MİLLİ AVİASİYA AKADEMİYASI Mövzu: Məsafədən zondlamanın əsas üstünlükləri
Tələbə: Ürfan
MZ-nin əsas üstünlükləri Məsafədən zondlama (MZ) - yerdə müşahidədən fərqli olaraq obyektlə fiziki təmasda olmadan obyekt və ya hadisə ilə bağlı informasiyanın əldə olunmasıdır.
Peyk verilənləri özündə müxtəlif spektral diapazondakı faydalı məlumatı ehtiva edir və rəqəmsal formada saxlanır. Peyk şəkilləri böyük sahələri əhatə edir. Onlar tematik regional tədqiqatlar və böyük kosmik müəyyənləşdirilməsi, xüsusilə, relyef strukturları üçün istifadə oluna bilər. Müntəzəm olaraq çəkilən şəkillər su resusrslarını, aqro-texniki bitkilərin vəziyyətini, torpaq eroziyasını, şəhərlərdəki inkişaf və digər prosesləri, təbii və antropogen amillərin təsiri altında dəyişən obyektləri və hadisələri nəzarət etməyə imkan verir. Peyklərin köməyi ilə əlçatmaz yerlərin də haqqında məlumat əldə etmək indi çox sadədir. Məsafədən zondlamanın bir üstünlüyü müxtəlif mövzularda müxtəlif məqsədlər üçün məsafədən zondlama məlumatlarının istifadəsinə imkan yaradan müxtəlif şəkillər çəkməyə icazə verir. Məsafədən zondlama materiallarının təhlili kameral olaraq həyata keçirilir. Bu az sahə tələb edir ki, məlumatı almaq üçün xərclər ödənsin. Orta və kiçik miqyaslı xəritələrinin operativ olaraq yenilənməsi üçün kosmik şəkillərdən istifadə olunur və bu da iqtisadi effektivliyini göstərir. Məsafədən zondlama materialların rəqəmli emalı və təhlili üçün kompüterdən istifadə sürətli nəticələr verir.
Tarixən yer səthinin obyektləri haqqında məlumat əldə etməyin ən qabaqcıl üsullardan biri – həmin ərazidəki məlumatların toplanmasıdır. Böyük ərazilərin torpaq qatlarının müəyyən üsullarla (taxometriya, hamarlama və s.) davamlı olaraq öyrənilməsi böyük iqtisadi dəyər və vaxt tələb edirdi. Qeyd edim ki,torpaq araşdırmaları zamanı bütün sahələrdə eyni zamanda araşdırmalar aparmağa nail olmaq çətin idi. Bütün bunları edərkən də tez-tez ərazinin əlverişsiz şəraiti kimi amillər də əlavə olunurdu.
Bu metodlar məsafədən zondlama üsullarından məhrumdurlar. Bu üsulları ən əhəmiyyətli xüsusiyyətlərindən biri bir ani şəkillə qısa müddət ərzində yer səthinin böyük ərazidə məlumat toplamaq imkanıdır. Məsələn, Meteosat meteoroloji peykindən istifadə etməklə Yer səthinin təxminən dörddə birin yarım saatdan da az bir vaxtda şəkillərin çəkib görüntüsünü almaq olur. Bu tərəfi siyasi cəhətdən elə də önəmi olmayan, təhlükəli, bahalı və məlumat almaq üçün çətin olan torpaq araşdırmaları üçün bu peyk sistemlərini yerdəki araşdırmalarla müqayisə etsək, məsafədən zondlamanın potensial gücü daha da açıq görülmükdədir. Əlavə üstünlüyü məlumatı kollibrovka edərək kompüterə birbaşa daxil edə bilər. Müasir şəraitdə aşağıdakı xüsusiyyətləri kosmik görüntülər üçün tələbi müəyyən edir:
Obyektivlik – kosmik görüntü bir sənəd hesab olunur. Bu sənəd həmin andakı görüntünün obyektiv vəziyyətini əks etdirir. Kosmik görüntünün saxtalaşdırmaq praktik olaraq qeyri-mümkündür. Müxtəlif şirkətlərin məlumat dəyişdirmək cəhdləri asanlıqla aşkarlana bilər.
Aktuallıq – kosmik materiallar müxtəlif tarixlərdə mövcud ola bilər, sifariş də daxil olmaqla bir neçə həftə ərzində həyata keçirilə bilər.
Miqyaslama – müasir məsafədən zondlama alətləri ilə eyni zamanda ətrafı kifayət qədər detallı göstərə bilirlər.
Əl çatanlıq – hal-hazırda MZ məlumatları 2 m və ya daha az bir məkan ayırdetməsi ilə məlumatı açıq və əlçatan edir. Sifariş prosesləri və görüntüləri əldə etmək kifayət qədər sadələşib.
Məsafədən zondlama verilənləri, xüsusilə peykdən verilənlər bu cür tezliklə hər hansı digər şəkildə əldə edilə bilməz. Müasir hava xidməti əsasən peyklərdən müşahidələrə əsaslanır.
MZ-nin müsbət xüsusiyyətləri ilə yanaşı mənfi cəhətləri də var:
Emal və analiz üçün çox yüksək ixtisas və geniş təcrübə. Belə məlumatların istifadəsi kiçik sahələrdə iqtisadi səmərəsiz olur. Rəqəmli emalın istifadəsi üçün proqramın da yüksək dəyəri var. Məsafədən zondlama materiallarının deşifrələmə nəticələri bu sahənin tədqiqatçıları tərəfindən təsdiq olunmayıbsa, onlar həmçinin böyük ehtiyatla qorunmalıdır.
Qeyd edək ki, dövlətin sahəsi nə qədər böyük olsa, məsafədən zondlama üsulları daha səmərəli istifadə oluna bilər.