AZƏRBAYCAN RESPUBLİKASİ DİNİ QURUMLAR ÜZRƏ DÖVLƏT KOMİTƏSİ AZƏRBAYCAN İLAHİYYAT İNSTİTUTU
Fakültə: Dinşünaslıq
Kafedra: Dillər və ictimai fənlər
Fənn: Xristianlıq və yəhudilik
Mövzu: Musa Peyğəmbərin və On Əmrin Yəhudi inancındakı yeri
QRUP: D-1901
KURS: ll
TƏLƏBƏ: Fatimə Ələkbərova
MÜƏLLİM: Qadir Səfərov
Giriş
I Fəsil.Hz.Musa
1.1Hz.Musanın Misirdən çıxışı
1.2Peyğəmbərliyi
1.3 Möcüzələri
1.4 Dənizdən Keçiş
1.5.Hz.Musanın vəfatı
II Fəsil.On Əmr
Nəticə
Ədəbiyyat siyahısı
Giriş
Burada Hz.Musanın və On əmrin Yəhudilikdə tutduqu yerdən söhbət açılacaq.Mövzuya başlayarkən ilk olaraq Hz.Musanın peyğəmbər olduqu Bəni-İsrail qövmündən danışacayıq. Bəni-İsrail İbrani və Sami irqindəndir. İbranilər ilk əvvəldə Ərəbistan yarımadasının şimalındakı səhralarda, Şam diyarının ətrafında köçəri həyat tərzi sürürdülər. Onların əqidələri sair bədəvi ərəblər kimi fetişizm və animizm olmuşdur. Həzrət İbrahim (ə) tövhid dininin əsasını qoyana qədər onlar bir neçə allaha inanırdılar. Bəni-İsrail tayfaları uzun illər Misirdə çox əzizlənib firavanlıqla yaşadılar və çoxlu sərvət toplaya bildilər. Onların çoxu yüksək hökumət məqamlarında idilər. Amma Misir fir’onları istilaçı qövm olan Higzus qövmünə qələbə çaldıqdan və onları öz diyarlarından qovduqdan sonra Bəni-İsrail illə çox pis rəftar etməyə başladı; çünki, Bəni-İsrail onların nəzərində qəribə və yad sayılırdı. Onlarla higzuslarla olduğu kimi çox da qəddar rəftar etmirdi, amma hər bir halda qibtilər arasında yadlarla mübarizə ruhiyyəsinin icad olunması Bəni-İsraillə münasibətin dəyişməsinə səbəb oldu. Qur’ani-Kərimin bəyan etdiyi kimi, misirlilər Bəni-İsrail tayfalarına çoxlu zülmlər edir, onlara işgəncələr verirdilər. Onların oğlanlarını öldürür, qadınlarını özləri üçün saxlayır və onları qul kimi işlədirdilər.
I Fəsil.HZ.Musa
Həzrət Musa (ə) eramızdan əvvəl 1200-1300-cü illərdə Misirdə hökmranlıq edən Fir’on Ramsəsin zamanında dünyaya gəlmişdir. O, elə bir dövrdə doğulmuşdur ki, Fir’onun göstərişi ilə Bəni-İsrailin oğlan uşaqlarının qətlə yetirilməsi adi hal almışdı. Deyilənlərə görə, bu qətillərin əsas səbəbi ibrani cəmiyyətinin sür’ətlə çoxalması və qibtilərin, ibrilərin onlardan üstün olacağından ehtiyatlanması olmuşdur. Bu barədə verilən digər bir ehtimal da bundan ibarətdir ki, Fir’ona kahinlər, münəccimlər və sehrkarlar vasitəsi ilə xəbər verilmişdi ki, o ildə (Musanın təvəllüdü ilində) Bəni-İsrail qövmü arasında bir oğlan uşağı dünyaya gələcəkdir ki, fir’onçuların hakimiyyətinə və qibtilərin səltənətinə son qoyacaqdır.
Dostları ilə paylaş: |