Мцщазиря 23: ислащ психолоэийасы



Yüklə 168,5 Kb.
səhifə1/8
tarix13.12.2022
ölçüsü168,5 Kb.
#74299
  1   2   3   4   5   6   7   8
Mühazirə 19 İslah-əmək psixologiyası


MÜHAZİRƏ 19: İSLAH PSİXOLOGİYASI



  1. İslah psixologiyasının predmeti və metodları

  2. Məhbusların cəzaçəkmə müəssisəsinə adaptasiyası və məhbus şəxsiyyətinin dinamikası

1.İslah psixologiyasının predmeti və metodları - islah psixologiyası cəza­çək­mə müəssisələrində cəza çəkən məhbusların şəxsiyyətinin psixoloji xüsusiy­yət­lərini və onların islahına təsir edən amilləri öyrənir.
İslah psixologiyasının məqsədi məhkumların islahı, resosializasiyası və onların cəmiyyətə uyğunlaşması üçün tövsiyələr işləyib hazırlamaqdır.
İslah psixologiyasının qarşısında cinayət törətmiş şəxslərin islahı, onların əmək fəaliyyətinə cəlb edilməsi, cəmiyyətdəki normal həyata uyğunlaşması kimi mürək­kəb vəzifə durur.
İslah psixologiyası cəza-icra hüququ, pedaqogika, əmək və sosial psixologiya ilə sıx bağlıdır.
Məhbus şəxsiyyətini öyrənmək məqsədi ilə penitensiar müəssisələrdə bir sıra me­todlardan - müşahidə, söhbət, anket, özünüqiymətləndirmə, işarəli sosiometriya və s. istifadə edilir (20.85-95).
Penitensiar müəssisələrdə müşahidənin bütün növlərindən –bilavasitə, va­si­təli, standartlaşdırılmış, açıq, gizli - istifadə edilir.
Bilavasitə (iştiraklı) müşahidə - bu zaman tədqiqaçı özü onu maraqlandıran obyekti öyrənir (məhbusun davranışını və s.) ki, bu da əldə edilmiş informasiyanın mötəbərliyini artırır. Lakin bu cür müşahidə çox məhbusu əhatə etmək imkanı vermir.
Vasitəli müşahidə digər insanların, məsələn, dəstə rəisinin köməyi ilə, asılı olmayan xarakeristikaların ümumiləşdirilməsi yolu ilə həyata keçirilir.
Standartlaşdırılmış müşahidə məhbus şəxsiyyətinin müəyyən bir cəhətini məsələn, psixoloji adaptasiyada çətinlikləri, rejim qaydalarının pozulmasını, islah tədbirlərinə neqativ münasibəti, həbsxanadan qaçmağa, eləcə də suisidə meyli tədqiq etmək üçün təşkil edilir.
Açıq müşahidə zamanı tədqiqatın obyekti bu haqda xəbərdar edilir. Əksər hallarda isə gizli müşahidədən istifadə edilir. Bu zaman məhbus müşahidədən xəbər­­dar olmadan özünü daha təbii aparır.
Penitensiar müəssisələrdə müşahidə bir neçə mərhələdən ibarətdir: hazırlıq, informasiyanın toplanması və yekun.
Məqsədyönlü sistemli müşahidə üçün məhbusun dinamik müşahidə kartından istifadə edilir. Bu cür kart münasibətlər sistemini, psixi fəallığı, sosial reabilitasiyanı, psixofizioloji xüsusiyyətləri öyrənmək imkanı verir.
Bəzən penitensiar müəssisələrdə müşahidə onunla çətinləşir ki, məh­bus­larda müxtəlif tədqiqatlara qarşı psixoloji maneələr təzahür edir, onlar çox vaxt tədqiqatlarda iştirak etməkdən imtina edir.
Söhbət metodu- fərdi-psixoloji və sosial-psixoloji xüsusiyyətlərin öyrənil­məsi üçün istifadə edilir. Məqsədindən asılı olaraq söhbət ya məhbusun özü ilə, ya da onu yaxşı tanıyan şəxslərlə aparılır.
Söhbət əsnasında psixoloq məhbusun şəxsiyyətini öyrənməklə yanaşı, ona islahedici təsir göstərmək imkanına malik olur. Bu zaman o, müxtəlif söhbət­lərdən istifadə edə bilər:
- Şəxsiyyət və qrup haqda ilk təsürat əldə etmək üçün tanışlıq xarakteri daşıyan söhbətlər;
- Şəxsiyyətin və qrupun fərdi-psixoloji xüsusiyyətlərini hərtərəfli öyrənmək məqsədi daşıyan söhbətlər;
- Məhbusun və ya məhbuslar qrupunun gələcək planlarını aydınlaşdırmaq məqsədi daşıyan perspektiv söhbətlər;
- Məhbusun davranışında müsbət keyfiyyətlər müşahidə edilən zaman keçirilən rəğbətləndirici söhbətlər;

Yüklə 168,5 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin