2
sisteminə,
təhsil
müəssisəsinə
və
təhsil
işçilərinə
inamını
artırmalı
və
möhkəmləndirməlidir.
Loyallıq – müəllim onun peşə vəzifəsinə aid olmadığı hallarda işlədiyi və
digər təhsil müəssisələrinin, dövlət orqanlarının, onların rəhbərlərinin fəaliyyəti ilə
əlaqədar (qanunsuz fəaliyyət istisna olmaqla) tənqidi ictimai mülahizələrdən,
çıxışlardan və onların fəaliyyətinə ictimai qiymət verilməsindən çəkinməlidir.
Müəllim peşə fəaliyyəti zamanı müəllim adına və nüfuzuna, habelə təhsil
müəssisəsinin işgüzar nüfuzuna xələl gətirə biləcək hərəkətlərə yol verməməlidir.
Mədəni davranış – müəllim təhsilalanlarla, rəhbərlik və
həmkarları ilə
davranışında nəzakətli, xeyirxah, diqqətli və təmkinli olmalıdır. Müəllim peşə
fəaliyyəti ilə əlaqədar iradları, tənqidi fikirləri qəbul etməli, qiymətləndirməli və
onlardan düzgün nəticə çıxarmalıdır. Müəllim
səmimi, çalışqan, intizamlı,
təşəbbüskar olmalı, xarici görkəminə, geyiminə xüsusi fikir verməli, hər zaman
səliqəli olmalıdır.
Qərəzsizlik – müəllim peşə vəzifəsini yerinə yetirərkən qərəzsiz olmalı,
irqinə, milliyyətinə, dilinə, cinsinə, sosial mənşəyinə, dinə münasibətinə,
əqidəsinə, ictimai mənsubiyyətinə görə təhsilalanlara və təhsil prosesinin digər
iştirakçılarına fərq qoymamalıdır. Müəllim
özünün və ya maraqlı şəxslərin
mənafelərinin vəzifə funksiyalarının icrası zamanı ona təsir etməsinə yol
verməməli və buna şərait yaratmamalıdır. Müəllim
öz peşə
vəzifəsindən və
səlahiyyətlərindən
kənar məsələlərə
müdaxilə etməməlidir.
Müəllim peşə
fəaliyyətini yerinə yetirərkən siyasi bitərəfliyə əməl etməyə borcludur.
Dostları ilə paylaş: