1.5.Hz.Musanın vəfatı
Həzrət Musa (ə) Bəni-İsraili azad etdikdən sonra onların işlərini qaydasına qoydu, onları kafirlərlə mübarizəyə hazırladı və onlara Allahın əhkamını öyrətdi. O Həzrət Sina səhrasında dövlət yaratdı və həyatının sonuna qədər qövmünün dini və siyasi liderliyini öhdəsində saxıadı. Bu hadisələrin geniş açıqlanması Tövrat kitabında mövcuddur. Həzrət Musa (ə) Bəni-İsrailə bərəkət bəxş etdi və ömrünün 120- ci ilində Ölü dənizin ətrafında yerləşən Muab adlı yerdə dünyasını dəyişdi. Bəni-İsrail onun üçün otuz gün yas və əzadarlıq mərasimi keçirtdilər. Bu hadisə Tövratın “Təsniyə” bölümündə qeyd olunmuşdur və Tövrat bununla başa çatmışdır: “Allahın bəndəsi Musa orada Muab adlanan yerdə Allahın kəlamlarına uyğun olaraq öldü və onu Muab adlı məkanda Beyti Fəur adlanan yerin qarşısındakı dərədə dəfn etdilər. 1 Bu günə kimi heç kim onun yerini bilmir. Musa vəfat edəndə onun yüz iyirmi yaşı var idi, amma nə gözü zəifləmişdi, nə də beli bükülmüşdü. Bəni-İsrail Musa üçün Muabda otuz gün matəm saxladılar. Musanın matəm günləri başa çatdı. Yuşə ibn Nun hikmət ruhuna görə tanınırdı. Çünki, Musa əlini onun üzərinə qoymuşdu və buna görə də Bəni İsrail ona itaət etdilər və Allahın Musaya buyurduqlarına uyğun olaraq əməl etməyə başladılar. Bəni israil arasında Musa kimi Allahın üz-üzə tanıdığı kimsə olmayıb. Allahın ona bəxş etdiyi bütün nişanə və möcüzələri Misirdə Firona və onun bəndələrinə, eləcə də bütün Misirə göstərdi. Elə buna görə, də Musanın güclü əli və bütün əzəmətləri Bəni-İsraillilər üçün qalacaqdır.” (Təsniyə, 34:5-12)
Dostları ilə paylaş: |