunan aşılan metal dayaqların dörd modifikasiyası
vardır (cədvəl 2).
Cədvəl 2. Açılan metal dayaqlar.
 Xarici
borunun
diametri, mm
Daxili
borunun
diametri, mm 
Ən böyük
uzunluğu, 
mm
Dayağın
kütləsi, kq
İcazə verilən
yükləmə, kN
(tg)
65
54
2500
23
15 (1,5)
60
48
1500
18
15 (1,5)
48
38
1700
8
7,5 (0,75)
55
38
600
6,7
30 (3)
Açılan metal dayaqları saz və istifadəyə dərhal hazır vəziyyətdə saxlamaq
lazımdır. Dayağın istifadəyə hazırlığını yoxlayarkən detalların, əsasən də oxun
(etibarlı bərkitməni təmin edir) komplektliyinə, bütün yivli hissə üzrə qaykanın
hərəkətinə, daxili borunun xarici borunun içində hərəkət rahatlığına, yivlərdə və
şarlı birləşmələrdə zədələrin olmamasına diqqət yetirmək lazımdır. Dayağı
yığılmış vəziyyətdə, xarici borunun dabanaltısı üzərində şaquli şəkildə saxlamaq
tövsiyə edilir. Qayka aşağı vəziyyətdə olmalıdır. Şarnir və yivli birləşmələr
yağlanmalıdır. 
3.5. Yumşaq plastırın quruluşu və qoyulması.
Yumşaq plastırın növləri.
Suyun
 
hidrostatik təzyiqinin olduqca böyük
qüvvələrinin plastıra təsiri səbəbindən böyük, bəzi hallarda isə orta dəliklər
gəminin daxilindən tutula bilmir. Böyük dəliklər yaranmış bölmələr ani dəqiqələr
və ya saniyələr ərzində su ilə dolur, buna görə də dəlikdən su məsrəfinin olmadığı
halda onların ilkin olaraq tutulması ilkin olaraq gövdənin xaricindən həyata
keçirilir. Bunun üçün gəmilərdə yumşaq plastırlardan istifadə olunur. Onlar gəmi
gövdəsini dövrələmələrinin şəklini almağa qadirdirlər. Yumşaq plastırlara -
halqalı, şpiqləşdirilmiş (doldurulmuş), Makarov – tədris plastırları aiddir.
Halqalı plastır
(şəkil 3.14) bütün yumşaq plastırlardan ən möhkəmidir.
O, plastır dartılan zaman kvadrat şəklini alan, öz aralarında birləşdirilmiş metal
dairələrdən ibarət 9mm diametrində elastik polad burazdan olan metal halqalı toru
(5) özündə təmsil edir. Metal tor hər iki tərəfindən iki lay parusinlə üzlənmişdir. 
127


Hər özəyin altında tikilən üçqat parusin şaybalar (4) qoyulmuşdur, hansıların ki,
vasitəsilə parusinlərin bütün layları öz aralarında tikilir. Halqalı tor suyun təzyiqi
ilə parusinlərin dəliyin içərisinə keçməsinə mane olur. Plastır bir ümumi kəndir
lifindən olan liktrosla (2) haşiyələnmişdir, hansına ki, torun polad liktrosu (3)
birləşdirilir. Plastırın bütün tərəflərinin künclərində və ortasında plastırı qoyarkən
sonucları bərkidilmək üçün liktrosa ilgəklər (1) qoyulmuşdur. 3x3m ölçülü
plastırın kütləsi 90 kq-a bərabərdir. 

Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin