2.2.Dünya Alüminium Xammal Hasilatı
Alüminium istehsalı üçün xammal boksit, gil-torpaq, alunit, alüminium qırıntılar
hesab olunur. Dünyada əsas xammal olaraq
boksitdən
istifadə olunur. İstehsalatda 5-6 ton
boksitdən 2 ton gil-torpaq bundan isə 1 ton alüminium alına bilər. Əsas boksit yataqları
tropik və subtropik ərazilərdə cəmləşib. Dünya üzrə baxsaq boksit ehtiyatları 7 regionda
cəmləşib: Qərbi və Mərkəzi Afrika (əsasən Qvineya), Cənubi Amerika (Braziliya,
Venesuella, Surinam), Karib dənizi hövzəsi (Yamayka), Okeaniya və Cənubi Asiya
(Avstraliya, Hindistan), Çin, Aralıq dənizi hövzəsi (Yunanıstan), Rusiya (və Qazaxıstan).
Cədvəl 10. Dünya boksit ehtiyatları 2014-cü il.
Dostları ilə paylaş: |