üçün)
tibbi xələtlər
cərrahi geyimlər
gündəlik dəyişilən qoruyucu maskalar
hər manipulyasiyada dəyişilən steril əlcəklər
qoruyucu eynəklər
Cədvəl 7. Hemodializ seansı zamanı istifadə edilə bilən əsas
dərman vasitələrinin siyahısı (dərmanların təyini xəstənin
vəziyyətinə, laborator göstəricilərin səviyyəsinə uyğun
müəyyənləşdirilir)
Dərman vasitələrinin adı Buraxılış forması
Dərman
vasitələrinin dozası
Epoetin alfa (Eprex
)
şpris 2000
TV/seans
Epoetin betta (Mirsera
*
)
şpris 50-75
mkq/hər ay
Fe dekstran (Kosmofer
*
)
ampul 2 ml
1 ampul, 100 mq
Fe saxaroza (Venofer
*
)
ampul 2 ml, 5 ml
1 ampul, 100 mq
Albumin
flakon 10%, 20 %
50,0 ml
Aminturşu tərkibli məhlullar
flakon 5%,
flakon 8,4%
250,0 ml,
500,0 ml
Kalsium-karbonat Həblər
1-2 həb x 3 dəfə
(1000-2000 mq)
Suda həll olan vitaminlər:
Tiamin xlorid B1
Piridoksin hidroxlorid B6
Sianokobalamin B12
Askorbin turşusu C
1% ampul 1,0 ml
5% ampul 1,0 ml
200 mkq, 500 mkq
- ampul 1,0 ml
5% ampul 2 ml
1-2 ampul
1-2 ampul
1-2 ampul
1-2 ampul
NaCl fizioloji məhlul flakon
0,9%
1000,0-1500,0
ml
Heparin
flakon 5 ml
2500 TV
Kiçik molekullu heparinlər:
Nadroparin sodium
(Fraxiparin
*
)
Enoxaparin sodium (Kleksan
*
)
şpris 0,3 ml; 0,6 ml
şpris 0,2 ml; 0,4 ml;
0,6 ml; 0,8 ml
2850 BV, 5700 BV
20 mq-80 mq
L-karnitin (Kartan
*
)
1q/5ml ampul
1 ampul
generik adı.
Klinik protokol Az
ərbaycan Respublikas
ı S
əhiyy
ə Nazirliyinin
İctimai S
əhi
yy
ə v
ə
İslahatlar M
ərk
əzind
ə haz
ırlanm
ış
dı
r.
31
Xəstənin vəziyyətindən asılı olaraq kardiotrop, hepatotrop,
hipotenziv, anabolik, sakitləşdirici, kardiotonik və s. simptomatik
müalicə vasitələri fərdi qaydada istifadə edilə bilər
.
Cədvəl 8. Hemodializ xəstələrinin qida rasionu
1. Ət, balıq, quş əti Gün
ərzində 100 q
2. Yumurta
Həftədə 1 dəfə
3. Süd, xama, ağartı məhsulları (qatılaşmış, toz
və yağlı süd istisna olmaqla)
Gün ərzində 120-130 q
4. Meyvə (quru meyvələr, yemiş, banan, kivi
istisna olmaqla)
Gün ərzində 100 q
(təzə halda və ya təzə
kompot kimi)
5. Qoz,
fındıq Məsləhət deyil
6. Suda
hazırlanmış tərəvəz və kartof (paxlalı
bitkilər, zeytun, pomidor, kartofdan
hazırlanmış qızarmış qidalar istisna olmaqla)
Göyərtili salat
formasında 30 q gün
ərzində
7. Çörək, un məmulatları (yarma və çovdar
çörəyi istisna olmaqla)
Tələb olunan qədər
8. Şirniyyat (kakao, qəhvə, şokolad istisna
olmaqla)
Tələb olunan qədər
9. Maye
qəbulunun həcmi Sutkalıq sidiyin
miqdarı + 500 ml/gün
ərzində
Cədvəl 9. Ümumiyyətlə, əvəz olunmayan aminturşuların gündəlik
tələbatı aşağıdakı kimi müəyyən edilir (qramla)
Valin
3,3 - 3,4
Leysin
5,4 - 12,6
İzoleysin
3,0 - 3,7
Treonin
3,2 - 3,6
Metionin+sistin
3,6 - 4,1
Triptofan
0,9 - 1,2
Histidin
1,6 - 2,4
Lizin
4,6 - 6,0
Klinik protokol Az
ərbaycan Respublikas
ı S
əhiyy
ə Nazirliyinin
İctimai S
əhi
yy
ə v
ə
İslahatlar M
ərk
əzind
ə haz
ırlanm
ış
dı
r.
32
Bunu nəzərə alaraq, əsas qida maddələrində adı çəkilən
aminturşuların nisbəti cədvəl 10 göstərilir.
Cədvəl 10. Qida məhsullarında aminturşuların miqdarı
(qramla) (100 q ərzaqda)
Məhsulun
adı
Tri
pto
fa
n
Lizin
Fenil
alanin
Meti
oni
n +
sistin
Treoni
n
Leysin
İzole
ysin
Valin
Ət
0,26 1,62 1,65 0,86 0,86 2,40 0,70 0,70
Süd
0,06 0,27 0,40 0,14 0,17 0,60 0,16 0,16
Çörək
0,08 0,24 0,81 0,41 0,29 1,08 0,41 0,41
Paxlalı
qidalar
0,71 2,57 4,61 1,43 1,90 3,50 1,90 2,20
Düyü
0,20 0,38 0,98 0,48 0,32 1,17 0,42 0,52
Şübhəsiz ki, bəzi bitki məhsullarının zülalı heyvani zülal kimi
yüksək bioloji dəyərliyə malikdirlər.
Sübut olunub ki, paxlanın, düyünün, kartofun və s. zülalları öz
tərkibinə görə heyvani zülallar yaxın olub nisbi yüksək dəyərlidirlər.
Klinik protokol Az
ərbaycan Respublikas
ı S
əhiyy
ə Nazirliyinin
İctimai S
əhi
yy
ə v
ə
İslahatlar M
ərk
əzind
ə haz
ırlanm
ış
dı
r.
33
UŞAQ VƏ YENİYETMƏLƏRDƏ HEMODİALİZİN
ƏSAS PRİNSİPLƏR
1. Hemodializ üçün şərtlər
PEDİATRİK STANDART 1. Uşaqlarda HD çox profilli
müalicə imkanları olan ixtisaslaşmış uşaq tibb mərkəzlərində
aparılmalıdır.
Uşaqlarda HD çox profilli müalicə imkanları olan ixtisaslaşmış
uşaq tibb mərkəzlərində aparılmalıdır. Müxtəlif profilli
mütəxəssislərin konsultasiya və müayinəsi aparılmalıdır. Əksər
uşaqlarda XBÇ anadangəlmə və qazanılmış əsas xəstəliklərin
fəsadı olduğundan onların hərtərəfli müayinəsi vacibdir.
Uşaqlarda böyrəklərin ultrasəs müayinəsi, ailə anamnezi, daimi
proteinuriya, əvvəllər kəskin böyrək çatışmazlığının olması
ətraflı müayinə edilməlidir. Xəstəliyin vaxtında aşkar edilməsi,
arterial hipertenziya, proteinuriyaya qarşı erkən tədbirlərin
aparılması əvəzedici müalicənin planlı və vaxtında yerinə
yetirilməsini təmin edir.
Ehtiyac olduqda uşağın və onu müşayiət edən şəxsin təcili
evakuasiyası üçün nəqliyyat olmalıdır.
Ehtiyac olduqda dayə kimi qulluq edə bilən növbətçi olmalıdır.
Kiçik yaşlı uşaqlarda ev HD məsləhət olunur, lakin
yeniyetmələrdə dializ olunacaq mərkəzlə əlaqə yaradılması
adekvat hesab edilir. (C)
Yeniyetmələr böyük şəxslər üçün olan HD mərkəzlərinə təhvil
verilmək üçün hazırlanmalıdır. Bu zaman xəstə göndərən və
qəbul edən mərkəzlər arasında qarşılıqlı razılaşma olmalıdır.
Dializ mərkəzi həkim-nefroloq, cərrah, anestezioloq, dietoloq,
uşağa qulluq üzrə mütəxəssis, psixoterapevt, dərman qəbulu üzrə
təlimatçı ilə təchiz edilməlidir.
Xroniki böyrək xəstəliyi olan bütün uşaqlar əvəzedici böyrək
terapiyası üçün potensial namizəd kimi qəbul edilməlidir.
Hemodializə əsasən peritoneal dializ mümkün olmayan xəstə
uşaqlar cəlb olunur.
PEDİATRİK STANDART 2. Yeniyetmələrin dializ mərkəz-
lərinə ötürülməsi mərkəzlər arasında birlikdə razılaşdırılmalıdır.
Klinik protokol Az
ərbaycan Respublikas
ı S
əhiyy
ə Nazirliyinin
İctimai S
əhi
yy
ə v
ə
İslahatlar M
ərk
əzind
ə haz
ırlanm
ış
dı
r.
34
PEDİATRİK STANDART 3. Yenidoğulmuşlar, uşaq yaşlı
və yeniyetmə xəstələr adekvat ölçüdə HD pompaları, qan
magistralları ilə təminat olmalıdır.
Yüksək qan axınını təmin edə bilən ikiyollu iynələrin istifadəsi
daha effektivdir.
PEDİATRİK STANDART 4. Uşaqlar üçün minimum Kt/V
1,2 və URR > 65% olmalı və hər ay təkrar yoxlanmalıdır.
2. Dializin adekvatlığının laborator və klinik indekslərinə aiddir:
Dializdən qabaq qan zərdabında fosfatların miqdarının normal
səviyyənin 50%-nə bərabər olması məsləhətdir. (C)
Dializdən qabaq qanda kalsiumun səviyyəsinin normal olması
məsləhətdir. (C)
Plazmada PTH-ın səviyyəsi mübahisəli olsa da, onun
səviyyəsinin yuxarı həddən minimum 2 dəfə az olması
məqsədəuyğundur. (C)
Dializdən qabaq Hb-nin konsentrasiyası yaşa uyğun səviyyədə
saxlanmalıdır. (B)
Ferritin miqdarı 100-200 mkq/l səviyyəsində olmalıdır.
Boy və başın ölçüsü hər ay (2 yaşa qədər) ölçülməli və normal
göstərişlərlə tutuşdurulmalıdır. Çəki mütəmadi dəqiq
ölçülməlidir.
Pubertant yaşda inkişaf 10 yaşa qədər hər 3-6 aydan bir olmaqla
təyin edilməlidir.
PEDİATRİK STANDART 5. Boyun və inkişafın sürəti hər 6
aydan bir dializin adekvatlığını qiymətləndirmək üçün müəyyən
olunmalıdır. (C)
PEDİATRİK STANDART 6. Euvolemik göstəricisi inkişaf
edən uşaqlarda mütəmadi qiymətləndirilməlidir.
Uşağın qan təzyiqi ciddi nəzarət olunmalı və normal səviyyədə
saxlanmalıdır.
3. Damar yolu
Kiçik yaşlı uşaqlarda fistulanın qoyulması problem yarada
bildiyindən, belə halda tunelləşdirilmiş yoldan istifadə daha
məqsədəuyğundur.
Klinik protokol Az
ərbaycan Respublikas
ı S
əhiyy
ə Nazirliyinin
İctimai S
əhi
yy
ə v
ə
İslahatlar M
ərk
əzind
ə haz
ırlanm
ış
dı
r.
35
PEDİATRİK STANDART 7. Fistulanın qoyulmasından əvvəl
uşağın və ailənin psixoloji hazırlanması və tibb baxımdan
məlumatlandırılması vacibdir. (C)
Arteriovenoz fistulanın ilkin kateterizasiyasının vaxtı damarın
diametrindən asılı olaraq müxtəlifdir. (C) Ümumiyyətlə, fistula
2-4 həftədən sonra punksiya edilə bilər.
Hər uşaq üçün dializator və qan magistralları fərdi seçilməlidir.
Nəzərə alınmalıdır ki, uşaqlarda qanın ümumi həcminin 8%-ə
qədəri ekstrakorporal şəbəkədə qala bilər. Dializatorun səthinin
sahəsi uşağın bədən səthinin sahəsinə təxminən bərabər
olmalıdır. Nasosun sürəti ekstrakorporal qanın həcminə uyğun,
yəni təxminən 6-8 ml/kq dəq. olmalıdır.
Hər bir hemodializ seansı zamanı bədəndən xarici edilən
mayenin miqdarı ümumi çəkinin 5%-indən çox olmamalıdır.
Göstəriş olmadıqda körpücükaltı venanın kateteriziasiyası
aparılmamalıdır, belə ki, onun uğursuzluğu zamanı həmin tərəfdə
arteriovenoz fistulanın fəaliyyətində problem yarana bilər.
Mərkəzi vena damarlarında (kateter) infeksiyanın olması 1000
nəfərdən 1,2-1,6 nəfərində baş verə bilir və dializə qoşulmanı
mümkünsüz edən əsas səbəblərdəndir.
İxtisaslı cərrah və ya damar mütəxəssisi tərəfindən anesteziya
altında dializə qoşulmaq üçün damar yolu yaradılmalıdır.
PEDİATRİK STANDART 8. Damar yolunun cərrahi həlli
bu sahədə ixtisaslaşmış və təlim keçmiş tibb personalı tərəfindən
aparılmalıdır.
Xroniki böyrək xəstəliyi olan bütün uşaqlar böyrək əvəzedici
terapiya üçün potensial namizəd kimi qəbul edilməlidirlər. (C)
HD-ə əsasən peritoneal dializ aparmaq mümkün olmayan xəstə
uşaqlar cəlb olunur.
Dializ alan uşaqlarda pəhrizin xüsusiyyətləri
Uşaqlarda qidalanmanın səviyyəsi müalicənin effektivliyinə təsir
edən əsas amillərdəndir. (B)
Anoreksiya uşağın fiziki statusuna mənfi təsir etməklə, zülal
çatışmazlığı yaradır.
Klinik protokol Az
ərbaycan Respublikas
ı S
əhiyy
ə Nazirliyinin
İctimai S
əhi
yy
ə v
ə
İslahatlar M
ərk
əzind
ə haz
ırlanm
ış
dı
r.
36
Homometrik göstəricilərinə uyğun olaraq uşağın enerji tələbatı
yalnız yağ və karbohidratların hesabına 1:1 nisbətində ödənilir.
(B)
Doymamış və doymuş yağların nisbəti 1,5:1 təşkil edir.
Yenidoğulmuşlarda və körpələrdə zond və ya qastrostoma ilə
enteral qidalanmaya ehtiyac olur.
Natriumun qəbulu məhdudlaşdırılır (hipertenziya, ödemlər və
hiperhidratasiyanın qarşısını almaq məqsədilə). (B)
Zülal qəbulu 0,7-0,8 kq/gün səviyyəsinə qədər məhdudlaşdırılır.
Uşağın müalicəyə dözümlülüyünü artırmaq üçün dializin ilk
saatlarında pəhrizin bir qədər pozulmasına icazə verilə bilər.
Peritoneal dializ alan uşaqlarda xüsusilə körpələrdə qlükozanın
peritondan keçməsinə (1,5-3 q/kq/gün) mütənasib olaraq
karbohidrat qəbulu azaldılır, zülal qəbulu isə peritoneal itki
səbəbindən normanın 180%-nə qədər artır. (B)
Dializ alan uşaqlarda anemiyanın korreksiyası
Hemotokritin məqsədli göstəriciləri 32-36% olmalıdır.
Terminal XBÇ-dan əvvəl renopriv anemiyanın müalicəsi
məsləhətdir.
Əvəzedici müalicə başlandıqda uşaqlarda böyrəkdə nisbətən daha
artıq dozada EPO preparatları ilə müalicə təyin edilməlidir.
5 yaşa qədər uşaqlarda EPO dozası 300-400 TV/kq/həftə.
5-15 yaşda EPO dozası 150-300 TV/kq/həftə.
15 yaşdan yuxarı EPO dozası 100-159 TV/kq/həftə dozasında
olmalıdır.
İkincili hiperpartireoz olarsa, EPO dozası artırılmalıdır.
Dərialtı yeritmə daha effektiv hesab edilir. Ağrı olarsa, lokal
anestetiklər istifadə edilə bilər.
Əksər xəstələrə dəmir preparatlarının 2-5 mq/kq/gün dozada
qəbulu məsləhət olunur.
Dəmir defisitinin monitorinqi qanda ferritinin, transferrinin
doyumluğu, dəmirin miqdarı, hipoxrom eritrositlərin təyini ilə
aparılır.
Klinik protokol Az
ərbaycan Respublikas
ı S
əhiyy
ə Nazirliyinin
İctimai S
əhi
yy
ə v
ə
İslahatlar M
ərk
əzind
ə haz
ırlanm
ış
dı
r.
37
NƏTİCƏ
1.
Adekvat səviyyəli personalla komplektləşdirmə (həkim, cərrah,
radioloq, anestezioloq, diyetoloq, psixi-sosial təminat, dərman və
təlim təminatı)
2.
Dializ parametrlərinin (qan həcmi, magistrallar, dializator və
qanın axma surəti) düzgün təyin olunması
3.
Başın, çəkinin və boyun inkişafda ölçülməsi
4.
Məktəbə davamiyyət
5.
Dializdən qabaq qan təzyiqinin səviyyəsi
Klinik protokol Az
ərbaycan Respublikas
ı S
əhiyy
ə Nazirliyinin
İctimai S
əhi
yy
ə v
ə
İslahatlar M
ərk
əzind
ə haz
ırlanm
ış
dı
r.
38
PASİYENT ÜÇÜN MƏLUMAT
Hemodializ haqqında
Sizin, böyrəklərin fəaliyyəti pozulmuş bir xəstə kimi, böyrək
funksiyasını əvəz edən müalicə üsulu haqqında məlumatınız
olmalıdır. Belə ki, məlumat sizin yaşama keyfiyyətinizi və müalicəyə
inamınızı artırmağa xidmət edir.
Təəssüflər olsun ki, çox zaman xəstələrin öz xəstəlikləri və onun
müalicəsi haqqında düzgün və ətraflı informasiyaya malik olmaması
onların həyat stimulunu azaldır, müalicəyə ümidsizlik yaradır və
onun effektivliyini aşağı salır.
Xroniki böyrək xəstəliyi olan bütün xəstələr və onların yaxın
qohumları hemodializ və peritoneal dializ, ona göstəriş və əks-
göstərişlər, baş verə biləcək fəsad və ağırlaşmalar, növbəti etapda
böyrək köçürülməsi barədə hərtərəfli məlumatlandırılmalıdır.
Dializ metodunu necə seçməli?
Əksər hallarda xəstələr dializ haqda məlumatı müxtəlif
xəstələrdən, şöbələrdə çalışan kiçik tibb işçilərindən, xəstələrin
qohumlarından alırlar. Bu isə subyektiv olaraq müalicə haqda qeyri-
peşəkar informasiya almağa və bəzən xəstələrin bu üsuldan imtina
etməsinə və ya məcburi qaydada cəlb olunmasına səbəb olur.
Yadda saxlamaq lazımdır ki, HD haqqında düzgün, peşəkar
məlumatı yalnız həkim verə bilər. Ona görə də, müalicəyə
başlanmazdan əvvəl dializ həkimi tərəfindən müayinə olunmağınız,
ətraflı məlumat almağınız vacibdir.
Hemodializ – xroniki böyrək xəstəlikləri üçün müalicə yox,
yaşam üsuludur!
Hemodializ (HD) nədir?
HD – böyrəklərin fəaliyyətinin pozulması nəticəsində bədəndə
artıq toplanan maddələrin, azot qalıqlarının və mayenin xaric
edilməsi üsuludur. HD həftədə 3 dəfə periodik olaraq daimi aparılır.
HD aparmaqdan ötrü qan damarlarına sərbəst giriş təmin
olunmalıdır.
Klinik protokol Az
ərbaycan Respublikas
ı S
əhiyy
ə Nazirliyinin
İctimai S
əhi
yy
ə v
ə
İslahatlar M
ərk
əzind
ə haz
ırlanm
ış
dı
r.
39
Kateter nədir?
Xəstəyə təcili olaraq HD aparmaq üçün iri-venalardan birinə
(boyunda və ya qasıqda) müvəqqəti olaraq kateter daxil edilir. Bu,
qan laxtalanmasına və infeksiya yaranmasına səbəb ola bilsə də, bir
sıra narahatlıqlar yaratsa da, xüsusilə qadınlar üçün estetik olmasa
da, xəstələr üçün belə kateterlər rahat qəbul edilir və bəzən bir neçə
ay və ya il xəstəyə xidmət edir.
Fistula nədir?
Sizin qan dövranınızı dializ zamanı təmin etmək üçün daha
etibarlı və davamlı vasitə fistuladır. Adi halda venalarda qanın axın
sürəti zəif olur və dializ üçün qan dövranını təmin edə bilmir. Belə
ki, dializ üçün bir dəqiqədə minimum 200 ml. qan axını tələb olunur
ki, bunu da yalnız fistula ödəyə bilir. Fistula arteriya və vena
arasında süni birləşmədir, bu zaman vena arteriya tərəfdən yüksək
təzyiqə məruz qaldığından onun divarları qalınlaşır, dəridən aydın
hiss olunur və punksiya asanlaşır.
Fistula necə yaradılır?
Fistula adətən sol saidin aşağı ⅓ hissəsində, bilək nahiyəsinə
yaradılır. Nəzərə alınır ki, fistula qoyulan ətrafda damarların diametri
böyük olsun və qol sərbəst hərəkət edə bilsin.
Fistula əməliyyat otağında yerli anesteziya altında qoyulur. Vena
və arteriya bir-birinə tikildikdən sonra 2-8 həftə ərzində fistulanın
formalaşması prosesi gedir. Bu müddətdə qanın axını xəstə
tərəfindən dərinin üstündən hiss olunur. Barmaqla hiss edilən bu hal
fistulanın fəaliyyətdə olduğunu göstərir.
Fistula necə işləyir?
Fistula, 2 iynə vasitəsilə dializə xəstəni qoşmağa təminat verir.
İynə ilə punksiya olunarkən ani ağrı olsa da, bu tez keçib gedir. Həm
arteriya, həm də venoz iynə dəridən damara keçirildikdən sonra
xüsusi birləşdirici borular vasitəsilə, qan bir iynədən cihaza
(dializator) doğru axır, filtrdən keçərək təmizlənir, o biri iynə ilə
yenidən xəstənin bədəninə qayıdır. Dializ zamanı siz otura, uzana,
kitab oxuya, televizora baxa bilərsiniz.
Klinik protokol Az
ərbaycan Respublikas
ı S
əhiyy
ə Nazirliyinin
İctimai S
əhi
yy
ə v
ə
İslahatlar M
ərk
əzind
ə haz
ırlanm
ış
dı
r.
40
Fistulaya qulluq necə olmalıdır?
Bura sizin əməl edəcəyiniz bir sıra məqamlar aiddir:
fistula olan qolda qan təzyiqini ölçmək olmaz
fistula olan qola inyeksiya etmək, qan götürmək, sistem qoymaq
olmaz
biləyi və qolu sıxa biləcək saat, qolbaq, elastik geyimdən istifadə
edilməməlidir
həmin qol üstə yatmaq olmaz
kəsici alətlərlə ehtiyatlı olmaq lazımdır.
Düzgün qulluq olduqda və fistulanın fəaliyyətinə daim nəzarət
olduqda, o uzun müddət sizə xidmət göstərə bilər.
Hemodializ hansı rejimdə aparılmalıdır?
İdeal halda HD həftədə 3 dəfə hər dəfə 3-4 saat olmaqla aparılır.
İlk dövrlərdə və ümumiyyətlə böyrəklərin fəaliyyəti az da olsa
saxlanılan hallarda seansların müddəti və tezliyi azala bilər. Vaxtaşırı
olaraq qanın analizləri aparılmalı və düzgün qərar yalnız bundan
sonra dializ həkimi tərəfindən verilə bilər.
Xüsusi pəhriz gözləməyə ehtiyac varmı?
HD xəstələrinin əksəriyyəti pəhrizdə müəyyən düzəlişlər
etməlidirlər. Xüsusilə də qida rasionunda kalium, fosfatlar, duzla
zəngin qidalar məhdudlaşdırılmalıdır. Pəhriz fərdi qaydada dietoloq
tərəfindən tərtib edilməlidir. Zülalın qəbul miqdarı xəstənin
keyfiyyətli yaşayışını və əhvalını təmin etməlidir.
Sizin rast gəldiyiniz əsas məhdudiyyət qəbul edilən suyun
miqdarı ilə bağlıdır. Əgər ilk seanslarda sutkada sidik ifrazı saxlansa
da, sonrakı dövrdə sidiyin miqdarı kəskin azalır. Bu səbəbdən
dializarası dövrdə qəbul edilən maye bədəndə yığıldığından,
ödemlər, arterial hipertenziya, təngnəfəslik, bəzən boğulma,
narahatlıq baş verir. Ümumiyyətlə, dializarası dövrdə xəstə hər gün
üçün ifraz edilən sidiyin miqdarından 500 ml artıq maye qəbul edə
bilər və yaxud dializarası dövrdə çəki artımı bədənin ümumi
çəkisinin 2-3%-i qədər ola bilər. Buna əməl olunmaması getdikcə
xəstənin vəziyyətində ağır fəsadların baş verməsi ilə nəticələnir.
Klinik protokol Az
ərbaycan Respublikas
ı S
əhiyy
ə Nazirliyinin
İctimai S
əhi
yy
ə v
ə
İslahatlar M
ərk
əzind
ə haz
ırlanm
ış
dı
r.
41
HD-in peritoneal dializdən üstünlüyü:
müalicə seansları stasionar şəraitdə tibb personalının nəzarəti ilə
aparılır
xəstə, xüsusilə yaşlı şəxslər özünü arxayın hesab edir
seansarası əlavə müalicəyə ehtiyac olmur, xəstə dializarası
dövrdə şəxsi işləri ilə məşğul olur
şöbədə aseptika gözlənildiyindən infeksiyalaşma riski az olur
HD-in çatışmayan cəhətləri:
həftədə 3 dəfə dializ şöbəsinə gedib-gəlmək yorucu olur
xüsusi pəhrizə və maye qəbuluna nəzarət olunmalıdır
hər dəfə iynə vurulması qorxusu baş verir
fistulanın daim 2 iynə ilə punksiya olunması yuxarı ətrafın,
xüsusilə qadınlarda ətrafın xoşagəlməz görkəm alması, əsasən
yay mövsümündə kompleks yarada bilir
seansın növbəsi bayram günlərinə düşərsə, həm mərkəz, həm də
xəstə tərəfindən reorqanizasiya problemləri yarana bilir
Dərman müalicəsi necə aparılmalıdır?
Dializlə və pəhrizlə yanaşı, bir sıra xəstələr əlavə dərman
müalicəsi almalı olurlar. Qan təzyiqi yuxarı olanlar hipotenziv
dərman vasitələri, diurez saxlanılan xəstələr sidik qovucu dərmanlar
istifadə etməlidirlər. Xəstələr yeməkdən əvvəl fosfor-birləşdirən
preparatlar, sümüklərdə baş verə biləcək fəsadların qarşısını almaq
məqsədilə vitaminlər və kalsium preparatları qəbul etməlidirlər.
Böyrəklərin qanyaratma funksiyası pozulduğundan eritropoetin təyin
edilir. Ümumiyyətlə, pəhriz kimi, HD xəstələrinin medikamentoz
müalicəsi də fərdidir və dərmanların doza və istifadəsi hər xəstə uçun
həkim tərəfindən individual təyin edilir.
Dializ xəstənin şəxsi həyatına və rejiminə necə təsir edir?
Dializ müalicəsi müəyyən vaxt və mütəmadilik tələb etdiyindən,
iş qabiliyyətli xəstələrin sosial şəraitinə öz təsirini göstərir. Bu
baxımdan müalicə olunduğunuz dializ mərkəzi sizin iş şəraitinizə
uyğun cədvəl tərtib edə bilər. Amma, ümumiyyətlə, dializ xəstələri I
qrup əlil hesab olunduqlarından onlar dövlətdən sosial yardım
Klinik protokol Az
ərbaycan Respublikas
ı S
əhiyy
ə Nazirliyinin
İctimai S
əhi
yy
ə v
ə
İslahatlar M
ərk
əzind
ə haz
ırlanm
ış
dı
r.
42
almalıdırlar. Bu baxımdan mərkəzdə fəaliyyət göstərən psixoterapevt
və məsləhətçilərin rolu əhəmiyyətlidir.
Ev dializi
Əgər sizin müalicə olunduğunuz dializ mərkəzi yaşayış yerindən
çox uzaq məsafədə yerləşirsə və siz həftədə 3 dəfə ilin hər
mövsümündə çox böyük çətinliklərlə bu məsafəni qət etmək
məcburiyyətindəsinizsə, belə halda ev dializi tətbiq edilə bilər( xəstə
bunu şəxsi vəsaiti hesabına da edə bilər). Bunun üçün sizə qulluq
edən ailə üzvü (həyat yoldaşı, övlad, valideyn, qohum, dost)
müəyyən təlim kursu keçməlidirlər. Hər gün iş günü olan xəstələr
üçün də bu metod məqsədəuyğundur.
Dostları ilə paylaş: |