Möhtərəm tələbə: Camal Əzimov Qrup: 1608 Fənn: Multikulturalizm Müəllim



Yüklə 22,43 Kb.
səhifə1/3
tarix05.06.2023
ölçüsü22,43 Kb.
#125388
  1   2   3
Faşizm Nədir - Əzimov Camal 1608


Möhtərəm tələbə: Camal Əzimov
Qrup: 1608
Fənn: Multikulturalizm
Müəllim: Araz Əliyev
Sərbəşt iş №1 “Faşizm Nədir?”


Faşizm Nədir?
Şey... Əslində, sırf sərbəst iş üçün birinin şəxsi qeydlərindən bu şəkildə istifadə etmənin nə qədər əxlaqi olduğunu bilmirəm. Hər halda düzgün bir hərəkət deyil deyə düşünürəm. Üstəgəl icazə-filan da almamışam. Onda soruşa bilərsiniz ki, bəs lənətəgəlmiş müəlliflik hüquqları? Doğrudur, elə bir şey var, amma əsli budur ki, bu qeydlərin O’na aid olduğunu heç O’nun özü də bilmir. Həm bu qeydlərdən arsızca istifadə etməyim elə böyük bir qəbahət də sayılmaz. Çünki bunları açıb tökməkdə məqsədim elmə xidmət etməkdir. Bəli, yalnız və yalnız elm və gələcək üçün. Çox uzatmayım... Hazırda sizi gerçəkdə baş vermiş bir hadisə ilə tanış edəcəm. Küt olmaq ehtimalınıza qarşı son bir dəfə qeyd edim ki, bu yazıların müəllifi mən deyiləm, O’dur. Xoş oxumalar...


O’nun şəxsi qeydlərindən:
... Otaqda aləm dəydi bir-birinə. İmtahan ərəfəsində, ümumi vəziyyətin gərgin olduğu bir vaxtda İsmayılın gətirdiyi xəbər bomba effekti yaratdı: Gələn imtahan bizim bildiyimizdən daha fərqli və daha ciddi şəkildə keçiriləcəkdi. Nə ki 1610 qrupu imtahan götürəcək müəllimlərdən birini dərsdə çox qıcıqlandırmışdı. Müəllim də öz növbəsində qisas almaq məqsədilə belə bir yola əl atmışdı. Xəbər çatan kimi qıy qopdu: əsəbiləşib özündən çıxan kim, universitet sisteminə bənzərsiz tənqidlər gətirən kim, 1610 qrupunun və müəllimin ünvanına xoş sözlər söyləyən kim...
Bu vaxt vəziyyətdən istifadə edən Camal (qrupumuzun demaqoqu) kürsünün arxasına keçdi:
-Yoldaşlar!
O hay-hayda vecinə alan olmadı. Səsini qalınlaşdırıb daha ucadan:
-Yoldaşlar, xahiş edirəm! Çox əhəmiyyətli şeylər deyəcəm!
Bu dəfə diqqəti öz üzərinə toplaya bildi. Diqqət yayınmasın deyə tezkən sözə başladı:
-Baxın, yoldaşlar, biz bu əziyyəti kimə görə çəkirik?,- cavab gözləmədən,- 1610 qrupuna görə! Bu artıq bardaqdakı sonuncu damla oldu. Mən tam əminliklə deyə bilərəm ki, onlar bunu məqsədyönlü şəkildə bizə zərər vermək üçün ediblər!
Gəlin bu dəlinin nədən bəhs etdiyini sizə deyim. Uzun bir müddətdir ki, bizim qrupla 1610 qrupu arasında münaqişələr olurdu. Əvvəl-əvvəl hər iki qrupun oğlanları arasında olan kiçik anlaşılmazlıqlar getdikcə davaya çevrilir, gün keçdikcə aradakı ədavət kəskinləşirdi. İş o həddə çatmışdı ki, 1610 qrupundan olan istənilən tələbə düşmən sayılırdı. Bütün bu düşmənliyi də qızışdıranlardan biri kürsü başına keçib alovlu-alovlu danışan bu demaqoq idi. Nə isə, qayıdaq o alovlu nitqə.
-... Mən tam əminliklə deyə bilərəm ki, onlar, o əclaf 1610-lular bunu məqsədyönlü şəkildə bizə zərər vermək üçün ediblər.
-Daha o qədər etməzlər də...- Günel müdaxilə elədi.
-Yox! Yanılırsınız. Siz hələ onları yaxşı tanımırsınız, amma mən tanıyıram, onlar elə bunu əvvəlcədən, planlı şəkildə ediblər. Onların məqsədi bizim kimi bir qrupa hər yolla zərbə endirməkdir. Təbii, bu başa düşüləndir. Bilirsiniz niyə?
- Ə, bir dəqiqə saxla,- Fuad nitqi böldü,- nə məqsədyönlü şəkildə salmısan? Onlar özü də imtahan verir. Əllərinə nə keçə bilər guya bundan? (Onu da qeyd edim ki, Fuad bu sarsağın belə populist çıxışlarına qrupda ən çox sataşan adamdır).
- Çox şey. Yenə də deyirəm, onların bu hərəkəti başa düşüləndir. Görürsünüz, semestr başlayandan bəri bizimlə ədavət içindədirlər. Niyə? Çünki bizim paxıllığımızı çəkirlər. Bizim, yəni 1608 qrupunun hər bir üzvü son dərəcə ağıllı və istedadlıdır. Biz onları hər şeydə geridə qoyuruq. Kollekviumlarda ən yaxşı nəticələri biz göstəririk, ictimai işlərdə ən fəal biz oluruq, nizam-intizam qaydalarına ən çox biz əməl edirik, hər gün dərsə hazır gəlirik və daha neçə şeylər. Beləliklə, biz onları kölgədə qoyuruq, yoldaşlar. Onlar bizim kölgəmizdə qalmaqla razılaşa bilmirlər, qəbul edə bilmirlər ki, biz onlardan üstünük!
Bu əclaf kütlənin nə istədiyini çox yaxşı bilirdi, atdığı yemin bəhrəsini tez də gördü:

Yüklə 22,43 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin