Azərbaycan Respublikası Təhsil Nazirliyinin
16 may 2014-cü il tarixli,
600 nömrəli əmri ilə təsdiq edilmişdir
MÜƏLLİMLƏRİN ETİK DAVRANIŞ QAYDALARI
1.
Ümumi müddəalar
1.1.
Müəllimlərin etik davranış qaydaları (bundan sonra - Qaydalar) təhsilin
bütün səviyyələrində peşə fəaliyyəti zamanı təhsilverənlərin ümumi
davranışını və təhsil prosesi iştirakçıları ilə qarşılıqlı
münasibətlərini
tənzimləyən normalar məcmusundan ibarətdir.
1.2.
Bu Qaydalar “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununa, digər
qanunvericilik aktlarına və “Təhsil prosesi iştirakçılarının
etik standartlar
modeli”nə uyğun hazırlanmışdır.
1.3.
Bu Qaydalar müəllimlərin etik davranış prinsiplərini və
onlara uyğun
tələbləri,
təhsil
prosesi
iştirakçılarının
qarşılıqlı
münasibətlərinin
xüsusiyyətlərini müəyyən edir və onları tənzimləyir.
1.4.
Bu Qaydalar bütün növ təhsil müəssisələrində çalışan müəllimlərə şamil
edilir.
1.5.
Bu Qaydaların tətbiqində əsas məqsəd təhsil müəssisələrində sağlam işgüzar
durumun bərqərar olmasına, vətəndaşların təhsil
müəssisəsinə və müəllimə
etimadının
artırılmasına,
təhsil
müəssisələrinin idarə
olunmasında
valideynlərin və cəmiyyətin daha yaxından iştirakının
təmin edilməsinə,
təhsil müəssisələrinin fəaliyyətində səmərəliliyin və şəffaflığın artırılmasına,
təhsil müəssisəsində korrupsiya hallarının və maraqların toqquşmasının
qarşısının alınmasına və müəllim nüfuzunun yüksəldilməsinə nail olmaqdan
ibarətdir.
2.
Etik davranış prinsipləri və onlara uyğun tələblər
Müəllim peşə fəaliyyətində aşağıdakı etik davranış prinsiplərini
gözləməli
və müvafiq tələblərə ciddi şəkildə əməl etməlidir.
Qanunun aliliyi – müəllim vəzifə funksiyalarının icrası zamanı Azərbaycan
Respublikası Konstitusiyasının, Azərbaycan Respublikasının qanunlarının, habelə
Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin tələblərinə,
insan hüquqlarına və demokratik prinsiplərə əməl etməyə borcludur.
Vicdanlılıq – müəllim
cəmiyyət və dövlətin maraqları naminə öz peşə
fəaliyyətini keyfiyyətlə və səmərəli yerinə yetirməyə borcludur. Müəllim bütün
hallarda hər bir şəxs üçün vicdanlılıq nümunəsi olmalıdır.